"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)
"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir.
"Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsində yerləşən "Laven Kafe"də aşpaz köməkçisi kimi işləyib.
Onun sözlərinə görə, 8 saatlıq iş vaxtından artıq, bəzi günlərdə isə 15-16 saat çalışıb. Rinat Əliyev iki smen işlədiyini və hər smen üçün 700 manat olmaqla ümumilikdə 1400 manat əmək haqqının nəzərdə tutulduğunu bildirir.
"Pulumu istəyəndə mənə 50-100 manat verirdilər. Dəfələrlə yazdım ki, pulumu verin, amma vermədilər. Mənə ‘sən köhnə işçisən, bizə əzizsən, kömək et’ dedilər, mən də kömək etdim.
Düşünürdüm ki, bu pulla 18 yaşımdan sonra özümə nəsə alaram, istəklərimin bir neçəsini həyata keçirərəm. Amma əmək haqqımı ala bilmədim", - deyə Rinat Əliyev bildirib.
17 yaşlı gənc həmçinin kafedə işlədiyi müddətdə mətbəxin qida təhlükəsizliyi standartlarına uyğun olmadığını bildirib. Rinat Əliyev məsələ ilə bağlı videomüraciət də yayıb.
"Real Azərbaycan" olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 653 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala
16 noyabrBalıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm
15 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabrDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabr