"Lotu Quli" "Skype"la ad verdiyi, heç vaxt həbsdə olmayan "qanuni oğru" kimdir? – KRİMİNAL DOSYE/FOTOLAR

"Lotu Quli" "Skype"la ad verdiyi, heç vaxt həbsdə olmayan "qanuni oğru" kimdir? – KRİMİNAL DOSYE/FOTOLARƏvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, azərbaycanlı "kriminal generallar" iki cəbhəyə bölünüb. Birinci dəstə "Lotu Quli" ləqəbli Nadir Səlifovun ətrafında, ikincilər isə Nadir Səlifova qarşı koalisiyada olan "qanuni oğrular"dan ibarət dəstədə təmsil olunur.

Nadir Səlifovun ətrafında təmsil olunan qanuni oğrulardan biri də Rafət Əlibayramlinski kimi tanınan Rafət Əmirovdur.

Rafət Əmirov kimdir?

R. Əmirov 1979-cu ildə köhnə adıyla Əlibayramlı, indiki Şirvan şəhərində anadan olub. Doğulub böyüdüyü şəhər onu kriminal aləmə yaxınlaşdırıb.

Gənc yaşlarından cinayət aləmində adını tanıtmağa başlayıb və qısa müddət ərzində "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamına çevrilib, onun Rusiyada və digər ölkələrdə tapşırıqlarını həyata keçirməyə başlayıb.
Bunun nəticəsi olaraq, Rafət "Lotu Quli"yə sədaqətinin bəhrəsi olaraq 2014-cü il avqust ayında kriminal generallar sırasına qoşulub.

Belə ki, həmin ilin yayında Türkiyədə "sxodka" keçirilib. Azərbaycanlı "qanuni oğru"lardan həmin sxodkada Arif Mehdiyev (Arif Sumqayitski), Yunus Nəzərov (Yunus Yasamalinski), Namiq Səlifov (Namiq Bakinski) və bir neçə gürcü oğru iştirak edib.

Həmin vaxtı Azərbaycanda həbsdə "Lotu Quli" sxodkaya "Skype" vasitəsi ilə qoşulub. Nadir Səlifov Rafət Əlibayramski və Ceyhun Gəncinskiyə "qanuni oğru" adı verib.

Zaman keçdikcə Ceyhun Gəncinskinin "Lotu Quli" ilə münasibətləri pisləşib və onun kurasiyasından aralanıb. Hazırda o, "Lotu Quli"yə qarşı olan dəstədə çıxış edir. Buna görə də "Lotu Quli" tərəfindən verilən addan 2015-ci ildə məhrum edilib.

Rafət Əlibayramlı daha sonra "Sakal" ləqəbli Ulan Toktosunov və "Maçviç" ləqəbli Mixail Çapizadzeyə "qanuni oğru" adı verilməsi ilə bağlı "sxodka"da iştirak edib.

Ceyhundan fərqli olaraq Rafət Nadir Səlifovun yanındadır. "Quli" həbsdən azad olunandan sonra onu Türkiyədə ilk ziyarət edənlərdən biridə məhz Rafətdir.

Rafətin qardaşı Rüfət Əmirovda "Lotu Quli"nin tərəfdarlarındandır, onun tapşırıqlarını icra etməkdədir.

Rüfət Əmirov ötən il Bakıda adam oğurluğu və silah saxlamaqla bağlı həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

XÜSUSİ QEYD: Rafət Əlibayramski digər "qanuni oğru"lardan fərqli olaraq həbsdə yatmayıb. Rafət adam oğurluğu, qətlə cəhd kimi maddələr üzrə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.

Mənbənin bildirdiyinə görə, Rafət hər zaman ehtiyatı nəticəsində heç Polis Şöbəsində belə saxlanmayıb. (bakupost)
"Lotu Quli" "Skype"la ad verdiyi, heç vaxt həbsdə olmayan "qanuni oğru" kimdir? – KRİMİNAL DOSYE/FOTOLAR"Lotu Quli" "Skype"la ad verdiyi, heç vaxt həbsdə olmayan "qanuni oğru" kimdir? – KRİMİNAL DOSYE/FOTOLAR"Lotu Quli" "Skype"la ad verdiyi, heç vaxt həbsdə olmayan "qanuni oğru" kimdir? – KRİMİNAL DOSYE/FOTOLAR"Lotu Quli" "Skype"la ad verdiyi, heç vaxt həbsdə olmayan "qanuni oğru" kimdir? – KRİMİNAL DOSYE/FOTOLAR"Lotu Quli" "Skype"la ad verdiyi, heç vaxt həbsdə olmayan "qanuni oğru" kimdir? – KRİMİNAL DOSYE/FOTOLAR"Lotu Quli" "Skype"la ad verdiyi, heç vaxt həbsdə olmayan "qanuni oğru" kimdir? – KRİMİNAL DOSYE/FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 5801   Tarix: 15 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zamin Zəkiyə hökm oxunub

"QHT işi" üzrə ittiham olunanlardan biri - sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqda

11 mart
.

Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun məlumatına görə, haki

12 fevral
.

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq-Video

Türkiyədə dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşı 26 yaşlı Səbinə Vahabova axtarışa verilib. "Qafqazinfo" "Halktv"yə istinadən xəbər verir ki, S.Vahabovanın "ailə qurduğu" şəxsləri aldadaraq toy məclisindən toplanan qızılları ələ keçirib qaçdığı məlum olub. Bel

14 fevral
.

Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, növbəti tədbirlərlə "TikTok" sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismə

12 mart
.

"Zəng etdilər ki, Saqibi öldürüb dərəyə tullayıblar" - Video

Xəbər verdiyimiz kimi, Göygölün Molla Cəlilli kəndi ərazisində dərədən üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, cansız bədənin 1986-cı il təvəllüdlü Saqib Quliyevə məxsus olduğu müəyyən edilib. Yaxınları onun qətlə yetirildiyini iddia edir:

4 fevral
.

Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində "Süleyman" yazılmış döymə var

Fevralın 11-i saat 22:30 radələrində Bakı-Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətind

11 mart
.

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Suraxanı rayonunda qətl hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının qətlində həyat yoldaşı, 43 yaşl

21 mart
.

Bakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi - 4 nəfər tutuldu

Aktrisa Üzel Kərimovanın ötən gün bayram qeyd etmək üçün getdiyi məkanların birində dava düşüb. "Qafqazinfo" xəbər verir ki, restoranda bir qrup şəxs Ü.Kərimovanın rəfiqəsinin ərinə hücum edərək ona xəsarətlər yetirib. Aktrisanın paylaşdığı videoda həmin şəxsin başından xəsarət aldığı və yerd

19 mart
.

"İlkin Süleymanov artıq ümid etmir..." - Vəkil danışdı

"İlkin Süleymanov artıq ümid etmir, taleyi ilə barışıb". Bunu Qaynarinfo-ya açıqlamasında 10 yaşlı Nərmin Quliyevanın qətlinə görə məhkum edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib. Vəkilin sözlərinə görə, İlkin Süleymanovun səhhəti normaldır:. "Hər şey qaydasındadır. Ailə üzvlər

4 fevral