Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMAGələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək. 2500 manatdan 8000 manatadək olan gəlirlər üzrə isə 125 manat və 2500 manatdan çox olan məbləğin 10 faizi tutulacaq. Aylıq gəlir 8000 manatdan çox olduqda isə 675 manat və 8000 manatdan artıq olan məbləğin 14 faizi gəlir vergisinə cəlb ediləcək.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında qeyd edib ki, 2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisində sistemli şəkildə vergi dərəcələrinin tətbiqinə başlanılıb:
"Nəzərə alsaq ki, hazırda fiziki şəxslərin gəlirindən 3 faiz vergi tutulur, 2 500 manatdan çox olan hissə isə 3 faiz dərəcə ilə vergiyə cəlb edilir. Növbəti ildən bu rəqəm 5 faiz, 2028-ci ildə isə 7 faiz olacaq. Əslində, mərhələli vergi tutmada da məqsəd ondan ibarət idi ki, biznes buna praktiki olaraq hazırlaşsın və xüsusilə qeyri-rəsmi məşğulluğun yaranmasının qarşısı alınsın. Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunan zaman da məhz bu məsələni müzakirə etmiş və eyni zamanda dəstəkləmişdik. Çünki mərhələli keçid birmənalı şəkildə biznesin prosesə hazırlaşmasına imkan yaradır".

Vüqar Bayramovun sözlərinə görə, bu kontekstdə, təbii ki, növbəti ildə 2 faiz bəndi həcmində gəlir vergisinin dərəcəsində artım olacaq:

"Sözsüz ki, buna uyğun olaraq, bütövlükdə biznesin dəstəklənməsi və digər xərclərin azaldılması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Amma gələn ildən tətbiq ediləcək vergi dərəcələri artıq ötən ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Bu, xüsusən də gəlir vergisində özəl və qeyri-neft sektorunda mərhələli vergi dərəcələrinin tətbiqi anlamına gəlir. 2028-ci ildə 7 faiz dərəcəsi tətbiq olunduqdan sonra isə bu proses başa çatacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 79   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr