Kofenin inanılmaz FAYDASI ÜZƏ ÇIXDI - Gündə 1 fincan içsəniz...

Kofenin inanılmaz FAYDASI ÜZƏ ÇIXDI - Gündə 1 fincan içsəniz...Kofe çoxumuzun əvəzsiz içkisidir. Hətta bəzilərimiz səhər oyanar-oyanmaz bir fincan qəhvə içməsək, günümüz sönük keçir.

Neyrologiya üzrə mütəxəssis Mehmet Yavuz hər gün kofe içməyin faydalarından danışıb.

Publika.az xəbər verir ki, kofe ən qədim tarixi olan içkilərdən biridir. Günlərin bir günü misirli çoban kofe çəyirdəkləri yeyən qoyunlarının daha fəal olduğunu sezir. Beləcə, özü də enerji bəxş edən bitkini dəmləyib içib. Güman olunur ki, kofe dünyaya bu yolla yayılıb.

Kofenin tərkibində olan maddələr beyinə xəbərdarlıq verir. Beyin oyaq qaldıqca orqanizmdə adenozin adlı maddə artmağa başlayır. Adenozinin miqdarı artdıqca, insan özünü daha yorğun hiss edir. Kofenin tərkibindəki kafein isə qan dövranı ilə beyinə nüfuz edir. Beləcə, adenozinin fəaliyyəti zəifləyir, və özümüzü daha gümrah hiss edirik. Dünyada neftdən sonra ən çox istifadə olunan kofenin də əsas sirri yəqin ki, bu xüsusiyyətidir.

Картинки по запросу kofe

Bəs kofenin yaddaşı gücləndirdiyini bilirdiniz?

Son zamanlar Alzeymerlə bağlı aparılan araşdırmalar kofenin növbəti özəlliyini üzə çıxarıb. Lakin unutmayın ki, burada yaş faktoru da önəmlidir. Məsələn, uşaq vaxtı içilən kofe beyin hüceyrələrinin sayını azaldırsa, yaş artdıqca yaddaşı gücləndirir. Alzeymerin inkişafında güclü rolu olan beta amilioid kafeinlə düşməndir. Çünki qəhvə amilioidin inkişafına nəzərəçarpacaq dərəcədə mane olur.

Mütəxəssislər kofenin yaddaşa təsirini sübut edən araşdırma aparıblar. Kofe içən və heç qəbul etməyən insanları iki qrupa ayırıblar. Hər iki qrupa şəkillər göstəriblər. Sonra birinci dəstəyə kafein tərkibli tabletlər, digərinə isə heç bir təsiri olmayan həb veriblər. Ertəsi gün fotolarda çox kiçik dəyişiklik edib yenidən komandalara göstəriblər. Kafein qəbul edən, kofe içən qrup bu fərqi daha rahat çözüb. Odur ki, alimlər güclü yaddaşa sahib olmaq üçün hər gün bir fincan kofe içməyi tövsiyə edirlər.

Картинки по запросу kofe

Gün ərzində bir fincan kofe həmçinin beyin fəaliyyətini gücləndirir. Depressiya riskini azaldıb ruhu sağaldır. Metabolizm sistemini gücləndirir. Yorğunluğu aradan qaldırır.

Amma xatırladaq ki, mağazalarda satılan ədədi kofe paketləri yalnız və yalnız kimyəvi maddələrdən ibarətdir


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2611   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ

Gündəlik həyatda tez-tez rast gəlinən unutqanlıq əksər hallarda normal qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bunun ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini bildirir. xəbər verir ki, xüsusilə təkrarlanan, getdikcə artan və gündəlik həyata təsir edən unutqanlıqların "normal" sayılmamas

11 aprel
.

12-dən sonra yatmaq: Bədəniniz hər dəqiqə üçün ağır bədəl ödəyir!

Məşhur türkiyəli mütəxəssis, Prof. Dr. Erkan Topuz gecə gec saatlarda yuxuya gedənlərə ciddi xəbərdarlıq edib. Ölkə.Az-ın məlumatına görə, o bildirib ki, məsələ sadəcə neçə saat yox, nə zaman yuxuya getməyinizdədir. Çünki Allah insan bədənini müəyyən bir ölçü və daxili saatla - ritmlə yaradıb. "Si

2 aprel
.

Mikroplastik təhlükəsi - Körpələr daha çox risk altındadır

Mikroplastiklərin insan həyatı üçün yaratdığı ciddi təhlükələr bir daha gündəmə gəlib. xəbər verir ki, araşdırmaya görə, tekstil boyalarından mətbəx ləvazimatlarına, uşaq oyuncaqlarından şəxsi qulluq vasitələrinə qədər bir çox gündəlik məhsul insan orqanizminə mikroplastik ötürür. Bildirilir ki, bu xırd

11 aprel
.

Gecə oyanıb tərpənə bilmirsiniz, sanki nəsə sizi boğur - Yuxu iflici nədir?

"Gecəyarısı yuxudan durursunuz, tərpənə bilmirsiniz. Bir barmağınızı belə hərəkət etdirə bilmirsiniz və sanki orada nəsə var. Kimsə sizin sinənizin üstündə oturub və sizi boğur". Ölkə.Az xəbər verir ki, bu sözləri klinik psixoloq Fuad Əsədov deyib. O bu halın "yuxu iflici" olduğun

7 aprel
.

Yatmazdan əvvəl kefir və darçın içsəniz nə baş verər?

"Yatmazdan əvvəl kefirə darçın qatıb için" tövsiyəsini eşidən kimi çoxları sürətli arıqlama və yüngül səhər təsəvvür edir. Amma bu qarışıq sosial şəbəkələrdə deyildiyi kimi "möcüzəvi" təsir göstərmir. xarici mediaya istinadən xəbər verir ki, kefir və darçının birləşməsi həqiqətə

12 aprel
.

Dodaqların tez-tez quruması hansı xəstəliyin siqnalıdır?

Dodaqların tez-tez quruması bir çox insanın qarşılaşdığı adi problem kimi görünsə də, bəzi hallarda bu vəziyyət orqanizmdə baş verən gizli dəyişikliklərin siqnalı ola bilər. Mütəxəssislərin sözlərinə görə, dodaq quruluğunun ən yayılmış səbəblərindən biri susuzluqdur. Gün ərzində kifayət qədər su qəbu

5 aprel
.

Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA

Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında hələ də ilk sıralardadır. Lakin mütəxəssislər bildirirlər ki, düzgün qidalanma vərdişləri ilə bu riski minimuma endirmək mümkündür. ürəyinizi saat kimi işlədəcək, damarlarınızı təmiz saxlayacaq 12 əsas qidanı təqdim edir:. 1. Yağlı balıqlar. Qızılbalı

10 aprel
.

Hansı dırnaq dəyişiklikləri xəstəliklərə işarə edir

Dırnaqların rəngində, formasında və ya strukturunda baş verən dəyişikliklər təkcə kosmetik problem deyil, həm də orqanizmdə ciddi pozuntuların siqnalı ola bilər. xəbər verir ki, dırnaqların görünüşü insanın sağlamlıq vəziyyəti haqqında düşündüyümüzdən daha çox məlumat verə bilər. Həkimlər diaqnostik

5 aprel
.

Rusiyalı qastroenteroloq həzm sisteminə zərər verən gündəlik vərdişləri açıqlayıb

Həzm sisteminin normal fəaliyyəti birbaşa gündəlik həyat tərzi və vərdişlərimizlə bağlıdır. Bu səbəbdən bir çox hallarda orqanizmdə ciddi funksional pozğunluqlar meydana gəlir. xəbər verir ki, rusiyalı mütəxəssis, qastroenteroloq Maksim Çulev "İzvestiya" nəşrinə müsahibəsində mədə-bağırsa

12 aprel