"Bu uğurların təməlində illər boyu ardıcıl şəkildə həyata keçirilən milli inkişaf strategiyası dayanır" - AÇIQLAMA

"Bu uğurların təməlində illər boyu ardıcıl şəkildə həyata keçirilən milli inkişaf strategiyası dayanır" - AÇIQLAMA"Cənab İlham Əliyevin 31-ci Baku Energy Forumunda səsləndirdiyi fikirlər ölkəmizin son 30 ilə yaxın dövrdə keçdiyi inkişaf yolunun, həyata keçirilən uzaqgörən dövlət siyasətinin və əldə olunan tarixi Zəfərin əsas səbəblərini bir daha aydın şəkildə ortaya qoyur.
Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan hər zaman milli maraqlara söykənən praqmatik siyasət həyata keçirib. Müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi ağır iqtisadi və siyasi vəziyyət fonunda güclü dövlət quruculuğu, iqtisadi inkişaf və milli təhlükəsizliyin təmin edilməsi əsas prioritetlər kimi müəyyənləşdirildi. Məhz bu strategiya nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrildi. Bu gün heç kimə sirr deyil ki, güclü iqtisadiyyat olmadan güclü ordu yaratmaq mümkün deyil. Müasir dövrdə orduların döyüş qabiliyyəti yalnız şəxsi heyətin hazırlığı ilə deyil, həm də ən son texnologiyalara əsaslanan silah sistemləri, hərbi infrastruktur, peşəkar kadr hazırlığı və davamlı maliyyə təminatı ilə ölçülür. Azərbaycan enerji layihələrindən əldə etdiyi gəlirləri məqsədyönlü şəkildə iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəldilməsinə və eyni zamanda müdafiə potensialının gücləndirilməsinə yönəltdi".

Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, əgər ölkəmizin güclü iqtisadi imkanları formalaşmasaydı, müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, peşəkar ordunun qurulması son dərəcə çətin, bəzi hallarda isə mümkünsüz olardı. Bu baxımdan iqtisadi qüdrət ilə hərbi güc arasında birbaşa əlaqə mövcuddur. Azərbaycanın qazandığı hər bir iqtisadi uğur son nəticədə dövlətimizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edib:

"Hesab edirəm ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilk növbədə Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqın birliyi, Ali Baş Komandanın qətiyyəti və düzgün hərbi strategiya nəticəsində mümkün oldu. Lakin bununla yanaşı, illər ərzində yaradılmış iqtisadi baza və müasir ordu quruculuğu siyasəti də bu Zəfərin mühüm sütunlarından biri idi. Azərbaycan müharibə meydanında yalnız döyüş ruhu ilə deyil, həm də uzun illər ərzində formalaşdırdığı hərbi-texniki üstünlüklə qalib gəldi.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir daha göstərir ki, dövlətlərin taleyini təsadüfi qərarlar deyil, strateji baxış, milli maraqlara söykənən siyasət və uzunmüddətli inkişaf konsepsiyası müəyyən edir. Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi də məhz bu uzaqgörən siyasətin, iqtisadi gücün, hərbi hazırlığın və xalq-iqtidar birliyinin məntiqi nəticəsi oldu.
Bu gün Azərbaycan artıq yalnız hərbi qələbə qazanmış dövlət deyil, həm də regionda yeni reallıqlar yaradan, öz milli maraqlarını təmin etməyi bacaran, güclü iqtisadiyyata, qüdrətli orduya və müstəqil siyasi iradəyə malik suveren dövlətdir. Bu uğurların təməlində isə illər boyu ardıcıl şəkildə həyata keçirilən milli inkişaf strategiyası dayanır."-deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 738   Tarix: 02 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Laos bizim üçün dost ölkədir"

"Laos bizim üçün dost ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı xatırladıb ki, 30 ildən çoxdur davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir

13 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı, həmçinin bildirib

13 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Prezident: "İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır"

"Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuil

14 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına həmrəylik mesajı: Ortaq dəyərlər, ortaq mövqe və sarsılmaz birlik

Azərbaycan və Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər əsrlərin sınağından keçmiş tarixi bağlılığa, ortaq dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. "Bir millət, iki dövlət" ifadəsi xalqlarımızın bir-birinə münasibətin

14 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

İlham Əliyev: "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"

"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında bildirib. İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbə

13 oktyabr