Şiddətli istilərlə bağlı xəbərdarlıq EDİLDİ
Dünya Meteorologiya Təşkilatı bu il yay mövsümünün planetimizin şimal yarımkürəsində rekord səviyyədə isti keçə biləcəyinə dair xəbərdarlıq edib.
Sonxeber.az bildirir ki, təşkilatın nümayəndəsi Kler Nullis koronavirus pandemiyası ilə bərabər bu fenomeni də diqqətdə saxlamağı tövsiyə edib. Onun sözlərinə görə, 2020-ci ilin ilk aylarının isti keçməsi bu ilin meteoroloji ölçmələr tarixində rekorda imza atacağını ehtimal etməyə əsas verir. Pandemiya dövründə nə qədər mürəkkəb olsa da, şəhər və bələdiyyələr indidən insanları istidən və günvurmadan qorumaq üçün müvafiq tədbirlər görməlidirlər.
K.Nullis, həmçinin qeyd edib ki, yay mövsümünün olduqca isti keçdiyi illərdə adətən insanlara kondisioner sistemlərinin yaxşı çalışdığı ticarət mərkəzlərində daha çox vaxt keçirmək, istidən əziyyət çəkən qonşu və tənha yaşayan insanları tez-tez yoluxmaq tövsiyə olunurdu. Bu il isə pandemiya ilə əlaqədar olaraq sosial məsafə və evdə qalma tövsiyələri ön planda dayanır ki, bu da istilərlə bağlı fərqli yanaşma tələb edəcək.
Beynəlxalq təşkilat qarşıdakı mümkün istiləri nəzərə alaraq gündəlik həyatda edilməsi vacib olan işlərdən ibarət siyahı hazırlayıb, eyni zamanda, pandemiyaya paralel şəkildə istilərə qarşı mübarizə üçün ideyalar paketi üzərində iş aparılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2811 Tarix: 29 may 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çində tayfun təhlükəsi ilə 420 mindən çox insan təxliyə edilib
Çinin şərq bölgələrində güclü "Delfin" tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olara
9 avqust18 yaşlı ana 3 aylıq körpəsini öldürdü
Rusiyanın Krasnoyarsk diyarında 18 yaşlı ana üç aylıq oğlunu öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 5-də Ujur şəhərində baş verib. İlkin məlumata görə, gənc qadın uşağı və valideynləri ilə birlikdə yaşayırmış. Səhər saatlarında körpə ilə evdə tək qalıb və ağlayan uşağı sakitləşdirməy
9 avqustArvadını öldürmək üçün kobra aldı - Ömürlük CƏZA
Hindistanda bank əməkdaşı Surac Kumar həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə öldürüb. xarici KİV-ə istinadla bildirir ki, əlilliyi olan Utra daha əvvəl də zəhərli ilan sancmasından sağ çıxıb. 2020-ci ilin martında onu gürzə sancıb. Bundan sonra qadın uzun müddət müalicə alıb və valideynlərini
9 avqustHörmüz böhranı Körfəz ölkələrinin zəifliyini üzə çıxardı
Hörmüz boğazında yaranan böhran Körfəz ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından dəniz marşrutlarından nə qədər asılı olduğunu nümayiş etdirib. Boğazdan keçən gəmiçiliyin pozulması regionun yalnız neft ixracına deyil, gündəlik istehlak üçün zəruri məhsulların tədarükünə də ciddi risk yaradıb
10 avqustErməni qadının meyiti tapıldı
İrəvanda müəmmalı hadisə baş verib. xəbər verir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Mərkəzi İdarəsinə Nar-Dos küçəsindəki 21 saylı binanın həyətində cəsəd olması barədə məlumat daxil olub. Hadisə yerində ictimai polis və patrul xidməti 79 yaşlı Yerevan sakin
10 avqustRusiya Ukraynaya növbəti zərbələr endirdi: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə raket və PUA-larla hücumlarını davam etdirir. Son hücumlar nəticəsində yaşayış binalarına və mülki infrastruktura zərər dəyib, ölən və yaralananlar barədə məlumat verilib. "Reuters" xəbər verir ki, Rusiyanın son hücumlarından biri Xarkov şəhərind
10 avqust