"Əhalini mütləq şəkildə bütün tələblərə riayət etməyə çağırıram"-Deputat
Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərərgah karantin rejimini şərtləndirib.
Bununla Sonxeber.az-a danışan deputat Ramin Məmmədov bildirib ki, koronavirusdan bir çox ölkə əziyyət çəkir. Azərbaycanda ilk gündən bu məsələyə çox ciddi münasibət sərgilənərək qabaqlayıcı tədbirlərin həyata keçirilməsi təmin edilib. Müxtəlif səpkili addımların bir ali məqsədi var - əhalini bu qlobal virusa yoluxmadan qorumaq və yaranmış vəziyyətdən minimum ziyanla çıxmaq. Qəbul olunmuş qərarlar, profil üzrə işçi qrupların fəaliyyətə başlaması, Koronavirusla mübarizəyə Dəstək Fondunun formalaşması və s ümumilikdə mövcud vəziyyətə dövlətin adekvat və ciddi yanaşmasını sərgiləyirlər. Eyni zamanda cəmiyyətin bütün üzvlərinin müvafiq münasibəti sərgiləməsi, ciddiliklə məsələyə yanaşması problemin tez bir zamanda aradan qalxmasına güclü dəstək vermiş olar. Virusa qarşı mübarizədə bütün cəmiyyət səfərbər olmalıdır. Təəssüf ki, əhalinin bu təhlükəli virusu tam ciddi qəbul etməməsi, karantin rejiminin tələblərinə riayət etməməsi son günlər yoluxma hallarının artmasına, daha geniş coğrafiyanı əhatə etməsinə gətirib çıxardıb. Nəticə kimi artıq 150-ə qədər yoluxma halı qeydə alınıb. Dövlətimiz 29 mart tarixindən etibarən əhalinin maraqlarını, təhlükəsizliyini təmin etmək üçün karantin rejimin tələblərini sərtləşdirməyə qərar verib. Bu da öz nöbvəsində koronavirusla mübarizədə atılan ciddi addımlar silsiləsindəndir. Əhalini mütləq şəkildə bütün tələblərə riayət etməyə çağırıram, dövlətimizin apardığı böyük işlərə dəstək olmağa səsləyirəm. Eyni zamanda cəmiyyət arasında yanlış məlumatlar yaymaqla ictimayi çaşqınlığa səbəb ola biləcək addımlardan uzaq durmağa təkidlə dəvət edirəm".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2809 Tarix: 28 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr