Küçə ticarətinin qadağan edilməsi nələrə səbəb ola bilər ?
Azərbaycanda qanunsuz küçə ticarəti ilə məşğul olanlar məsuliyyətə cəlb olunacaq.
İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, bununla bağlı cəzalar tətbiq edilir. Yeni "Qanunsuz küçə ticarəti" adlı maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq.
Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Rəşad Həsənov bildirib ki, ölkənin hazırkı şəraitində bu addımın atılması müəyyən problemlərə səbəb olacaq:
"Son on ildə ölkədə küçə ticarətinin ləğv edilməsi istiqamətində müəyyən addımlar atılıb. Hazırda isə ötən on illə müqayisədə deyə bilərik ki, bu gün ən yaxşı halda 15 faiz küçə ticarəti qalıb. Bu müəyyən adamların ailəsini dolandırmaq üçün gəlir mənbəyi hesab olunurdu. Bu baxımdan hesab edirəm ki, hazırkı şəraitdə bu istiqamət üzrə addım atmaq o qədər də məqsədə uyğun deyil. Hazırda onsuz da ölkədə iş yerləri bağlanır, ixtisarlar gedir, sahibkarlar müflis olurlar. Adətən, böhran zamanı küçə ticarəti böyüməlidir. Mümkündür ki, bəlkə də hökumət bu istiqamət üzrə atılan addımlarla küçə ticarətində gözlənilən böyümənin qarşısını almağa cəhd göstərir. Ancaq normalda, indiki halda hökumət qarşısında yeganə prioritet olmalıdır ki, vətəndaş bu kimi fəaliyyətlərlə məşğul olub ailəsini dolandıra bilsin və onların dövlətdən sosial tələbləri azalsın. Eyni zamanda bu hal, hökumətin sosial xərclərinin də azalmasına gətirib çıxara bilər. Doğrudur, küçə ticarəti çox böyük sferanı əhatə etmir. Ancaq yenə də hazırkı şəraitdə bu addımın atılması, insanların yoxsulluğuna və işsizliyinə gətirib çıxara bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1759 Tarix: 07 yanvar 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İcra başçısı baş mütəxəssisi işdən çıxardı
Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) sürücülərindən işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynəli Süleymanov baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat olmayıb
15 dekabrŞüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et
Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur
16 dekabrCəmil Həsənli yenidən DTX-yə çağırıldı
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə
16 dekabrKəlbəcərə 11 sm qar yağdı
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi rayonlarında hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb. Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudd
16 dekabrQış Azərbaycana bu tarixdə daxil olacaq
Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il
15 dekabrSabah yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər
16 dekabrOnlara ən azı 46 gün məzuniyyət veriləcək
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündə
16 dekabr3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16 dekabr"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ
15 dekabr