Qeydiyyatdan keçin, pulunuzu alın – Yeni portal yaradıldı

Qeydiyyatdan keçin, pulunuzu alın – Yeni portal yaradıldıArtıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür.

Sonxeber.az Baku.ws-a istinadən xəbər verir ki, qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.

Müştəri ƏDV-ni geri ala bilmək üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq.

Qeydiyyatdan keçdikdən sonra əməliyyatları həyata keçirə bilərsiniz.

Müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq.Hər bir vətəndaş etdiyi alış-veriş və ya xidmətə görə ödənilən çeklərdə məbləğləri toplayaraq nağd ödənişlərdə həmin məbləğdən bu vəsaitin 118-ə bölünərək 10-a vurulmuş hissəsini, nağdsız ödənişlərdə isə həmin vəsaitin 118-ə bölünərək 15-ə vurulmuş həcmini çıxaraq alacağı pulu müəyyən edə bilər.

Bunu daha asan yolla hesablamaq üçün portalda kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsi ilə alacağınız pulun həcmini müəyyənləşdirə bilərsiz.

Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni sistemə daxil etməlisiz. Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq.

Qeyd edək ki, çekləri BirBank ilə də oxutmaq mümkündür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 19779   Tarix: 03 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021