"Uşaq evi dağıdır, sonra gəlib başıma çıxdı"

"Uşaq evi dağıdır, sonra gəlib başıma çıxdı"Müğənni Nadir Qafarzadə qatıldığı televiziya proqramında uşaq tərbiyəsi ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, ifaçı müasir dövrdə bəzi valideynlərin övladlarına həddindən artıq sərbəst davranmaq imkanı verdiyini bildirib. Onun sözlərinə görə, uşaqlara müəyyən sərhədlərin qoyulması və nəyin doğru, nəyin yanlış olduğunun izah edilməsi vacibdir.

Qafarzadə qeyd edib ki, bəzi valideynlər uşağa irad bildirməyi onun psixologiyasına mənfi təsir kimi qiymətləndirirlər. Müğənni isə hesab edir ki, uşağın "olmaz" və "yox" sözlərinin mənasını bilməsi gələcək həyatda qarşılaşacağı çətinliklərlə mübarizə aparmasına kömək edir.

Sənətçi övlad tərbiyəsində valideyn nümunəsinin böyük rol oynadığını da vurğulayıb. O bildirib ki, uşağın davranışı ilk növbədə ailədə gördüyü münasibətdən formalaşır.

"Əgər övladıma düzgün tərbiyə verməmişəmsə, bu mənim öz nöqsanımdır. Yaxşı tərbiyə vermişəmsə, deməli, həmin tərbiyə ilk növbədə məndə var. Tərbiyə evdən başlayır", - deyə ifaçı fikrini ifadə edib.

Nadir Qafarzadə həmçinin müəllimlərin ünvanına səsləndirilən bəzi iradlara da münasibət bildirib. Onun sözlərinə görə, ailədə düzgün tərbiyə alan uşaqlarla məktəbdə də ciddi problemlər yaşanmır:

"Görürəm ki, uşaq evi dağıdır, gəlib divana çıxır, sonra da başıma çıxır. Anaya baxıram ki, bəlkə nəsə deyər. Susur və cavab verir ki, uşağa psixoloji təsir edə bilərəm. Sən artıq onun psixologiyasını pozmusan. Uşağa "elə olmaz" demək psixologiya pozmaqdır ki? Bizə deməyiblər? Uşaq "olmaz"ı və "yox"u mütləq şəkildə bilməlidir. Gələcəkdə valideyni olmayanda təkbaşına mübarizə apara bilməlidir. Mən evdə qızıma, oğluma pis tərbiyə vermişəmsə, demək ki, özüm tərbiyəsizəm. Yaxşı tərbiyə vermişəmsə, demək ki, o tərbiyə özümdə var. Tərbiyə evdən başlayır. Evdə qalan anadır, o daha çox uşaqla məşğul olur. Evdə tərbiyə alan uşaqlara müəllim də irad bildirməyəcək. Ona görə müəllimləri qınamayaq. Öz tərbiyən necədirsə, övladın da elədir".

Müğənninin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında onun mövqeyini dəstəkləyənlərlə yanaşı, fərqli fikirlər səsləndirənlər də olub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1344   Tarix: 04 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"

Xalq artisti Könül Xasıyevanın pubda muğam ifa etməsi sənət adamları arasında müzakirələrə səbəb olub. Muğam ifaçıları xanəndənin bu addımına münasibət bildiriblər. Xanəndə Sabir Abdullayev Qaynarinfo-ya açıqlamasında Könül Xasıyevanın sözügedən məkanda çıxış etməsini dəstəklədiyini bildirib:. "Könü

20 noyabr
.

"Salman Xan 6 həftə məni qorudu"

Aktrisa və rəqqasə Oksana Rəsulova Hindistanda iştirak etdiyi layihə və Bollivud ulduzu Salman Xanla bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi "Qapqara" yutub layihəsində qonaq olarkən Hindistanda olduğu müddətdə Salman Xanın ona dəstək göstərdiyini bildirib. Oksana deyib ki, aktyoru

14 noyabr
.

Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı"

"Qapqara" verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub. Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təhsili aldığını bildirib. Doqquz il təhsil alaraq iki diplom əldə edən aktrisa həkim kimi fəaliyyət göstərmədiyinə görə peşman olmadığın

10 noyabr
.

"Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"

Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric

8 noyabr
.

Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib

Müğənni Şöhrət Məmmədov Azərbaycandan getməsi ilə bağlı yayılan iddialardan danışıb. xəbər verir ki, o şəxsi instaqram hesabında paylaşım edərək Niderlanda köçməsinin səbəbini açıqlayıb. İfaçı qeyd edib ki, həyat yoldaşı niderlandlıdır. Bu səbəbdən də o Niderlandda yaşamağa qərar verib. Şöhrət Məmmədo

5 noyabr
.

Türkiyədə seriallarla bağlı mühüm qərar gözlənilir

Türkiyədə serialların efir müddətinin qısaldılması ilə bağlı ortaq qərar gözlənilir. Axşam.az xəbər verir ki, reklam böhranının dərinləşməsindən sonra televiziya kanalları serialların büdcəsini azaltmaq üçün hərəkətə keçib. Bu məqsədlə prodüser şirkətlərindən qiymətləri aşağı salmaq tələb olunub. Prodüse

15 noyabr
.

"20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"

Xalq artisti Mübariz Tağıyev gənclərin sənət seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. -a istinadən xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, gənclər 20 yaşına qədər sənətdə özlərini göstərə bilmirlərsə, başqa sahəyə yönəlməyi düşünməlidirlər:

10 noyabr
.

"Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım" - Nazpəri Dostəliyeva

Xalq artisti Nazpəri Dostəliyeva ona pislik edənlərdən danışıb. "Qonaqcanlı" verilişində qonaq olan sənətçi həmin şəxslərin kimliyini bildiyi halda onlara heç nə demədiyini söyləyib:. "Mənə pislik edənlər, zəhərləmək istəyənlər çox olub. Mən onların hamısının üstündən keçmişəm. Çünki mən

14 noyabr
.

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb

2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk

4 noyabr