Nəcisdə qida qalığı və ya qan izləri nəyin əlamətidir – xərçəng?

Nəcisdə qida qalığı və ya qan izləri nəyin əlamətidir – xərçəng?Bu gün saytımıza ünvanlanan çoxsaylı sualların içində nəcisdə qan görülməsi ilə bağlı suallar üstünlük təşkil edir.

Çox insanlar bu halı utanaraq doğmaları ilə bölüşmür, gizlədir,həkimə getməkdən çəkinir. Vəziyyətin düzəlməsini gözləyənlər isə sonradan çıxılmaz nöqtəyə gəlirlər.

Çox zaman nəcisdə piy, həzm olunmamış yemək qalıqları və qan ciddi patologiyalardan, bağırsaq, öd və qaraciyər xəstəlikləri, ən azından həzm pozulmalarından xəbər verir.

Nəcisdə sistemin dəyişikliklər, normadan kənara çıxmalar – istər forması, istər tərkibi, istər rənginə görə, hətta mədə və mədəaltı vəzinin də xəstəliklərindən qaynaqlana bilər.

Əgər stulda qan görünürsə, bu artıq ciddi siqnaldır. Öz bədənindən qan gəldiyini görən və buna biganə yanaşan insan həyatı ilə oynayır desək yanılmarıq.
Nəcisdə yalnız defakasiya zananı al rəng gəlməsi – düz bağırsağın anal çatı, babasildən tutmuş düz bağırsağın şişlərinə kimi gedib çıxa bilər.

Hansı həkimə müraciət etməli?

Nəcisdə istənilən normadan kənara çıxma və qan görünən zaman pasiyent ilk növbədə terapevtə müraciət edib, müvafiq analizlər verməli. Daha sonra ixtisaslı həkimlərə - proktoloq, qastronenteroloqa dərin müayinələr üçün üz tuta bilər.

Qanaxmanın səbəbini bilmək üçün bütün mədə-bağırsaq sistemi yoxlanmalıdır: istər aparatlarla, istər qan analizləri ilə.
Bağırsağın digər şöbələrində yarana biləcək qanaxma, qansızma, şişləri ilk növbədə təyin etmək üçün nəcisdə gizli qan analizi adlanan analiz verilməlidir. Əgər laboratoriya nəcisdə gizli qan, yəni hemorroy və çata bağlı olmayan qan izləri aşkar edərsə, o zaman kolonoskopiya qaçılmazdır.

Nəcisin rəngi: nə vaxt problem olur?

Nəcisin rənginə öd təsir edir. Normalda rəng tünd –orta qəhvəyi rəngdə olmalıdır. Qidalanmadan asılı olaraq rəng qısa müddətə dəyişə bilər. Məsələn, qırmızı ərzaqlar yedikdə qırmızı rəng ola bilər. Yaşıl və ya sarı rəng qidanın bağırsaqdan tez keçdiyini, yaxşı sovrulmadığını göstərir. Əgər öddə problem varsa, qalın bağırsaqda öd lazım olan vaxtda olmur deyə, rəng piqmentinə təsir edə bilmir. Ona görə nəcisin rənginin öd olmadan formalaşması o deməkdir ki, kütlə bağırsaqlardan çox sürətlə keçib.

Qara rəng 2 halda olur: ya insan çox miqdarda dəmir maddə qəbul edib, ya da mədə-bağırsaq sisteminin hansısa hissəsində qanama var. Bu da qastritdən, xoradan, kolit, müxtəlif bağırsaq xəstəliklərindən ola bilər.

Bir çox qida əlavələri və dərmanlar da nəcisin rənginə təsir edir. Dərman qəbulundan sonra belə hal baş verirsə, bu barədə dərmanı təyin edən həkimə məlumat verin.

Həzm olunmamış qida qalıqları

Bir çox məhsullar, qidalar var ki, məsələn, qarğıdalı, nar, meyvələrin qabığı, toxumlar həzm olunmamış formada nəcislə xaric ola bilir. Bu normaldır. Əgər nəcis çox duru, sıyıq formasındadırsa, deməli, qida qalın bağırsaqda çox qalıb. Bunun qarşısını almağın bir yolu çiy meyvə-tərəvəz qəbulunu azaltmalı, yüksək lifli qidalar –yarmalar, kök, alma püresi, düyü, banan yeməlisiz.

Ümumiyyətlə, insan üçün evdə özündə hər hansı dəyişikliyi görmək üçün ideal yol – sidik və nəcisdə dəyişiklikləri izləməkdir. Nəcis bütün mədə-bağırsaq sisteminin güzgüsüdür. Əgər normal forma, rəng, qatılıq yoxdursa, deməli, mədəaltı vəzidən tutmuş düz bağırsağa kimi tam müayinədən keçməlisiniz./medicina


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 8864   Tarix: 04 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qocalmanı sürətləndirən üç gündəlik vərdiş

Qocalmanı hissolunmaz şəkildə sürətləndirən üç gündəlik vərdiş açıqlanıb. bildirir ki, bu barədə "LEVITA" beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin həmtəsisçisi və məşqçi Kseniya Qufranova " nəşrinə müsahibəsində danışıb. Qufranovanın sözlərinə görə, qocalmanın əsas amili otura

30 noyabr
.

Dünyada sağalmaz xəstəlik sürətlə yayılır - onun nəticələri

Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlənmənin aşağı səviyyəsinə görə həyəcan təbili çalır. Dünyada qızılca halları sürətlə artır: yalnız ötən il 11 milyon yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bir çox regionlarda peyvəndləmə səviyyəsinin çox aşağı olması səbəbindən qızılcanı

7 dekabr
.

Zərərli bilinirdi, ömrü uzadırmış - Alimlər təsdiqlədi

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir. xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub. Tədqiqat 2 böyük Avropa layihəsini

13 dekabr
.

Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq

Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır

7 dekabr
.

Bu şokoladı şəkər xəstələri də yeyə bilər

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"

13 dekabr
.

Çox öskürmək ziyandır

Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub. Axşam.az xəbər verir ki, mütəxəssislər küncüdün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır. E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif

3 dekabr
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29 noyabr
.

Portağalın gizli gücü ortaya çıxdı: Tərkibində elə şeylər var ki...

Əksər insanlar üçün portağal suyu sadəcə adi içkidir. Lakin aparılan tədqiqatlar göstərir ki, bu içki susuzluğu aradan qaldırmaqdan daha çox faydaya malikdir. Bununla bağlı araşdırmanı "Medical Xpress" nəşri dərc edib. Araşdırma, portağal suyunun müntəzəm istehlakının immun hüceyrələrimizdək

6 dekabr
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14 dekabr