Bir vaxtlar evlilik proqramlarının məşhur iştirakçısı indi dinlə məşğuldur
Türkiyədə bir dövrün ən çox müzakirə olunan evlilik proqramlarının tanınmış iştirakçılarından olan Birkan Key ekranlardan uzaqlaşdıqdan sonra həyatında ciddi dəyişikliklər edib. Televiziya proqramlarının yayımının dayandırılmasından sonra ictimaiyyət qarşısında görünməyən Key həm biznes fəaliyyətinə başlayıb, həm də mənəvi dəyərlərə daha çox önəm verməyə başlayıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki,televiziyada tanındıqdan sonra adı bir müddət hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla gündəmə gələn Birkan Key həmin vaxt saxlanılsa da, aparılan araşdırmalar və hüquqi prosedurlar nəticəsində onun günahsız olduğu müəyyən edilib. Bundan sonra sərbəst buraxılan keçmiş iştirakçı həyatında yeni səhifə açıb.
Yaşadığı çətin dövrü arxada qoyan Key tamamilə fərqli sahəyə üz tutaraq manqal kömürü istehsalı biznesinə başlayıb. O, yeni fəaliyyət sahəsində öz əməyinə əsaslanan iş quraraq ticarətlə məşğul olmağa başlayıb.
Bununla yanaşı, Birkan Key sosial şəbəkə hesablarında daha çox dini və mənəvi məzmunlu paylaşımlar edir. Onun televiziya və şou-biznes mühitindən uzaqlaşaraq daha sadə həyat tərzi seçməsi izləyicilərin diqqətini cəlb edib.
Sosial şəbəkə istifadəçiləri keçmiş televiziya simasının bu dəyişimini maraqla izləyir və onun həyatındakı dönüşü "haradan haraya" sözləri ilə qiymətləndirirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1756 Tarix: 05 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabr