Yer yoxdur, amma şəkilləri silmək istəmirsiniz - Telefonun yaddaşını necə təmizləmək olar?

Yer yoxdur, amma şəkilləri silmək istəmirsiniz - Telefonun yaddaşını necə təmizləmək olar?Smartfon ekranında yaddaşın dolduğunu göstərən bildiriş görünəndə əksər istifadəçilər ilk növbədə şəkil və videolarını silmək barədə düşünür. Halbuki telefon yaddaşını ən çox dolduran səbəblərdən biri media faylları deyil, illərlə yığılan rəqəmsal zibillərdir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, düzgün təmizləmə üsulları ilə heç bir vacib şəkli silmədən bir neçə, hətta onlarla giqabayt yaddaş boşaltmaq mümkündür.

Keşi təmizləyin

Sosial şəbəkələr, brauzerlər və müxtəlif tətbiqlər istifadə zamanı minlərlə müvəqqəti faylı telefonda saxlayır. Bu fayllar keş adlanır və zamanla böyük həcmdə yaddaş tutur.

Android istifadəçiləri "tənzimləmələr" bölməsinə daxil olub "tətbiqlər" hissəsindən ən çox yer tutan proqramları seçə bilər. Daha sonra "yaddaş" bölməsində "keşi təmizlə" düyməsini sıxmaq kifayətdir. Burada "məlumatları sil" seçiminə toxunmamaq vacibdir, çünki bu halda hesabdan çıxış edilə və telefon sıfırlana bilər.

Apple cihazlarında isə sistem fərqli işləyir. iPhone istifadəçiləri "tənzimləmələr" ---- "əsas" ---- "iPhone yaddaşı" bölməsinə keçərək böyük həcm tutan proqramları silib yenidən yükləyə bilər. Bu zaman şəxsi məlumatlar bulud sistemindən bərpa olunur, gizli tullantılar isə silinir.

Mesencerləri yoxlayın

Mesencerlər yaddaşı ən çox dolduran tətbiqlərdən hesab olunur. Çünki göndərilən videolar, şəkillər, səs yazıları və sənədlər avtomatik olaraq telefona yüklənir.

Telegram istifadəçiləri "tənzimləmələr" --- "məlumat və yaddaş" --- "yaddaş istifadəsi" bölməsində "keşi təmizlə" funksiyasından istifadə edə bilər. Ekspertlər media fayllarının saxlanma müddətini bir həftə kimi məhdudlaşdırmağı tövsiyə edir.

Viber tətbiqində isə "Daha çox" bölməsindən "tənzimləmələr" --- "yaddaş istifadəsi" hissəsinə keçərək artıq faylları silmək mümkündür. Bundan əlavə, "media faylları" bölməsində avtomatik qalereya yaddaşını söndürmək tövsiyə olunur.

WhatsApp istifadəçiləri "yaddaş və məlumatlar" --- "yaddaşı idarə et" bölməsində ən çox yer tutan çat və videoları görə, lazımsız faylları bir neçə toxunuşla silə bilər.

Dublikat və yükləmələri silin

Telefonlarda eyni şəkillərin, ekran görüntülərinin və sənədlərin bir neçə dəfə saxlanılması geniş yayılmış problemdir. Bu faylları əl ilə tapmaq çətin olduğundan xüsusi proqramlardan istifadə tövsiyə edilir.

Android cihazları üçün "Files by Google" tətbiqi yaddaşı analiz edərək dublikat şəkilləri və köhnə sənədləri aşkar edir.

iPhone istifadəçiləri isə "Gemini Photos" proqramı vasitəsilə oxşar şəkilləri və lazımsız kadrları rahatlıqla silə bilər.

Bundan başqa, "Downloads" qovluğunu yoxlamaq da vacibdir. Çünki köhnə biletlər, PDF sənədlər və quraşdırma faylları illərlə burada qala bilir.

Oflayn məzmunu nəzarətdə saxlayın

Sürətli internet səbəbindən istifadəçilər telefona nə qədər musiqi və video yüklədiyini çox vaxt unudur.

"Spotify" və "YouTube Music" kimi servislərdə illərlə saxlanılan pleylistlər böyük yaddaş tutur. Eyni vəziyyət podkast və audiokitab tətbiqlərində də müşahidə olunur.

YouTube və TikTok proqramlarında oflayn baxış üçün saxlanılan videolar da daxili yaddaşı sürətlə doldura bilər.

İstifadə edilməyən proqramları silin

Ən effektiv üsullardan biri uzun müddətdir istifadə olunmayan tətbiqləri silməkdir. Çox vaxt insanlar bir dəfə istifadə etmək üçün proqram yükləyir və sonra onu unudur.

iPhone modellərində "istifadə olunmayan tətbiqləri sil" funksiyası proqramı avtomatik silir, lakin məlumatları saxlayır. Android cihazlarında isə tətbiqləri son istifadə tarixinə görə sıralayıb lazımsız proqramları silmək mümkündür.

Mütəxəssislər bildirirlər ki, yalnız bir neçə istifadə edilməyən oyun və tətbiqin silinməsi belə telefonda bir neçə giqabayt əlavə yer aça bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1036   Tarix: 01 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?

Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur

13 sentyabr
.

Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ

Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi

13 sentyabr
.

Qızıl almaq istəyənlərin diqqətinə

Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib

12 sentyabr
.

İtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"

İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi

14 sentyabr
.

Qadının cansız bədəni sahilə vurdu, ətrafdakı insanlar heç nə olmamış kimi davam etdilər - VİDEO

Türkiyənin Muğla vilayətinin Milas rayonunda sərinləmək üçün dənizə girən qadın boğularaq həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, bir müddət sonra qadının cansız bədəni dalğaların təsiri ilə sahilə çıxıb. Hadisə zamanı sahildə olan insanların baş verənlərə laqeyd qalaraq skamyalard

14 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi

Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maskın 13-cü övladının anası Eşli Sent-Klerə susması müqabilində 40 milyon dollar təklif edildiyi iddia olunub. -a istinadən bildirir ki, Sent-Kler bu təklifi qəbul etmədiyini açıqlayıb. Sent-Klerin sözlərinə görə, 40 milyon dollarlıq təklif Mask haqqınd

12 sentyabr
.

Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?

Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy

15 sentyabr