Pompeydə 2000 əvvəl vulkan püskürməsi zamanı həlak olmuş həkimin qalıqları tapıldı

Pompeydə 2000 əvvəl vulkan püskürməsi zamanı həlak olmuş həkimin qalıqları tapıldıArxeoloqlar ehtimal edirlər ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olan qədim Roma şəhəri Pompeydə tapılan insan qalıqlarından biri həkim ola bilər. Bu qənaət onun yanında aşkar edilən əşyaların təhlilindən sonra irəli sürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" yazır.

Qeyd olunur ki, Pompey - dünyanın ən məşhur arxeoloji abidələrindən biri - Vezuvi vulkanının püskürməsi nəticəsində lava və kül altında qalıb. Fəlakətdən sonra bir gün ərzində şəhərin əksər sakinləri zəhərli kül və istilik şoku səbəbilə həlak olub.

Yeni tədqiqatda arxeoloqlar "Qaçanların bağı" adlandırılan ərazidə üzə çıxarılan 13 nəfərin qalıqları arasında tapılan kiçik bir futlyara diqqət çəkiblər.

Futlyarın içində bunlar aşkar edilib: metal elementləri olan üzvi materialdan hazırlanmış kiçik qutu; sikkələrlə dolu parça kisə (bürünc və gümüş pullar); tibbi alətlərə bənzər əşyalar.

Bundan başqa, alimlər qədim dövrdə dərman və ya kosmetik qarışıqların hazırlanmasında istifadə olunan daş lövhə və cərrahi alət ola biləcək kiçik metal instrumentlər də aşkarlayıblar.

Tədqiqatçılar hesab edirlər ki, bu əşyaların yanında tapılan şəxs "medicus" - qədim Romada həkim adlandırılan peşə sahibidir. Pompey arxeoloqu Qabriel Zuxtrigel ehtimal edib ki, həmin şəxs alətlərini xilas etməyə çalışaraq onları ya yeni həyata başlamaq, ya da qaçış zamanı belə insanlara yardım göstərmək üçün özü ilə aparıb.

"Bu insan öz peşəsi ilə başqa yerdə yenidən həyat qurmağa hazır idi, lakin eyni zamanda başqalarına kömək etməyə də çalışa bilərdi", deyə arxeoloq bildirib.

O əlavə edib ki, bu tapıntı öz işinə yüksək məsuliyyətlə yanaşan bütün tibb işçilərinə həsr olunur.

Tədqiqatçılar artefaktı zədələmədən onun içini KT-skanlama və süni intellekt texnologiyaları vasitəsilə öyrənə biliblər. Zuxtrigelin sözlərinə görə, 2000 il əvvəl belə, son ana qədər peşəsinə sadiq qalan insanlar olub.

Alimlər bildirirlər ki, bu kəşf qədim artefaktların öyrənilməsi üçün yeni imkanlar açır və Pompeyin hələ də insan tarixinin unikal "arxivi" olduğunu bir daha sübut edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1177   Tarix: 20 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp İranın onunla razılaşmaq istədiyini düşünür

ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl

17 sentyabr
.

Səudiyyə Ərəbistanı Yəmənin Taiz əyalətinə hava hücumu həyata keçirib

Səudiyyə Ərəbistanına məxsus təyyarələr Dhubab bölgəsinə hava hücumları həyata keçirib. xəbər verir ki, bildirilir ki, "Səudiyyə Ərəbistanının düşmən təyyarələri Dhubab bölgəsinə zərbələr endirir". Mülki şəxslər arasında itkilərin olduğu bildirilir. [hh4-unikal]

15 sentyabr
.

Pentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər

Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə

18 sentyabr
.

El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq

Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil

17 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü

Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara

18 sentyabr
.

Paşinyan rus dili kurslarına gedir

Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa

17 sentyabr
.

Avstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb

Qərbi Avstraliya ştatındakı məşhur Sorrento çimərliyinin yaxınlığında çimərkən köpəkbalığının hücum etməsi nəticəsində bir nəfər ölüb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib. Hücumla bağlı məlumatdan sonra sahilə təcili xidmətlə

18 sentyabr
.

Tramp: Ukrayna münaqişəsi tezliklə başa çatacaq

ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndələrinin Ukrayna münaqişəsinə son qoymaq üçün böyük səylər göstərdiyini və bunun ölkədə dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu açıqlayıb və tezliklə razılaşma əldə olunacağına söz verib. xəbər verir ki, Tramp Şimali Karolinada tərəfdarları üçü

17 sentyabr
.

Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı

Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri

17 sentyabr