15 iyundan sonra rayonlara gediş-gəliş bərpa olunur? - AÇIQLAMA

15 iyundan sonra rayonlara gediş-gəliş bərpa olunur? - AÇIQLAMAXəbər verdiyimiz kimi xüsusi karantin rejimi iyulun 1-nə kimi uzadılıb. Dünən Operativ Qərargahın keçirdiyi brifinqdə iyunun 15-dən sonra daxili gediş-gəliş məsələsinə baxılacağı bildirilib. İyunun 15-dən sonra rayonlara gediş gəlişə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bununla bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir: "Çünki Operativ Qərargah mövcud vəziyyəti, yoluxma sayını analiz etdikdən sonra yumşalma ilə bağlı qərar verir. Təəssüf ki, son həftələrin statistikası heç də yaxşı deyil. Günlük yoluxma sayı 300-ü keçib. Karantin rejimində tədbiq edilən yumşalmalardan sonra insanlarımız sanki bu xəstəlik yoxmuş kimi davranmağa başladılar. Sosial məsafəni qorumadan və qoruyucu tibbi maskadan istifadə etmədən çölə axışdılar. Nəticədə də son günlərin statistikasında xeyli sayda artım oldu. Bilirsiniz ki, pandemiya başladığı ilk başlarda cənab prezident və dövlət tərəfindən çox mühüm qabqlayıcı tədbirlər görüldü. Onun nəticəsində yoluxmanın sayı xeyli aşağı idi. Bir çox ölkələr, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan dövlətinin atdığı qabaqlayıcı addımları yüksək qiymətləndirdi. Bilirsiniz ki, pandemiya dövlət iqtisadiyyatına təsirsiz ötüşmədi. Amma buna baxmayaraq cənab prezident bildirdi ki, dövlətimiz üçün ilk olaraq önəmli olan insanlarımızın sağlamlığıdır. Məhz ona görə də karantin rejimi iyulun 1-nə kimi uzadıldı. Həftə sonları və bayram günləri insanların çölə çıxmasına qadağa qoyuldu. İyunun 15-də Operativ Qərargah tərəfindən hansı qərarlar veriləcəyi ilə bağlı hər hansı fikirlər səsləndirmək düzgün olmaz. Eləcə də iyunun 15-dən sonra bölgələrə gediş-gəlişə icazə veriləcəyi ilə bağlı. Düşünürəm ki, insanlarımız səbrli və məsuliyyətli olub, Operativ Qərargahın qoyduğu qaydalara əməl etsələr biz bu vəziyyətdən tezliklə çıxa bilərik. Bunun üçün ilk öncə sosial məsafəni saxlamalı, qoruyucu tibbii maskalardan istifadə etməliyik. Biz bu yolla həm özümüzü, həm də yaxınlarımızı təhlükəli virusdan qoruya bilərik".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 14250   Tarix: 10 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr
.

Vahid forma, vahid qayda, bərabər imkan: Məktəbli geyimi ətrafında yeni yanaşma

Məktəbli forması haqqında müzakirələri yalnız geyim məsələsi kimi təqdim etmək mövzunun mahiyyətini daraltmaq deməkdir. Əslində vahid məktəbli forması məktəb mühitində bərabərlik, intizam, sosial münasibətlər, valideyn-məktəb əməkdaşlığı, uşağın rahatlığı və təhsil müəssisəsinin daxili mədəniyyəti il

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr