Namiq Abdullayev Əlibəylini döyən qardaşından danışdı: "Nə mən, nə də ailəm onun arxasınca gələn deyil"

Namiq Abdullayev Əlibəylini döyən qardaşından danışdı: "Nə mən, nə də ailəm onun arxasınca gələn deyil""Bəli, mənim qardaşımdır, ancaq mən onun etdiklərinə cavabdeh deyiləm". Bu sözləri Elçin Əlibəylini döyməkdə ittiham edilən Natiq Abdullayevin qardaşı - Olimpiya çempionu Namiq Abdullayev deyir.

Namiq Abdullayev BAKU.WS-ə açıqlamasında bu xoşagəlməz məsələdə adının hallanmasının doğru olmadığını bildirdi:

"Mənim heç xəbərim yox idi, bu gün eşitdim. Ümumiyyətlə, bu məsələnin mənə aidiyyatı yoxdur. Hər ikisinin arasında nə olubsa, getsin şikayətini etsin. Mənim adımı nahaq yerə hallandırır. Elçin Əlibəyli o vəziyyətə çatdırıb ki, hamı mənə zəng vurur. Belə etməməli idi. Qanun var, qanunvericilik var.

Bilirsiz ki, mənim işim həm idmandır, həm də qanun keşiyində dayanmaqdır. Kim olursa olsun, fərqi yoxdur, olimpiya çempionudur və ya başqası, hər kəs qanun qarşısında cavab verməlidir. Hər kəs mənim necə nümunəvi vətəndaş olduğumu bilir, heç vaxt qanuna qarşı çıxmamışam, çıxmaram da. İstəyir qardaşım olmur, lap iki gözüm olsun, əgər xəsarət yetiribsə cəzasını çəkməlidir".

N.Abdullayev bu hadisənin qardaşı Natiqin ilk səhvi olmadığını da qeyd etdi:

"O vaxt da buna oxşar məsələ baş vermişdi, Natiq orada-burada mənim adımdan istifadə edib, bəzi işlər görmüşdü. Onun etdikləri çoxlarına bəllidir. Bundan əvvəl də onunla bağlı açıqlama vermişdim. Hamı bilir nə mən, nə də ailəm onun arxasınca gələn deyil. Əlibəyli getsin şikayətini etsin!"

Namiq bəy qardaşı Natiqin heç bir idman uğuru olmadığını qeyd etdi:

"Natiq nə avropa çempionudur, nə də respublika çempionu. Düzdür, idmanla məşğul olub, amma idmanda heç bir nəaliyyəti yoxdur. Ailəmizdə iki çempion var, biri dünya çempionu qardaşım Arif Abdullayev, biri də mən".

Olimpiya çempionumuz açıqlamasının sonunda media nümayəndələrindən belə bir xahiş etdi: "Hər kəsdən xahiş edirəm, media nümayəndələri birdəfəlik bilsin ki, mən qardaşıma görə cavabdeh deyiləm. Bir də qardaşıma görə məni narahat etməsinlər".

Xatırladaq ki, Namiq Abdullayev güləş üzrə Azərbaycanın birinci Olimpiya çempionu kimi tarixə düşüb. Atlanta Olimpiadasında gümüş (1996), Sidney Olimpiadasında qızıl medal (2000) qazanıb. Güləşçimiz həm də 1994, 1995 və 2003-cü illərdə Avropa Çempionatının qızıl medallarını qazanıb. Namiq Abdullayev 1995-ci ildə "Tərəqqi" medalı, 2000-ci ildə "Şöhrət" ordeni, 2012-ci ildə isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif edilib.

Namiq Abdullayev 4 yanvar 1971-ci ildə Bakı şəhərində anadan olub. Əslən Xızı şəhərindən olan Abdullayev çoxuşaqlı ailədə böyüyüb; dörd bacı və beş qardaş. O, 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını, ardınca isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2632   Tarix: 05 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ağdaşdakı qəzada yaralanan ikinci qardaş da öldü

Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin ağaca çırpılması nəticəsində yaralanan 41 yaşlı Ramil Həsənov xəstəxanada ölüb. Qeyd edək ki, onun qardaşı 37 yaşl

4 iyun
.

Şəhid atası vəfat etdi

Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, mərhum Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb. Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirlər

3 iyun
.

"Azərbaycan-ABŞ arasında ticarət dövriyyəsi 2,2 dəfə artaraq 296 milyon dollara yüksəlib" - DEPUTAT

Azərbaycan regional süni intellekt habına çevriləcək. xəbər verir ki, bunu Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib. Onun sözlərinə görə, bu ilin ilk rübündə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artara

5 iyun
.

Gəmidə həlak olan azərbaycanlı AİLƏNİN TƏK OĞLU İMİŞ

İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri - 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyev Zaqatala rayonu, Aşağı Tala kənd sakinidir. -ın məlumatına görə, M.Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya - atasının yanına köçüb. O, həmin vaxtda

5 iyun
.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mərkəzin sosial media hesabında paylaşım edilib. Bildirilib ki, Rövşən Muradov İstanbulda qəfil dünyasını dəyişib. Onun Türkiyədə keçirilən mühüm beynəlxalq konfransa görə İstanbuld

3 iyun
.

Keşlədə obyekt yanır - Yenilənir

Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr

4 iyun
.

Dolu düşəcək, bəzi çaylardan sel keçəcək

İyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şərait

3 iyun
.

Bu gün geomaqnit qasırğası olacaq

Bu gün Günəş aktivliyi yüksək olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Günəş səhtində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kültə atılması (TKA) baş verib

4 iyun
.

"Texnoloji yeniliklərin proqramlara inteqrasiyası da günümüzün zəruri tələbidir" - AÇIQLAMA

"Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması prosesi çoxşaxəli və məsuliyyətli bir yaradıcılıq işidir. Belə layihələrin cəmiyyətin intellektual inkişafına birbaşa təsir göstərməsi üçün ilk növbədə sistemlilik və ardıcıllıq prinsipi əsas götürülməlidir. Proqramın məzmunu elm

4 iyun