Fuad Allahverdiyev: "Əsas məqsəd Azərbaycanı regionun əsas rəqəmsal mərkəzi etməkdir" - VİDEO

Fuad Allahverdiyev: "Əsas məqsəd Azərbaycanı regionun əsas rəqəmsal mərkəzi etməkdir" - VİDEO"AzerTelecom" şirkətinin baş direktoru Fuad Allahverdiyev bu gün İsveçrənin Davos şəhərində işinə başlamış sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində "Report"a müsahibə verib.

- Forum çərçivəsində keçirilən "Caspian Week" forumunda ekspert kimi çıxış edəcəksiniz. Zəhmət olmasa çıxışınız haqqında danışardınız.

Sabah "Caspian Week" tədbiri çərçivəsində həmçinin "AzərTelecom" şirkətinin icra etdiyi layihənin təqdimatı olacaq. Layihənin məqsədi Avropa ilə Asiya arasında internet bağlantısında Azərbaycanı tranzit bir marşrutdan mərkəzi ölkəyə çevirməkdir. Bu məqsədlə başlıca layihələrdən biri də "Transxəzər Fiber-Optik Kabel Xətti" layihəsidir. "Transxəzər Fiber-Optik Kabel Xətti" layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi Azərbaycan həmişə, tarixi boyu Avropa ilə Asiya arasında "İpək Yolun"da mərkəzi ölkə olub. Müasir dövrdə də Azərbaycan bu infrastruktur layihələrini icra etməklə Asiya ilə Avropa arasındakı internet tranziti marşrutlarının Azərbaycandan keçməsini təmin edəcək və burada ən önəmli layihələrdən biri Xəzərin dibi ilə keçən fiber-optik kabelin inşa olunmasıdır.

"Transxəzər Fiber-Optik Kabel Xətti" layihəsi özü iki istiqamətdən ibarətdir. Birinci istiqamət Azərbaycan – Qazaxıstan istiqamətidir, ikinci istiqamət isə Azərbaycan – Türkmənistan istiqamətidir.

Azərbaycan – Qazaxıstan istiqaməti üzrə inşa olunan Xəzər dənizinin dibi ilə keçən fiber-optik kabeli Asiya ilə Avropa arasında bağlantı yaradacaq. Burada məqsəd Çin və Çin ətrafında olan ölkələrin internet tranzit marşrutlarının Azərbaycandan keçməsidir. Belə bir statistikanı sizə deyim ki, hal-hazırda həmin marşrutların bir istiqaməti Rusiya üzərindən keçir. Uzunluğu təxminən 11 min km-ə yaxındır. İkinci istiqamət isə Çinə cənubdan okean üzərindən keçən bağlantıdır. Bu bağlantılar Avropa Birliyində yerləşən müxtəlif Data Mərkəzlərə birləşir və internet oradan alınır. Çünki internetin, məlumatların yerləşdirildiyi həmin məlumat mərkəzləri əsasən Frankfurt, London, Amsterdan, Sofiya və bu kimi şəhərlərdə yerləşir. Azərbaycandan keçəcək marşrutun isə uzunluğunun 9 min km. olması planlaşdırılır. Yeni yaranan marşrut ən yaxın, ən sərfəli və gecikmələrin ən az olduğu bir marşrut olacaqdır.

Fuad Allahverdiyev: "Əsas məqsəd Azərbaycanı regionun əsas rəqəmsal mərkəzi etməkdir" - VİDEOİkinci planlaşdırdığımız istiqamət Azərbaycan – Türkmənistan istqamətidir. Burada isə əsas məqsəd gələcəkdə Hindistan və onun ətrafında olan ölkələrin də internetə olan tələbatının Azərbaycan üzərindən tranzit olaraq ödənilməsidir.

Bu istiqamətdə də artıq layihələndirmə işləri davam edir. Sabahkı tədbirdə də biz "Transxəzər Fiber-Optik Kabel Xətti" layihəsinin mahiyyəti və qurulan bu infrastruktur layihələrinin gələcəkdə həm Azərbaycana, həm də Azərbaycan ətrafında olan regionlara verəcəyi birbaşa və dolayı töhfələrdən danışacağıq. Çünki biz bu gün 4-cü sənaye inqilabı (Sənaye 4.0) dövründə yaşayırıq. 4-cü sənaye inqilabı bu gün "Davos Forumu"nda geniş müzakirə olunan mövzulardan biridir. Çünki, yeni iqtisadiyyatın səmərəliliyi və effektivliyi təbii ki, 4-cü sənaye inqilabında rəqəmsal həllərin inkişafına bağlıdır.

Bu istiqamətdə infrastruktur layihələri çox vacib bir yer tutur və bizim layihənin icrası öz bəhrəsini həm Azərbaycan iqtisadiyyatına, həm də onun ətrafındakı regionda olan digər ölkələrin iqtisadiyyatına verəcək.

Növbəti mərhələdə məqsədimiz budur ki, bu infrastruktur layihələrini qurmaqla gələcəkdə Azərbaycanda məlumat mərkəzlərinin yerləşdirilməsi, böyük şirkətlərin – kontent operatorlarının, "Google", "Amazon", "Facebook", "Alibaba" və.s kimi şirkətlərin məlumat mərkəzlərinin Azərbaycanda da yerləşməsi təmin edilsin. Eləcə də gələcəkdə internet trafikinin verilməsində artıq Azərbaycan tranzit ölkə olaraq deyil, bu internet trafikini ixrac edən ölkə olaraq iştirak etsin.

Bütün bunlar "Azerbaijan Digital Hub" proqramı çərçivəsində icra olunur və bu proqramın əsas məqsədi Azərbaycanı regionun əsas rəqəmsal mərkəzi etməkdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1575   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) sürücülərindən işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynəli Süleymanov baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat olmayıb

15 dekabr
.

Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et

Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur

16 dekabr
.

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə

16 dekabr
.

Kəlbəcərə 11 sm qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi rayonlarında hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb. Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudd

16 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Sabah yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər

16 dekabr
.

Onlara ən azı 46 gün məzuniyyət veriləcək

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündə

16 dekabr
.

3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi

Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə

16 dekabr
.

"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ

15 dekabr