Yoluxma sayı artsa, mollar, ticarət mərkəzləri və restoranlar yenidən bağlana bilərmi?- Professor AÇIQLADI

Yoluxma sayı artsa, mollar, ticarət mərkəzləri və restoranlar yenidən bağlana bilərmi?- Professor AÇIQLADIDünyada koronavirusa yoluxanların sayı sürətlə artır. Artıq bir sıra ölkələrdə pandemiyanın ikinci dalğası ilə bağlı hazırlıqlar həyata keçirilir. İtaliyada xəstəxanalara xəstəliyin yenidən şiddətlənməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Dünyanın ən güclü tibb xidmətinə malik olan ölkələrdən biri olan İsraildə isə xəstəliyin sürətlənməsi səbəbi ilə karantin tədbirlərinin yumşaldılması prosesi dayandırılıb.

Azərbaycanda da son günlərdə yoluxma sayında sürətli artım qeydə alınır.

Azərbaycanda koronaviruslu xəstələrin sayı artsa, mollar, ticarət mərkəzləri və restoranlar yenidən bağladıla bilərmi?
Ekspertlər yoluxmanı dayandırmaq üçün hansı tədbirləri təklif edir?

Mövzu ilə bağlı Sonxeber.az-a Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri və dosenti, azərbaycanlı alim Rafiq Bayramov danışıb. Alim Azərbaycanda koronavirusun artım məsələsində mollar, ticarət mərkəzləri və restoranların bağlanılmasına ehtiyac duyulmadığı qənaətində olduğunu açıqlayıb:

"Düşünürəm ki, bu çarə deyil. Çünki COVİD-1 9 infeksiyasının nə qədər davam edəcəyini heç kəs bilmir. Molları qapalı saxlamaq çox mürəkkəb məsələdir. Düşünürəm ki, sadəcə hər birimiz infeksiya ilə mübarizəyə qoşulub təlimata uyğun olaraq əməl etsək daha yaxşı olar, rəqəmlər, göstəricilər günbəgün azalar".

Dosent Rafiq Bayramov koronavirusun artmasına əsas amil kimi insanların xəstəliyə inanmamalarını göstərib. Alim qeyd edib ki, əgər belə davam etsə, xəstəliklə mübarizə aparmaq olduqca çətin olacaq:

"İstər Nazirlər Kabineti yanında Operativ Qərargah, istərsə də Təbib tərəfindən lazım olan tədbirlər görülür. Bu tədbirlər xəstələnmə sayı və statistikaya, dünya praktikasına əsasən aparılır. Sadəcə əhalinin böyük əksəriyyəti çox təəssüf ki, hələ koronavirusun olmasına inanmır. Xəstəliyə bu gün inanmayanların sayı çoxdur. Nə qədər ki, inanmayanların sayı çoxdur və hər kəs bu infeksiya ilə mübarizədə yaxından iştirak etmir, şəxsi gigiyenaya riayət etmir, kütləvi yerlərə toplaşmaqdan çəkinmir, maskalardan istifadə etmir, düşünürəm ki yoluxma ilə mübarizə aparmaq çox çətin olacaq. Koronavirus infeksiyası tənəffüs infeksiyasıdır. Tənəffüs infeksiyalarının yayılma göstəriciləri adətən yüksək olur. Ona görə də istənilən nəaliyyəti əldə etmək üçün hər bir vətəndaş həmrəy olmalıdır".

Azərbaycanlı alim həmçinin ötən həftə ölkədə ilk dəfə tətbiq edilən iki günlük izolyasiya tədbirindən də danışıb:

"Vətəndaşlarımız iki günlük izolyasiyanı normal qəbul etsələr, bu effektiv olar. Deyirlər ki, bütün günlərdə virus olmadımı, ancaq altı- bazar günü oldu? Demək istəyirəm ki, xeyr, virus hər gün olur. Sadəcə nə qədər mümkündürsə, izolyasiya edib infeksiyanın yayılmasının, insanların bir-birini yoluxdurmasının qarşısını almaq mümkün olsa, sağlam insanlar xəstələrdən izolyasiya olunub qarşısı alınsa mübarizə tədbirləri də effektli olar".

Şəlalə Babayeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6621   Tarix: 09 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr