Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
Qiyməni daha ləzzətli etmək, bişərkən qurumasının qarşısını almaq və pambıq kimi yumşaq bir konsistensiya əldə etmək üçün mətbəxdəki bu bəsit məhsul kifayətdir: Qazlı su.
Milli.Az xəbər verir ki, xüsusilə kotlet (küftə), kabab, qovurma və ya lahmacun içi hazırlayarkən qiyməyə qazlı su əlavə etmək ətin liflərini yumşaldır və daxilindəki şirəni qoruyub saxlayır.
Kotlet hazırlayarkən qiyməyə bir neçə xörək qaşığı qazlı su əlavə etmək böyük fərq yaradır. Soda ətin liflərini açaraq onun bişərkən dağılmasının qarşısını alır. Nəticədə kotletlər həm daha yaxşı qabarır, həm də daxili quru qalmır, yumşaq və şirəli olur. Eyni zamanda, əlavə etdiyiniz ədviyyatların ətri ətin daxilinə daha yaxşı hopur.
Bəzi insanlar mal əti qiyməsinin özünəməxsus ağır qoxusundan narahat olurlar. Qiyməyə əlavə edilən az miqdarda qazlı su ətin bu ağır qoxusunu neytrallaşdırır və xəfiflədir. Soğan, sarımsaq və ədviyyatlarla birləşdikdə isə ortaya balanslı və iştahaçan bir ətir çıxır. Bu üsul ev üsulu hamburger kotletlərinin hazırlanmasında da tez-tez istifadə olunur.
Qazlı su ilə marinad edilmiş (qarışdırılmış) qiymə daha qısa müddətdə bişir. Çünki sodanın daxilindəki elementlər ətin strukturunu elə bəri başdan yumşaldır ki, o, istiliyi daha sürətli canına çəkir. Bu isə tava yeməklərində zaman kəsiri olanlar üçün böyük qənaətdir. Xüsusilə kabab, lahmacun içi və qiyməli soyutmalarda ət bişərkən sərtləşmir, ağızda dağılan bir toxuma qazanır.
Qiyməni yoğurma qabına aldıqdan sonra üzərinə ədviyyatları, soğanı və hər yarım kiloqram qiymə üçün təxminən 3-4 xörək qaşığı soyuq qazlı suyu əlavə edib yaxşıca yoğurun. Hazırladığınız harcı soyuducuda 15-20 dəqiqə dincəldikdən sonra bişirsəniz, fərqi dərhal hiss edəcəksiniz.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 456 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrMaşını gecə park edərkən bu səhvi etməyin
Avtomobili gecə park edərkən sürücülərin yol verdiyi bəzi səhvlər səhər saatlarında xoşagəlməz vəziyyətlərə səbəb ola bilər. xəbər verir ki, xüsusilə avtomobili ağacların altında və ya işıqlandırılmayan ərazilərdə saxlamaq riskli hesab olunur. Ağacların altında park edilmiş avtomobilin üzərinə gecə ərzind
13 sentyabr1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...
Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir. Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir. Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqram
13 sentyabrAyın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy
13 sentyabrAncelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabrQəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur
13 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabr