Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovniki

Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovnikiHər bir gəncin karyera seçimində valideynlərin rolu böyükdür. Təsadüfi deyil ki, istər Azərbaycanda, istərsə də digər dövlətlərdə atalarının yolu ilə gedən, onların peşə fəaliyyətini davam etdirən çoxlu sayda məşhur insanlar var.

Sonxeber.az bildirir ki, azxeber.com bu məqalədə ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul və cavabdeh olan nazirlərin valideynləri ilə bağlı araşdırma aparıb.
Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovnikiEnergetika naziri Pərviz Şahbazovun atası Oqtay Şahbazov Prezidentin İşlər İdarəsinin müdiridir.

77 yaşlı Oqtay Şahbazov uzun müddətdir dövlət idarəçiliyində çalışır. Nazirlər Kabinetində İşlər İdarəsinin müdiri, Prezidentinin İşlər İdarəsində müdirin birinci müavini postlarını tutan O.Şahbazov artıq iki ildir bu quruma rəhbərlik edir. Müxtəlif orden və mükafatlarla təltif edilən Oqtay Şahbazovun digər övladları ilə bağlı ictimaiyyətdə geniş məlumat yoxdur.
Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovnikiXarici İşlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.

94 yaşlı Məhərrəm Məmmədyarov uzun müddət AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnsitutunda çalışıb. Akademik M.Məmmədyarov əldə etdiyi elmi nəticələrə görə, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Əməkdar elm xadimi, "Şöhrət" ordeni, Azərbaycan SSR dövlət mükafatı laureatı, Yusif Məmmədəliyev adına mükafat və digərləri bu qəbildəndir.
Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovnikiFövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədridir.

80 yaşlı Fəttah Heydərov uzun müddət yüksək dövlət vəzifələrində çalışıb. Culfa rayon İcra Hakimiyyətinin başçısı, Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri və Mədəniyyət naziri vəzifələrini tutub. Dövlət qulluğunda göstərdiyi xidmətlərə görə, SSRİ-nin "Şərəf nişanı", "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunub.
Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovnikiSosial Müdafiə naziri Sahil Babayevin atası tanınmış polis polkovniki Rafiq Babayevdir.

Uzun müddət Daxil İşlər Nazirliyi Pasport və Qeydiyyat İdarəsinin rəisi postunu tutan Rafiq Babayev polis sistemində nüfuzlu simalardan olub. Hazırda onun nə işlə məşğul olması ilə bağlı konkret məlumatlara malik olmasaq da, onun bu gün də DİN sistemində xüsusi nüfuza sahib olduğu deyilir.
Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovnikiMədəniyyət naziri Əbülfəs Qarayevin atası uzun illər Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş, mərhum professor Mürsəl Qarayevdir.

55 yaşında ürək tutmasından dünyasını dəyişən M.Qarayev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin qardaşıdır. Postsovet məkanında ən məşhur bəstəkarlardan olan Qara Qarayev SSRİ səviyiyyəsində və dünya miqyasında bir çox önəmli mükafatlara layiq görülüb. Onun yaratdığı əsərlər bu gün də sevə-sevə dinlənilir.
Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovnikiEkologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tanınmış şair-bəstəkar İzolda Babayevanın oğludur.

İzolda Babayeva onlarla tanınımş mahnının müəllifidir. Onun mahnılarını xalq artistləri Şövkət Ələkbərova, İlhamə Quliyeva, Almaz Ələsgərli, Fidan Hacıyeva və digər məşhur sənətçilər ifa edib. O, yazdığı mahnıların həm sözlərinin, həm də musiqilərinin müəllifidir.
Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovnikiQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin atası Bakının məşhur prokuroru Şükür Rzayevdir.

Uzun müdddət hüquq-mühafizə orqanlarında çalışan Şükür Rzayev bu fəaliyyətinə görə, dəfələrlə müxtəlif orden və medallarla təltif edilib. 2006-ci ildə dünyasını dəyişən Ş.Rzayev bir çox ağır cinayətlərin üstünü açıb. O cümlədən 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlərin istintaqı da onun rəhbərliyi altında aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4405   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021