100 il əvvəlki PLAN: Üçlük "xüsusi xəritə"ni Türkiyəyə gətirir – ŞOK DETALLAR

100 il əvvəlki PLAN: Üçlük "xüsusi xəritə"ni Türkiyəyə gətirir - ŞOK DETALLARABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton, Baş Qərargah rəisi Cozef Danford və Suriya üzrə xüsusi nümayəndə Ceyms Cefrinin sabah Türkiyədə olması gözlənilir. Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, səfər zamanı ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra Suriyada qurulacaq yeni nizamla bağlı müzakirələr aparılacaq. Sözügedən səfər öncəsi isə Con Bolton İsraildə Ankarada etirazla qarşılanacaq bir bəyanat verdi. Boltonun sözlərinə görə, Ankara Vaşinqtonla tam əməkdaşlıq etmədiyi müddətdə Türkiyənin Suriyada hər hansı bir hərbi əməliyyat keçirməsini istəmirlər. PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə işarə edən Bolton Türkiyənin "kürdləri qorumaq üçün zəmanət verəcəyi halda" Suriyadan çəkiləcəklərini, bunun prezidenti Donald Trampın istəyi olduğunu bildirib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın əsas hədəfin , İŞİD və PKK/PYD/YPG terror təşkilatları olduğunu deyib.

Onun sözlərinə görə, bir terror təşkilatının kürdləri təmsil etdiyini irəli sürmək, hər şeydən əvvəl kürd qardaşlara hörmətsizlikdir. ABŞ mətbuatının yazdığına görə, amerikalı bir səlahiyyətliyə görə, qoşunların Suriyadan çəkilməsi ilə bağlı hər hansı təqvim müəyyən edilməyib. O əlavə edib ki, Tramp həftələr içində əsgərlərin bölgədən çəkiləcəyinə dair əlaqədar şəxslərdən zəmanət alıb. Lakin ötən gün ABŞ prezidentinin bəyanatı mövzu ilə bağlı qeyri-müəyyənliyi artırdı. Tramp "əsgərimiz Suriyadan çəkilir, amma bunun tez olacağını əsla söyləmədim" deyib. ABŞ mətbuatı isə amerikalı nümayəndə heyətinin çantasında "xüsusi xəritə"nin olacağını yazıb.

Amerikalı səlahiyyətlilərin, "Yeni Sykes-Pikot" razılaşması adlandırdıqları təktərəfli xəritəyə Türkiyənin qətiyyən müsbət yanaşmayacağı və qəbul etməyəcəyi bildirilir. Xəritənin Türkiyə tərəfinə hələ rəsmən təqdim edilmədiyi deyilir. "Kiçik Asiya andlaşması" adlanan "Sykes-Pikot" razılaşması Britaniya diplomatı Mark Saykes və fransalı Frensis Corc-Pikot tərəfindən tərtib olunub. Rusiyanın da razılığı alındığı və 9-16 may 1916-cı il tarixlərində razılaşdırılan "Sykes-Pikot"un məğzi Yaxın Şərqdə Osmanlı ərazilərinin Britaniya və Fransa tərəfindən bölüşdürülməsi idi. Ancaq bu anlaşmanın ən pis tərəfi o idi ki, bölgü ingilis və fransız diplomatları tərəfindən xəritə üzərindən aparılırdı, bölgüdə yerli xalqların təmsilçiləri iştirak etmirdi, onların rəyi alınmamışdı belə. Bölgü sırf müharibə şəraitində işğal olunan və ya olunacaq ərazilərin iki qalib imperiya tərəfindən bölüşdürülməsi idi.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2742   Tarix: 07 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bu gün Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil" - DEPUTAT

"2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə formalaşdırdığı uğurlu enerji diplomatiyasının nəticələrini və qarşıdakı dövr üçün müəyyən etdiyi strateji hədəfləri bir daha nümayiş etdirdi. Dövlət başçısını

2 iyun
.

Prezident: "Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz"

"Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxş

1 iyun
.

Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında bel

9 iyun
.

"Bu tədbir Azərbaycanın enerji strategiyasının təqdimat platformasıdır" - DEPUTAT

"Azərbaycan qlobal enerji liderlərini bir araya gətirən 30-cu Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşan Bakı Enerji Həftəsi özündə 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas"

3 iyun
.

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi. Yeni bina paytaxtın Heydər Əliyev prospektind

3 iyun
.

"Bu uğurların təməlində illər boyu ardıcıl şəkildə həyata keçirilən milli inkişaf strategiyası dayanır" - AÇIQLAMA

"Cənab İlham Əliyevin 31-ci Baku Energy Forumunda səsləndirdiyi fikirlər ölkəmizin son 30 ilə yaxın dövrdə keçdiyi inkişaf yolunun, həyata keçirilən uzaqgörən dövlət siyasətinin və əldə olunan tarixi Zəfərin əsas səbəblərini bir daha aydın şəkildə ortaya qoyur. Dövlət başçısının da vurğuladığı kimi

2 iyun
.

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyinat olub. Qaynarinfo xəbər verir ki, bu vəzifəyə Fuad Çıraqov təyin edilib. Qeyd edək ki, Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. O

2 iyun
.

Tarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliye

9 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun