"Bu gün Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil" - DEPUTAT

"Bu gün Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil" - DEPUTAT"2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə formalaşdırdığı uğurlu enerji diplomatiyasının nəticələrini və qarşıdakı dövr üçün müəyyən etdiyi strateji hədəfləri bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı göstərdi ki, enerji siyasəti Azərbaycan üçün təkcə iqtisadi inkişaf vasitəsi deyil, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və qlobal enerji təhlükəsizliyinə töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, bu gün dünyanın enerji xəritəsində mühüm yer tutan Azərbaycan müstəqilliyinin ilk illərində olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərirdi:

"İqtisadi böhran, siyasi qeyri-sabitlik, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış ağır humanitar vəziyyət və maliyyə resurslarının çatışmazlığı ölkənin qarşısında ciddi problemlər yaradırdı. Məhz belə bir dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən neft strategiyası Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə imzalanmış və tarixə "Əsrin müqaviləsi" kimi daxil olmuş enerji sazişi Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasının başlanğıcı oldu. Sonrakı illərdə Xəzər dənizinin zəngin enerji ehtiyatlarının işlənilməsi istiqamətində həyata keçirilən layihələr ölkəyə böyük həcmdə xarici sərmayələrin cəlb olunmasına şərait yaratdı. Bununla yanaşı, Azərbaycan beynəlxalq tərəfdaşlar üçün etibarlı ölkə kimi tanındı.
Bakı Enerji Həftəsinin tarixi də məhz həmin dövrdən başlayır. İlk dəfə təşkil edilən Xəzər Neft və Qaz Sərgisi sonradan qlobal enerji sənayesinin ən nüfuzlu tədbirlərindən birinə çevrildi. Bu gün Bakı Enerji Həftəsi müxtəlif ölkələrin dövlət rəsmilərini, beynəlxalq təşkilatları, enerji şirkətlərini və ekspertləri bir araya gətirən mühüm platformadır.
Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Azərbaycanın enerji siyasətinin əsas uğurlarından biri enerji diplomatiyasının düzgün qurulması olub. Çünki Azərbaycanın dənizə birbaşa çıxışı yoxdur və enerji resurslarının dünya bazarlarına çatdırılması üçün geniş beynəlxalq əməkdaşlıq zəruridir. Məhz buna görə də ölkəmiz qonşu dövlətlərlə və region ölkələri ilə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağa nail olub.
Bu siyasətin ən mühüm nəticələrindən biri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin reallaşdırılmasıdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Sonrakı dövrdə Bakı-Supsa neft kəməri, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri Azərbaycanın enerji diplomatiyasının yeni uğurlarına çevrildi.
Bu layihələrin zirvəsi hesab olunan Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Uzunluğu 3500 kilometrdən çox olan bu enerji sistemi bir neçə ölkəni və müxtəlif infrastruktur elementlərini vahid platformada birləşdirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə enerji əməkdaşlığının uğurlu nümunəsi kimi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur. Onlardan 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş mövqeyini daha da gücləndirir. Son illərdə baş verən qlobal enerji böhranları və geosiyasi dəyişikliklər fonunda Azərbaycan qazına olan tələbatın artması da təsadüfi deyil.
Azərbaycanın enerji diplomatiyasının mühüm istiqamətlərindən biri də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdır. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Xəzərin şərq sahillərində yerləşən tərəfdaş dövlətlərin enerji resurslarının dünya bazarlarına çıxarılmasında Azərbaycan mühüm tranzit rolunu oynayır. Hazırda Mərkəzi Asiya nefti Azərbaycan üzərindən beynəlxalq bazarlara nəql edilir və gələcəkdə təbii qaz sahəsində də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Enerji sahəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da ciddi təsir göstərib. Bu gün ölkəmiz müxtəlif regionlar arasında etibarlı körpü rolunu oynayır. Azərbaycan həm Avropa, həm Asiya, həm Yaxın Şərq, həm də Mərkəzi Asiya ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir.
Prezident İlham Əliyev çıxışında enerji siyasətinin iqtisadi nəticələrinə də toxundu. Son otuz ildə əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına yönəldilib. Müasir infrastruktur yaradılıb, yollar, məktəblər, xəstəxanalar tikilib, sosial proqramlar həyata keçirilib. Yoxsulluğun səviyyəsinin 50 faizdən 5 faizə qədər azalması, işsizliyin minimum həddə enməsi və iqtisadi sabitliyin təmin olunması bunun bariz göstəricisidir.
Eyni zamanda, enerji gəlirləri Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə də imkan verib. Güclü iqtisadi potensialın nəticəsi olaraq müasir ordu quruculuğu həyata keçirilib və Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə nail olub. Bu amil də göstərir ki, enerji resurslarından düzgün istifadə ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Bu gün Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil. Dövlət Neft Şirkəti - SOCAR müxtəlif ölkələrdə iri investisiya layihələri həyata keçirir. Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada həyata keçirilən layihələr Azərbaycanın qlobal iqtisadi proseslərdə iştirakını daha da genişləndirir.
Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də enerji diplomatiyasının gələcək inkişaf perspektivləri ilə bağlı idi. Yeni qaz yataqlarının işlənilməsi, "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi, Abşeron yatağının potensialı və digər perspektivli sahələr Azərbaycanın enerji ixracını daha da artıracaq.
Bununla yanaşı, ölkəmiz yaşıl enerji diplomatiyasını da uğurla inkişaf etdirir. Qara dəniz Enerji Kabeli layihəsi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji bağlantıları və Mərkəzi Asiya ilə həyata keçirilən yaşıl enerji təşəbbüsləri gələcəyin enerji əməkdaşlıq platformalarının əsasını təşkil edir.
Bütün bunlar göstərir ki, Azərbaycanın enerji diplomatiyası yalnız enerji daşıyıcılarının ixracı ilə məhdudlaşmır. Bu siyasət regional sabitliyin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə, iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Bakı Enerji Həftəsində səsləndirilən fikirlər bir daha sübut etdi ki, Azərbaycan enerji sahəsində əldə etdiyi uğurları düzgün diplomatik fəaliyyətlə birləşdirərək regionun və dünyanın aparıcı enerji mərkəzlərindən birinə çevrilib. Bu gün ölkəmiz həm enerji istehsalçısı, həm etibarlı tranzit ölkə, həm də qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçısı kimi beynəlxalq arenada xüsusi yer tutur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 533   Tarix: 02 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"CNN-dən bu məqalənin təkzib edilməsini gözləyirik"

"İyunun 5-i "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamil

5 iyun
.

"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

10 iyun
.

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı. Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələr

8 iyun
.

Prezident: "Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik"

"Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdə

1 iyun
.

Prezidentin qızı və gəlini tamaşa nümayişində - Fotolar

Prezidentin qızı - Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və gəlini Alena Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünyaşöhrətli "Balaca Şahzadə" əsəri əsasında hazırlanmış tamaşa nümayişində olublar. "Qafqazinfo"

2 iyun
.

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyinat olub. Qaynarinfo xəbər verir ki, bu vəzifəyə Fuad Çıraqov təyin edilib. Qeyd edək ki, Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. O

2 iyun
.

Tarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliye

9 iyun
.

Pentaqon rəsmisi: "Biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik"

"Azərbaycan dünyanın çox mürəkkəb bir hissəsində yerləşir. Maraqlıdır ki, ölkə həm Türkiyə, həm də İsrail ilə güclü münasibətlərə malikdir. Bütün bu səbəblərə görə biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Müharibə katibini

30 may
.

"Azərbaycan tərəfdaşlarla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edir" - DEPUTAT

"Uzun illərdir ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoqun aparıldığı, həm regional, həm də qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni əməkdaşlıq formatlarının yarandığı və biznes əlaqələrinin qurulduğu nüfuzlu platforma kimi böyük önəm daşıyır. Artıq Bakı Enerji Həftəs

3 iyun