İyunun 1-də Azərbaycanda iri ticarət mərkəzləri açıla bilər - VACİB AÇIQLAMA
Azərbaycanda davam edən karantin rejimi mərhələli şəkildə yumşaldılıb. Bir sıra müəssisələr fəaliyyətinə başlayıb. Bəs görəsən, Azərbaycanda da iyunun 1-də ticarət mərkəzləri açıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, bu cür qərarları Nazirlər Kabineti yanənda Operativ Qərargah verir: "Bu günə kimi Operativ Qərargah karantin rejiminə mərhələli şəkildə sərtləşdirilməsi kimi o formada da yumşaldılması ilə bağlı qərarlar verməkdədir. Təəssüf ki, son həftələrdə yoluxmanın sayı üçrəqəmlidir. Koronavirusun ilk dalğasında karantin rejiminin sərtləşdirilməsi ilə bir çox iaşə obyektləri, müəssisələr fəaliyyətini dayandırdı.Əgər sərt karantin rejim tədbiq olunmasaydı yoluxanların sayı 140-150 deyil 800-1000 nəfər ola bilərdi. Sərhədlərin bağlanması və insanların ev şəraitində izyolasiya olunması koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı. Bilirsiniz ki, bir neçə gün öncə Operativ Qərargahın keçirdiyi brifinqdə ticarət mərkəzləri ilə bağlı məsələyə toxunuldu. Qeyd edildi ki, bu məsələ üzərində iş gedir. Qeyd edildi ki, iyunun əvvəllərində açıla bilər. Burada təəccüblü heç nə yoxdur. Azərbaycan dünyanın bir hissəsidir. Dünyaya nəzər salanda görürük ki, yoluxma sayı çox olan ölkələrdə karantin rejimi yumşaldılıb. Bütün müəssisələr fəaliyyətə başlayıb. Hətta Almaniyada futbol yarışları başlayıb. Dövlətimiz əlindən gələni edərək pandemiyanın ilk dalğasının qarşısını aldığını nəzərə alaraq deyə bilərəm ki,iyunun əvvəllərində iri ticarət mərkəzlərin açıla bilər. Qeyd edim ki, o ticarət mərkəzlərində xeyli sayda insanlar çalışır. Ona görə də yaxın günlərdə iri ticarət mərkəzlərin açılması və kafe-restoranların əvvəlki qaydada işləməsi üçün qərarlar verilə bilər. İri ticarət mərkəzləri açılan zaman Operativ Qərargah tərəfindən müəyyən qaydalar da qoyulması gözləniləndir. Mən özüm də iri ticarət mərkəzlərinin açılmasının tərəfdarıyam. Qoyulan qaydalara əməl edərək insanlarımız öz iş yerlərinə qayıdıb, əməkhaqqlarını alsınlar. Dövlətimiz üzərinə düşən işi layiqincə yerinə yetirməkdədir. Bu gün ən önəmli məsələ insanlarımızın bu xəstəliyin təhlükəli olduğunu dərk edib, Operativ Qərargahın qərarlarına və tövsiyyələrinə əməl etməsidir. Vətəndaşlarımız məsuliyyətli olmaqla bu işdə dövlətimizə dəstək olmalıdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8077 Tarix: 27 may 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrTarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr