Çimərliklərdən İSTİFADƏ ŞƏRTLƏRİ açıqlandı

Çimərliklərdən İSTİFADƏ ŞƏRTLƏRİ açıqlandıÇimərliklərin və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər açıqlanıb.

Sonxeber.az xəbər verir ki, sənəd çimərliklər, üzgüçülük hovuzları və akvaparklarda əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür.

Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlara rast gəlinir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

Ümumi göstərişlər

Üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir;
Simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır;
Fiziki məsafənin qorunması məqsədilə təmin edilir:

-Çətirlərin oxlarının arasında minimal məsafə 4m;

- İnsanlar arası fiziki məsafə 2m (ailə üzvləri istisna olmaqla);

- Mümkün olan ərazilərdə, döşəmədə işarələrin yerləşdirilməsi.

Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması, dezinfeksiyanın tezliyinin artırılması;
Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması;
Vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməsi;
Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi;
Hovuz və akvaparkların ərazilərinin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;
Hovuz və akvaparkların əməkdaşlarının yetərli sayda tibbi maska və əlcəklərlə
(su ilə təmasda olmayan zəruri sahələrdə) təmin olunması;
İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;

Növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;
Qapalı zalların və otaqların mütəmadi havalandırılması;
İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;
Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin, tullantı qablarının təmiz saxlanılması;
Vətəndaşların səhhətində yaranan problemləri (COVID-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) tibb məntəqəsinin əməkdaşlarına bildirməsi;
Təmizlik və dezinfeksiya işləri
Həyata keçirilən təmizlik-dezinfeksiya işləri xidmətin növü, təmasda olunan səthlərin xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq əsasən işlək sahələrdə iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdı-
rılır;
Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata
keçirilir;
Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;
Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir.
Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:
İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;
Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;
Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;
Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;
Dezinfeksiya işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;
•Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.
Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:
Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
Döşəmələr (xlor tərkibli məhlul və ya digər);
Vətəndaşların toxunduğu səthlər (spirt tərkibli məhlul və ya digər);
Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);
Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
Anbarlar (xlor tərkibli məhlul və ya digər);
Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);
İşçi heyətinin şəxsi gigiyenası
Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir;
İşçi heyətin tibbi maskalardan ümumi istifadə qaydaları:
Qapalı məkanlarda maskanın istifadəsi məcburidir;
Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır;
İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;
Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);
Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;
Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;
Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir;
Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.
Əllərin gigiyenasına dair tövsiyələr:
Əllər axar su ilə isladılmalı və sabun ilə sürtülməlidir;
Əllər sabunla birlikdə ovuşdurulmalıdır. Barmaqların və dırnaqların arası yaxşı sabunlanmalıdır;
Sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalıdır;
Əllər axar suyun altında mükəmməl durulanmalıdır;
Əllər təmiz salfetlərlə qurulanmalıdır;
Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir.
İşçi heyətinin müayinəsi
İş zamanı özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;
İşə gəlməzdən əvvəl özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir;
Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;
Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.
Yekun müddəalar
Fiziki məsafənin saxlanılmasına ciddi riayət edin;
Əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə müəssisənizə uyğun prosedur təsis edib tətbiqini təmin edin;
İctimai çimərliklərdə əhalinin sıx toplaşmaması üçün maarifləndirici plakatların yerləşdirilməsi zəruridir;
Qapalı yerlərdə tibbi maskaların məcburi istifadəsini təmin edin, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə tövsiyə edilir;
Giriş-çıxış zonalarında və digər görünən yerlərdə maarifləndirici məlumatların əks olunmasını təmin edin;
Dezinfeksiya və sterilizasiya işlərini gücləndirin.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2378   Tarix: 26 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda

Qarlı və buzlu yollarda sürəti azaltmaq, ara məsafəsini artırmaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunur. xəbər verir ki, Böyük Britaniyanın yol hərəkəti qaydalarına görə, buzlu yolda avtomobilin dayanma məsafəsi quru yoldakından 10 dəfəyədək arta bilər. 1. Yola çıxmazdan əvvəl təkərlərin vəziyyətin

26 noyabr
.

Azərbaycanda zəlzələ oldu

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Zəlzələnin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, təkanlar yerli vaxtla saat 20:24-də qeydə alınıb. Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub

26 noyabr
.

42 yaşlı rəis qəfil vəfat etdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin vəzifəli şəxsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib. Onun ölümünə qəfil ürəktutmanın səbəb olduğu bildirilir. Qeyd edək ki, F.Mustafayev 1984-cü ildə anadan olub

27 noyabr
.

Sertifikasiyadan keçmir, amma repetitorluq edir: Şagirdlərə kim dərs keçir? - AÇIQLAMA

Müəllimlərin sertifikasiya imtahanlarından keçə bilməməsinə baxmayaraq, repetitorluq fəaliyyəti ilə məşğul olması təhsil sahəsində müzakirələrə səbəb olur. Dövlət məktəblərində çalışan müəllimlər üçün sertifikasiya peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədi daşısa da, repetitorluq sahəsində eyn

27 noyabr
.

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə dayanıqlılıq hesabatını təqdim edib. Şirkətin üç əsas fəaliyyət istiqamətini - sərnişin aviaşirkətini, hava limanlarını və aeronaviqasiya xidmətlərini əhatə edən hesabatda əməliyyat göstəricilərinin artması, emissiyaları

26 noyabr
.

Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub

Yevlaxda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramının icrası çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. ​Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfada

27 noyabr
.

Kartofun qiyməti niyə kəskin bahalaşır? - Artım davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Kartofun qiymətində son günlər müşahidə olunan bahalaşma istehlakçıların diqqətini çəkib. Qiymət artımının əsas səbəblərindən biri kimi İranın kartof ixracını müvəqqəti dayandırması göstərilir. Belə ki, 2026-cı ilin ilk dörd ayında İrandan ölkəyə 24 548 ton kartof idxal edilib ki, bu da ümumi idxalı

27 noyabr
.

Şagird sayı azalır, müəllim ixtisarları arta bilər: Təhsil sistemini nə gözləyir? - AÇIQLAMA

Azərbaycanda şagird sayının azalması və əhalinin regionlardan iri şəhərlərə köçü təhsil sisteminin qarşısında yeni çağırışlar yaradır. Xüsusilə kənd məktəblərində şagird kontingentinin azalması bəzi təhsil müəssisələrinin birləşdirilməsi və ya fəaliyyətinin dayandırılması məsələsini gündəmə gətirir

26 noyabr
.

İslam Rzayevlə bağlı qərar verildi

Balakən Rayon İcra Hakimiyyətinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq başçısı İslam Rzayevin məhkəməsi başlayıb. -ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq İbrahimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib

27 noyabr