Nazirlik doqquz işəgötürən barədə hüquq-mühafizə orqanlarına müraciət etdi

Nazirlik doqquz işəgötürən barədə hüquq-mühafizə orqanlarına müraciət etdiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, xidmət tərəfindən "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir.

Nəzarət zamanı doqquz işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq, sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq məqsədilə onlarla reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq, bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb.

Bu işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda, karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək.

Xidmət işəgötürənlərə müraciət edib ki, əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etsinlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1287   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kür və Arazda sululuq artacaq: Subasma halları ola bilər

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, iyunun 28-də havanın nisbətə

26 iyun
.

Leysan səbəbindən bəzi dağ çaylarından daşqın və sel keçəcək

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqla gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var. Qeyd olunub ki, iyunun 28-də havanı

26 iyun
.

Çindəki Qran-Pridə uğurlu start: Cüdoçumuz bürünc medal qazandı

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycan millisi ilk medalını qazanıb. xəbər verir ki, yarışın ilk günündə tatamiyə çıxan Əhməd Yusifov (-60 kq) bürünc mükafata sahib olub. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edərək fəxr

26 iyun
.

Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrində nikah statistikasını açıqlayıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin beş ayı (yanvar-may) ərzində 31 nikah qeydə alınıb. xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib. Bununla yanaşı, 1 yanvar 2025-ci il tarixindən 1 iyun 2026-cı il tarixinədə

26 iyun
.

Kanadada yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb

Kanadanın şimal-qərb ərazilərində yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb. -ın xəbərinə görə, bu barədə CBC telekanalı məlumat verib. Məlumata görə, ənənəvi olaraq meşə yanğınlarının söndürülməsində kömək üçün istifadə edilən "Turbo Commander 960 Bird Dog 104" təyyarəsi Fort-Simpson

26 iyun
.

Ağsuda narkotik plantasiyası aşkar edildi - VİDEO

Ağsuda dağlıq ərazidə narkotik plantasiyası aşkar edilib. -ın məlumatına görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər. Əməliyyat zamanı narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyev saxlanılıb. Onun dağlıq ərazidə əkdiy

26 iyun
.

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Öncəki buraxılışların birində Azadlıq prospektindən Nəcəf Nərimanov küçəsi istiqa

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Öncəki buraxılışların birində Azadlıq prospektindən Nəcəf Nərimanov küçəsi istiqamətində hərəkət zamanı sürücülərin üzləşdiyi problem diqqətə çatdırılmışdı. Bildirilmişdi ki, həmin ərazidə avtomobillərin avtobus zolağına daxil olmasın

26 iyun
.

Abşeronda bir gündə 122 motoxuliqan saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 c saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitələrini

26 iyun
.

İşıq və yanacaq yoxdur: Ukrayna zərbələrinə görə Krım qeyri-müəyyənliyə qərq olub - CNN

Ukraynanın Krımda Rusiya hərbi və enerji infrastrukturuna endirdiyi zərbələrin nəticələri hiss olunmağa davam edir. Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, Sevastopolda elektrik enerjisinin verilməsinə məhdudiyyətlər tətbiq olunub, yarımadada yanacaq satışı məhdudlaşdırılıb, uşaq yay düşərgələrini

26 iyun