Ürəyin dostu, sonsuzluğun dərmanı- Əncirin bilmədiyimiz FAYDALARI

Ürəyin dostu, sonsuzluğun dərmanı- Əncirin bilmədiyimiz FAYDALARIHər meyvəni mövsümündə yemək sağlamlıq baxımından daha önəmli sayılır. Yay fəslinin ən faydalı meyvələrindən biri də əncirdir. Amma mütəxəssislərə görə, əncirin qurusu da təzə meyvədən heç də geri qalmır və onun ilboyu istifadəsi tövsiyə olunur.

Milli.Az həkim-fitoterapevt Füzuli Hüseynovun əncirin faydaları haqqında məqaləsini təqdim edir.

Əncirin tükənməz faydaları var. Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir "ürəyimizin dostudur", deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur. Əncirin tərkibində fenol adlı bir maddə var. Sintetik fenol zəhərli olsa da, əncirin tərkibindəki fenol orqanizmə mənfi təsir etmir, əksinə mədə-bağırsaqlarda parazitlik edən mikroorqanizmləri öldürür. Bu səbəbdən də əncirdən lyambliya və başqa mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə oluna bilər.

Arıqlamaq istəyənlər üçün əncir idealdır, tərkibində yağ yoxdur. Yüngül işlədici xüsusiyyəti sayəsində bağırsaqlardakı toksinləri təmizləyir, piylənmənin qarşısını alır.

Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram dəmir varr. Uzun sürən xəstəliklərdən sonra orqanizmi bərpa etmək üçün ən yaxşı qidalardan biri əncirdir. Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır. Quru əncirin tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunmur. Bu turşular sayəsində bizim ürək, qan-damar sistemlərimiz mükəmməl işləyir, beynimiz bu turşular sayəsində çalışır.

Bəzi xəstələrin qanında kalsium çox olur, sümüklərində isə az, yəni sümüklərin kalsiumu mənimsəməsi zəifləyir. Belə halda əncirin təsiri olduqca yüksəkdir, çünki onun tərkibindəki kalsium rahat şəkildə bütünlüklə orqanizmə sorulur.

Həmçinin əncirin tərkibində olan dəmirin misə nisbəti 2:1-dir, bu nisbət dəmirin daha yaxşı sorulmağını təmin edir.

Uşaq və böyüklərdə yuxarı tənəffüs yollarının bronxit, bəlğəmli öskürək kimi xəstəlikləri və səs tutulması zamanı 300 qram südün içinə 5-6 ədəd quru əncir atılır, 5 dəqiqə qaynadılaraq gün ərzində yavaş-yavaş içilir.

Ortadan yarı bölünmüş əncir meyvəsinin görünüşü qadın yumurtalığının strukturunun tam bənzəridir. Məlum olmuşdur ki, əncir qadınlarda follikulun yetişməsi prosesini sürətləndirir, bununla da qadın sonsuzluğunu müalicə edir.

Əncir, həmçinin kişilərdə aktiv spermanın miqdarını əhəmiyyətli dərəcədə artırır, bununla da kişi sonsuzluğunun qarşısını alır.

Səhər quru ənciri zeytun yağının içinə atın, günorta yeməkdən əvvəl yeyin. Günorta atıb axşam yeyin, axşam atdığınızı isə səhər yeyin. Bu üsulla 1 ay müddətində yeyilən əncir qurusu bronxit, bronxial astma, mədə xorası, qastrit, bağırsaq yaraları, babasil, qəbizlik, yüksək xolesterin, osteoporoz, prostatit, ezofagit (qida borusu yarası), öd durğunluğu, pankreatit kimi xəstəlikləri müalicə edir.

Əncir ana südünü artırır, əzələ qıcolmalarını götürür, yüksək qan təzyiqini salır. Əgər çay içən zaman qənd əvəzinə quru əncir istifadə etsək, bədənimiz sağlam olar.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2760   Tarix: 30 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qocalmanı sürətləndirən üç gündəlik vərdiş

Qocalmanı hissolunmaz şəkildə sürətləndirən üç gündəlik vərdiş açıqlanıb. bildirir ki, bu barədə "LEVITA" beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin həmtəsisçisi və məşqçi Kseniya Qufranova " nəşrinə müsahibəsində danışıb. Qufranovanın sözlərinə görə, qocalmanın əsas amili otura

30 noyabr
.

Dünyada sağalmaz xəstəlik sürətlə yayılır - onun nəticələri

Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlənmənin aşağı səviyyəsinə görə həyəcan təbili çalır. Dünyada qızılca halları sürətlə artır: yalnız ötən il 11 milyon yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bir çox regionlarda peyvəndləmə səviyyəsinin çox aşağı olması səbəbindən qızılcanı

7 dekabr
.

Zərərli bilinirdi, ömrü uzadırmış - Alimlər təsdiqlədi

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir. xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub. Tədqiqat 2 böyük Avropa layihəsini

13 dekabr
.

Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq

Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır

7 dekabr
.

Bu şokoladı şəkər xəstələri də yeyə bilər

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"

13 dekabr
.

Çox öskürmək ziyandır

Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub. Axşam.az xəbər verir ki, mütəxəssislər küncüdün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır. E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif

3 dekabr
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29 noyabr
.

Portağalın gizli gücü ortaya çıxdı: Tərkibində elə şeylər var ki...

Əksər insanlar üçün portağal suyu sadəcə adi içkidir. Lakin aparılan tədqiqatlar göstərir ki, bu içki susuzluğu aradan qaldırmaqdan daha çox faydaya malikdir. Bununla bağlı araşdırmanı "Medical Xpress" nəşri dərc edib. Araşdırma, portağal suyunun müntəzəm istehlakının immun hüceyrələrimizdək

6 dekabr
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14 dekabr