Mobil telefonlar xərçəng xəstəliyi yarada bilərmi?

Mobil telefonlar xərçəng xəstəliyi yarada bilərmi?ABŞ-da təxminən 20 il davam edən və elektronikadan şüalanmanın canlı varlıqlara təsirinin öyrənilməsinə həsr edilmiş "Toksikologiya üzrə milli proqram" adlı geniş araşdırma başa çatıb. Araşdırmanın nəticələri məyusedicidir, amma bir az da ürəkaçandır.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, mütəxəssislər 20 illik araşdırmadan sonra "telefon şüalanmasının təsiri onkoloji xəstəlik yarada bilərmi" sualına cavab veriblər: bəli, yarada bilər, ancaq son dərəcə spesifik hallarda. Siçan və siçovullar üzərində aparılmış əksər sınaqlar zamanı onlar 2-3 il ardıcıl olaraq gün ərzində 9 saat şüalanmanın təsirinə məruz qalıb, bundan sonra onların 5-7 %-də təhlükəli nevrilemma, sinir sistemi şişləri, 2-3 %-də isə qlioma, beyində ölümcül şişlər aşkar edilib. Bu, nəzarət qruplarında dəfələrlə yoxlanılıb – məhz telefonun şüalanması siçanlarda xərçəng xəstəliyi yaradıb.

Beləliklə, mobil telefonlar potensial olaraq təhlükəlidir, amma çoxlu təkzib də mövcuddur. Birincisi, texnologiyalar sürətlə inkişaf edir və indi siqnallar başqa tezliklərdə ötürülür. İkincisi, smartfonu cibdə daşımaq və zənglərə cavab vermək gün ərzində 9 saat şüalanmanın təsirinə məruz qalmaq demək deyil. Üçüncüsü, siçan və insanlar müxtəlif fiziologiyaya malikdirlər və bu çox vacibdir.

Belə nəticəyə gəlmək olar ki, cihazlar təyinatı üzrə istifadə edildikdə, demək olar, təhlükəsizdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1309   Tarix: 07 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qan təzyiqini tez aşağaı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığın

6 aprel
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24 mart
.

İnfarkt riskinizi özünüz ölçün

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir. xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə, infarkt riski xeyli yüksəlib. Mütəxəssislər çox bəsit bir testlə infarkt riskini təxmini şəkildə müəyyən etməyin mümkün olduğunu bildirirlər. Ayrı-ayrı tədqiqatların nəticələr

5 may
.

Həkim xəbərdarlıq etdi: "Uzunsaçlı gəlinciklər təhlükəlidir"

Uzunsaçlı gəlinciklər uşaqlar üçün ciddi təhlükə yarada bilər. -a istinadən bildirir ki, bunu Rusiya Uşaq Elmi-Tədqiqat Klinik İnstitutunun pediatrı Yekaterina Pasnova bildirib. O qeyd edib ki, uşaqlar gəlinciklərin başından qopan uzun saç tellərini uda bilərlər. Əgər bu tellər kifayət qədər uzun v

17 mart
.

Nanə ilə baş ağrısını dəqiqələr ərzində dayandıran effektiv üsul

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri, reseptləri günümüzdə də aktuallığını qoruyan İbn Sinanın məsləhət gördüy

17 mart
.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometabolik parametrlərinə təsirini - heyvan ətinin və ya onun bitki analoqlarının istehlak

14 aprel
.

Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd hazırlayırlar ki, bu da xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir. Bir neçə xeyriyyə təşkilatının "LungVax" peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanı

23 mart