2019-un ən bahalı maşınları - 13 milyona satılır, saatda 420 ilə gedir

2019-un ən bahalı maşınları - 13 milyona satılır, saatda 420 ilə gedirMüasir dövrdə hər kəs şəxsi avtomobilə sahib olmaq istəyir. Hərə öz cibinə uyğun olan avtomobil markalarına üstünlük verir.

Elə avtomobillər var ki, hamı onları öz qarajında görmək istəyər. Lakin bu, bir çoxları üçün sadəcə arzudur, çünki həmin avtomobillərin qiyməti fantastikdir.

Oxu.Az 2019-cu ildə dünya bazarlarında ən bahalı qiymətə satılan avtomobillərin siyahısını təqdim edir:

"Bugatti Chiron" - "Bugatti Veyron"un davamçısı hesab olunur. Bu avtomobil 2.4 saniyəyə 97 km/saat sürət yığır. Maksimum sürət isə saatda 420 kilometrdir. Qiyməti 2.9 milyon dollardır.

"Pininfarina Sergio Ferrari"nin qiyməti 3 milyon dollardır. Bir çox səbəblərə görə dünyanın ən gözəçarpan avtomobillərindən biridir. "Ferrari"nin ən bahalı modellərindən sayılır. Bu modelin sahibləri istehsalçılar tərəfindən xüsusi olaraq seçilir. Maksimal sürəti saatda 320 kilometrdir.

"Aston Martin Valkyrie". Təəccüblüdür ki, istehsalçılar hələ rəsmi olaraq bu avtomobilin qiymətini elan etməyiblər. Lakin avtomobil biznesi üzrə mütəxəssislərin qiymətləndirmələrinə görə, nəqliyyat vasitəsinin dəyəri 3.2 milyon dollardır. Bu model "Aston Martin-Red Bull AM-RB 001" modelinin modifikasiya olunmuş versiyasıdır.

"Bugatti Veyron Mansory Vivere" 3.4 milyon dollar dəyərindədir. Sürəti və lüksü birləşdirən azsaylı bahalı avtomobillərdən biridir.

"Lykan Hypersport" modelinin də qiyməti 3.4 milyon dollardır. Avtomobil faraları brilyantdan hazırlanmış ledlərlə təchiz edilib.

Qiyməti 3.6 milyon dollar olan "McLaren P1 LM" bir çox avadanlıqlarına dəyişiklik edib.

4.5 milyon dəyərində olan "Lamborghini Veneno" avtomatlaşdırılmış mexaniki sürət qutusuna malikdir. 60 mil/saat sürətini 2.9 saniyəyə yığa bilir. Bu avtomobil modelindən cəmi doqquz ədəd olduğu bildirilir.

"Koenigsegg CCXR Trevita" 4.8 milyon dollara satılır. Maksimal sürəti saatda 410 kilometrdir.

"Maybach Exelero" isə 8 milyon dollardır. Bu avtomobil "2 qapılı kupe" kimi xarakterizə edilir. Avtomobilin salonu göz oxşayır, tünd və qırmızı dəriləri, neopren, parlaq qara karbon lifi və alüminium işləmələrlə fərqlənir.

2019-cu ildə ən bahalı avtomobil markası isə "Sweptail by Rolls Royce"dir. Bu avtomobili yaxtaya bənzədirlər. Amma göstəricilərinə görə heç də digər markalardan fərqlənmir. Sadəcə, sifariş əsasında istehsal edildiyi üçün eksklüziv hesab olunur. Avtomobil iki nəfərlikdir. Qiyməti isə 13 milyon dollardır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1843   Tarix: 08 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yer yoxdur, amma şəkilləri silmək istəmirsiniz - Telefonun yaddaşını necə təmizləmək olar?

Smartfon ekranında yaddaşın dolduğunu göstərən bildiriş görünəndə əksər istifadəçilər ilk növbədə şəkil və videolarını silmək barədə düşünür. Halbuki telefon yaddaşını ən çox dolduran səbəblərdən biri media faylları deyil, illərlə yığılan rəqəmsal zibillərdir. xarici mediaya istinadla xəbər verir ki

1 iyun
.

Uzun iş saatlarında enerji toplamağın ən yaxşı yolu nədir? - Dmitri Peskov açıqladı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov uzunmüddətli iş zamanı ona enerji verən ən yaxşı qəlyanaltının sirrini bölüşüb. xəbər verir ki, bu barədə nəşri məlumat yayıb. Rusiyalı jurnalist Pavel Zarubin Avrasiya İqtisadi İttifaqının Astana sammiti zamanı Peskovdan necə enerji topladığını soruşub

1 iyun
.

Mayın son günü nadir TƏBİƏT HADİSƏSİ BAŞ VERƏCƏK - Gecə səmaya diqqətlə baxın

Mayın 31-də nadir astronomik fenomen baş verəcək. Bir ayda ikinci dolunayı, Mavi Ay hadisəsini seyr edəcəyik. Bu, 3,5 ildən bir baş verir və növbəti dəfə 2028-ci ildə səmada görünəcək. Bu fenomen nədir, nə vaxt və harada müşahidə olunmalıdır və insanlara necə təsir edir - Bizim.Media detalları təqdi

31 may
.

Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul

Qiyməni daha ləzzətli etmək, bişərkən qurumasının qarşısını almaq və pambıq kimi yumşaq bir konsistensiya əldə etmək üçün mətbəxdəki bu bəsit məhsul kifayətdir: Qazlı su. xəbər verir ki, xüsusilə kotlet (küftə), kabab, qovurma və ya lahmacun içi hazırlayarkən qiyməyə qazlı su əlavə etmək ətin liflərin

31 may
.

Çoban iti yaş yarımlıq uşağı parçaladı

Rusiyanın Primorski diyarında çoban iti yaş yarımlıq uşağı parçalayıb. yerli mediaya istinadla bildirir ki, hadisə Barano-Orenburgskoye kəndində, sərhəd dairəsinə daxil olan fərdi yaşayış evinin həyətində baş verib. İlkin məlumata görə, azyaşlı oğlan həyətdə böyük bacısı ilə birlikdə olarkən itin ye

1 iyun
.

Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı

Türkiyənin Qiresun vilayətindəki Qara dəniz sahili güclü yağışlardan sonra qəhvəyi rəngə boyanıb. xəbər verir ki, bu barədə Türkiyənin "Habertürk" telekanalı xəbər verib. Məlumata əsasən, Qara dənizə axan çaylardan gələn yağış sularının təsiri nəticəsində sahilyanı ərazilərdə suyun rəngi dəyişib

31 may
.

"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama

"Kanadalı tədqiqatçılar ilk valideynlik yaşının həyatın sonrakı mərhələlərinə ciddi təsir etdiyini açıqlayıblar. Kanadanın Nyu-Bransuik Universitetinin alimləri ilk uşağın dünyaya gətirilməsi üçün ən uyğun yaş aralığını müəyyənləşdirmək məqsədilə genişmiqyaslı elmi tədqiqat aparıblar. araşdırmanı

31 may
.

Dondurulmuş tərəvəzlər niyə bəzən daha dadlı olur?

Market rəflərində gördüyümüz "təzə" etiketi hər zaman daha keyfiyyətli və dadlı məhsul təəssüratı yaradır. Lakin mütəxəssislərə görə söhbət yaşıl noxud, qarğıdalı, ispanaq və brokoli kimi bəzi tərəvəzlərdən gedirsə dondurulmuş variantlar təzə alternativlərindən daha uğurlu və dadlı nəticə ver

31 may
.

Yaşlı insanların NƏZƏRİNƏ: bu balığı yeməyin

Balıq yaşlı insanların qidalanmasında mühüm yer tutmaqda davam edir, lakin onun bütün növləri eyni dərəcədə faydalı deyil. Balıq ən faydalı qidalardan biri hesab olunur. O, ürək, damar və beyin fəaliyyətini dəstəkləyən qiymətli zülal, omeqa-3 yağ turşuları və vacib mikroelementlərlə zəngindir. xaric

2 iyun