Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMA

Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMAKoronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda bir çox karantin məhdudiyyətləri artıq götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Ancaq Bakı ilə rayonlar arasında, o cümlədən Naxçıvana gediş-gəliş hələ də bərpa olunmayıb.
Azərbaycnda əhalinin mühüm bir hissəsinin Bakı və ətraf qəsəbələrdə cəmləşdiyi məlumdur, üstəlik müəyyən şərtlərdən əsas müəssisəlr, tibb ocaqları və digər xidmət, istehsal sahələri Bakı və ətrafında yerləşdiyi üçün regionların Bakı ilə mütəmadi əlaqələri olub. Digər tərəfdən yay gəlib və dərslər başa çatdıqdan sonra əhlinin bir qismi rayonlara üz tutur. Ötən gün Naxçıvanla bağlı məsələ Milli Məclisdə qaldırılıb. Naxçıvana gediş-gəliş hələ də açılmayıb və əhalinin bri qismi hansı ki, karantindən əvvəl getmişdi, onlar hələ də qayıda bilmir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları dövlət və Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Daxili gediş-gəlişin bərpası ilə bağlı məsələ də Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Bilirsiniz ki, bu gün bütün dünya ölkələri koronavirusla mübarizə aparır. Operativ Qərargah pandemiya ilə bağlı həm digər dövlətlərdəki, həm də ölkəmizdəki son vəziyyəti dəyərləndirərək qərarlar verir. Bu məsələdə də düşünürəm ki, ən düzgün qərarı Operativ Qərargah verə bilər. Təəssüf son günlərin statistikası heç də ürəkaçan deyil. Gündəlik yoluxanların sayı 200-dən çoxdur. Düzdür, sağalanların sayı da kifayət qədərdir. Amma bu biz də arxayınlıq yaratmamalıdır. Təəssüf ki, yumşalmalardan sonra insanlarda məsuliyyətsizlik artdı. Vətəndaşlarımız bu xəstəlik yoxmuş kimi davranır, qoruyucu tibbi maska və əlcəklərdən istifadə istifadə etmir, ictimai nəqliyyatda, marketlərdə sosial məsafəni qorumurdular. Bilirsiniz ki, bu gündən qoruyucu tibbi maskalardan istifadə məcburidir. Hətta bununla bağlı mayın 31-də Milli Məclisin sonuncu plenar iclasında cərimələr də təsdiq edildi. Düşünürəm ki, cərimələrə görə insanlarımız daha məsuliyyətli olub, qoruyucu tibbi maskalardan istifadə edəcəklər. Təbii ki, tək cərimələr kifayət etmir. "COVİD 19" nədir? Bu virusun insan orqanizmdə hansı fəsadlara səbəb olacağı ilə bağlı istər mətbuatda, istərsə də televiziyada maarifləndirmə işləri aparılmalıdır. İnsanlarımız bu xəstəlik barəsində ətraflı olaraq məlumatlandırılmalıdır. Bu işdə təbii ki, hər birimiz aktiv iştirak etməli, insanlarımızın və gələcəyimizin sağlamlığının qorunmasında tibb işçilərinə yardımçı olmalıyıq".

Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMADeputat qeyd edib ki, rayonlara gediş-gəlişdə məhdudiyyətlərin aradan qaldırılması, düşünürəm ki, bu məsələdə tələsmək olmaz. İnsanlarımızı da başa düşürəm. Havalar isindikcə insanlarımız bölgələrə üz tutmaq istəyəcək. Amma bu vəziyyətdə insanların birdən-birə rayonlara axışmasına icazə vermək olmaz. Çünki elə rayonlar var ki, orada yoluxma yoxdur və ya çoxdur. Məhz ona görə də daxili gediş-gəlişin açılması bütün ölkə üzrə yoluxmanı artıra bilər. Ümumiyyətlə bizim normal həyata qayıtmağımız vətəndaşlarımızdan asılıdır. İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyələrinə əmək edərlərsə normal həyatımıza tezliklə qayıda bilərik. Yox əməl etməzlərsə, bir aya sona çata biləcək pandemiya və karantin rejimi 3-5 ay uzadıla bilər. Əlbəttə bunu heç birimiz arzulamırıq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9333   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021