Gəncədəki partlayışdan son xəbər - VİDEO
Gəncədə qaz sızması nəticəsində partlayış baş verən binanın sökülməsinə qərar verilib.
Sonxeber.az xəbər verir ki, bu barədə REAL-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Sökülən dördmərtəbəli binanın yerində özəl şirkət tərəfindən yeni yaşayış binası inşa ediləcək, partlayış baş verən binada yaşayan ailələr isə yeni binada mənzillə təmin ediləcəklər.
Bina inşa edilənədək ailələrə kirayədə qalmaq üçün pul ödənilir. Artıq Nazirlər Kabineti bunun üçün vəsait ayırıb və ailələrin bank hesablarına kirayə pullarının köçürülməsinə başlanılıb. Kirayə pulu ailələrin partlayışa qədər yaşadıqları evlərin sahəsinə uyğun olaraq 250 manatdan başlayır.
Partlayış baş verən binanın söküntüsünə yaxın günlərdə başlanacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Dağıntılar altından 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyitləri çıxarılıb. 1 nəfər yaralı, 1997-ci il təvəllüdlü hərbçi Məmmədli Orxan Oktay oğlu Gəncə Hərbi Hospitalına yerləşdirilib.
Partlayış nəticəsində 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4065 Tarix: 03 yanvar 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər
Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar
17 dekabrDaha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmət
17 dekabrYolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü
Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, ehtiyatsızlıqdan zərərçəkmişin ölmünə səbəb olan 199-cu il təvəllüdlü Nica
17 dekabrŞabranda qadın evinin həyətində ölü tapıldı
Şabran şəhərində qadın yaşadığı evin həyətində ölü halda tapılıb. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 49 yaşlı Sahibə Xankərəm qızı Əliyevanın meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkar edilib. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırm
20 dekabrAlüminium qabı ilə birlikdə udduğu həb 4 il sonra ağciyərindən çıxarıldı
Antalyada 75 yaşlı Sahibe Güzin Zeybekoğlunun 4 il əvvəl diqqətsizlik nəticəsində alüminium qabı (blisteri) ilə birlikdə udduğu həb bronxoskopik üsulla ağciyərindən çıxarılıb. türk mediasına itinadən xəbər verir ki, Zeybekoğlu, "Şiddətli öskürək və həddindən artıq bəlğəm şikayətlərim var idi, sonrada
19 dekabrGənc fenomen dünyasını dəyişdi
TikTok-dakı paylaşımları ilə geniş izləyici kütləsinə sahib olan gənc ulduz Tucker Genalın vəfat etdiyi bildirilib. türk mediasına istinadən xəbər verir ki, Genalın ölüm xəbərini 15 dekabrda qardaşları Carson və Connor Genal Instagram hesabları vasitəsilə paylaşaraq izləyiciləri ilə bölüşüblər. Onla
16 dekabr