Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək onu mobil telefonu ilə qeydə alıb. Daha sonra çəkdiyi görüntülərlə birlikdə polisə müraciət edən qadın şikayətçi olub.
Hadisədən sonra müəssisənin sahibi Rüya Doğan Arsalı açıqlama verərək kameranın salona sonradan və kənardan yerləşdirildiyini iddia edib. O, hadisənin rəqib tərəfindən təşkil olunan təxribat və brendə qarşı kampaniya olduğunu bildirib.
Arsalının sözlərinə görə, hadisə baş verən zaman özü müəssisədə olmayıb. O, şübhəli vəziyyətdən xəbər tutan kimi polisə məlumat verdiklərini deyib.
"Filialdan bir şəxsin şübhəli hərəkətlərlə video çəkərək sürətlə oradan uzaqlaşması barədə məlumat aldım. Xanım çəkdiyi video ilə birlikdə müəssisədən qaçaraq çıxıb və ona səslənsək də, əlaqə saxlaya bilmədik. Biz də dərhal iddia edilən vəziyyətlə bağlı hər hansı qanunsuzluğun olub-olmadığını müəyyənləşdirmək üçün polis çağırdıq. Bu müddətdə hətta öz əməkdaşlarımızın belə içəri daxil olmasına icazə vermədik", - deyə müəssisə sahibi bildirib.
İşletmə rəhbərliyi hadisə ilə bağlı bütün kamera görüntülərini polisə təqdim etdiyini və məsələ ilə bağlı hüquqi proses başladıldığını açıqlayıb. Gizli kameranın kim tərəfindən və nə zaman yerləşdirildiyi isə aparılan araşdırmadan sonra müəyyənləşəcək.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 264 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabr