Dahilər və uzunömürlülər hansı aylarda dünyaya gəlir? - ARAŞDIRMA

Dahilər və uzunömürlülər hansı aylarda dünyaya gəlir? - ARAŞDIRMAElm adamları astrologiya və doğum tarixinin insanın taleyinə təsir etdiyinə dair inanclara qətiliklə qarşı çıxırlar. Buna baxmayaraq, qışda doğulanların daha uzun yaşadığı, payız uşaqlarının məktəbdə daha yaxşı oxuduğu və yazın sonunda anadan olanların idmanda böyük uğurlar qazandığı iddia edilib. Yalnız bütün bunların rasional izahı var.

Publika.az xəbər veri ki, avqust ayında doğulanların Fransa, Belçika və ya Niderland milli futbol komandasında oyunçu olmaq şansı var. Sentyabr-noyabr aylarında anadan olmusunuzsa, İngiltərə Premyer Liqasını hədəfləyin. Uşağınızın uğurlu xokkeyçi olmasını istəyirsinizsə, doğuşu ilin ilk yarısına planlaşdırın. Bunlar bir astroloqun tövsiyələri deyil, bir neçə elmi araşdırmadan əldə edilən nəticələrdir.

Məsələn, Belçika, Fransa və Niderlandda futbolçuların doğum günləri əsasən avqusta düşür, sonra onların sayı tədricən azalır və iyul ayında minimum səviyyəyə çatır. İngiltərə Premyer Liqasında oyunçuların ad günləri payıza təsadüf edir, ingilis futbolunun indiki ulduzları arasında may-avqust aylarında doğulanlar yoxdur. Kanada xokkeyçiləri əksinə, ümumiyyətlə ilin birinci yarısında - yanvar-may aylarında dünyaya gəlirlər.

"Belə nümunələr saxta və ya mənasız ola bilər, amma gözlənilən effektin nəzəri izahını təqdim etməyə çalışacağıq. Məsələn, şəxsin nə vaxt doğulduğundan asılı olaraq gələcək uğurları və sonrakı karyerasına dair müəyyən proqnozlar vermək olar. Uşağın məktəbdə həmyaşıdları arasında nə qədər böyük və ya kiçik olması da rol oynayır. Uşaqlıqda bir neçə aylıq fərq çox kritikdir", - Biologiya üzrə fəlsəfə doktoru, Maarifçi mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının üzvü Aleksandr Pançin izah edib.

Elmdə idmançıların doğum günlərinin bu asimmetrik paylanması nisbi yaş effekti (RAE) adlanır. Tədqiqatlara görə, RAE dünyanın demək olar ki, bütün ölkələrində idman federasiyaları üçün xarakterikdir. Rusiyada ilin birinci yarısında, xüsusən yanvar ayında doğulanlar arasında futbolçular üstünlük təşkil edir.

RAE səbəbi belə izah edir: futbol məktəbləri qəbul zamanı yalnız uşağın doğum ilinə diqqət yetirir. Buna görə yanvar ayında doğulan idmançılar əhəmiyyətli üstünlük əldə edirlər.

Payızın uzunömürlüləri

Doğum tarixi ömrün uzunluğuna da təsir göstərə bilər. Payız və qışda doğulanlar daha uzun yaşayırlar. Ən pisi mart ayında doğulmuş körpələrdir, bunların yalnız dörd faizi yüz yaşa qədər yaşayır.

"Yenə də bu nəticələrin nə qədər dəqiq olub-olmadığı aydın deyil. Ancaq araşdırmada 19-cu əsrin sonlarında doğulmuş insanların məlumatlarından istifadə edilib. O dövrdə payızın sonlarında və qışda mövsümi infeksiyalar, eynilə soyuqdəymə nəticəsində körpə ölümünün artması müşahidə edilib. Güclü körpələr şəraiti pis olan ailələrdə belə sağ qalıb. Və onların uzunömürlülüyü üçün daha çox şansı var", - A.Pançin qeyd edib.

Bremen Ceykobs Universitetinin (Almaniya) professoru Aleksandr Lerçlanın qənaətinə görə, oktyabr-dekabr aylarında dünyaya gələn almanlar da may-iyun aylarında doğulanlardan orta hesabla daha uzun yaşayır. Oxşar məlumatlar Berkli (Kaliforniya) Universitetinin tədqiqatçıları tərəfindən də Yerin müxtəlif yarımkürələrində yaşayan əhalinin ömür müddətini müqayisə edərkən əldə edilib. Məlum olub ki, Avstriya və Danimarkada yüz yaşına çatmış insanlar daha çox sentyabr-dekabr, avstraliyalılar isə mart-iyun aylarında dünyaya gəlirlər.

Bunun ən çox ehtimal olunan izahlarından biri hamiləlik dövründə qəbul edilən qidalardır. Payız və qışda doğuş edən qadınlar isti mövsümdə daha çox meyvə-tərəvəzə üstünlük verir. Bu da uşaqlarda sağlam dad vərdişləri meydana gətirir. Bunu eksperimental olaraq təsdiqləmək mümkün deyil, ancaq müəyyən fərziyyə ilə siçovulların üzərində aparılan araşdırmanı nümunə kimi göstərə bilərik. Bir qadın hamiləlik dövründə yüksək yağlı, yüksək kalorili qidalar yeyirsə, onun dünyaya gələn övladı da sonradan zərərli qidaya meylli olacaq və piylənmədən əziyyət çəkəcək.

Ağıllı hamiləlik planlaması

Milli İqtisadi Tədqiqatlar Bürosunun (ABŞ) məlumatına görə, ən ağıllı və bacarıqlı uşaqlar sentyabr ayında doğulur. Tədqiqatçılar altı ilə on beş yaş arasında bir milyondan çox şagirdin performansını təhlil edib. Məlum olub ki, avqust ayının uşaqları ən aşağı göstəricilərə sahibdir və sentyabr ayında anadan olanlar nəinki məktəbdə yaxşı qiymət alır, həm də daha nüfuzlu kollec və universitetlərdə ali təhsil qazanır.

Alimlərin sözlərinə görə, amerikalı uşaqlar altı yaşında məktəbə gedirlər, odur ki, sentyabrdan dekabr ayına qədər doğulanların cüzi üstünlüyü var: onlar yaz və yayda doğulan sinif yoldaşlarından bir neçə ay böyükdür, bu da ibtidai siniflərdə akademik göstəricilərə ciddi təsir edə bilər.

Bundan əlavə, tədqiqatçılar sentyabr ayında doğulanlar arasında yüksək gəlirli ailələrdən olan uşaqların daha çox olduğunu təsbit edib.

Dahilər və ulduzlar

Dahiliyin doğum tarixi ilə əlaqəsi bir dəfədən çox öyrənilib, lakin elm adamları müəyyən nəticələrə gələ bilməyib. Bəziləri elm adamlarının doğum ili ilə Nobel mükafatı verilməsi arasında əlaqə tapıb. Digərləri zəka səviyyəsinin doğulduğu mövsümlə əlaqələndirilməsinə qarşı çıxır.

"Doğum tarixi ilə insanın görkəmli elm adamı olması faktı arasındakı əlaqə haqqında məlumatlar əsasən fərziyyələrə söykənir. Hər hansı tədqiqat ilk növbədə müstəqil nümunələrdə çoxalmalıdır. İkincisi, hər zaman göstərilən münasibətlər üçün alternativ izahları yoxlamağa çalışmaq lazımdır", - deyə Pançin yekunda qeyd edib.
Dahilər və uzunömürlülər hansı aylarda dünyaya gəlir? - ARAŞDIRMA


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 4931   Tarix: 11 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qocalmanı sürətləndirən üç gündəlik vərdiş

Qocalmanı hissolunmaz şəkildə sürətləndirən üç gündəlik vərdiş açıqlanıb. bildirir ki, bu barədə "LEVITA" beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin həmtəsisçisi və məşqçi Kseniya Qufranova " nəşrinə müsahibəsində danışıb. Qufranovanın sözlərinə görə, qocalmanın əsas amili otura

30 noyabr
.

Dünyada sağalmaz xəstəlik sürətlə yayılır - onun nəticələri

Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlənmənin aşağı səviyyəsinə görə həyəcan təbili çalır. Dünyada qızılca halları sürətlə artır: yalnız ötən il 11 milyon yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bir çox regionlarda peyvəndləmə səviyyəsinin çox aşağı olması səbəbindən qızılcanı

7 dekabr
.

Zərərli bilinirdi, ömrü uzadırmış - Alimlər təsdiqlədi

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir. xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub. Tədqiqat 2 böyük Avropa layihəsini

13 dekabr
.

Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq

Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır

7 dekabr
.

Bu şokoladı şəkər xəstələri də yeyə bilər

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"

13 dekabr
.

Çox öskürmək ziyandır

Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub. Axşam.az xəbər verir ki, mütəxəssislər küncüdün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır. E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif

3 dekabr
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29 noyabr
.

Portağalın gizli gücü ortaya çıxdı: Tərkibində elə şeylər var ki...

Əksər insanlar üçün portağal suyu sadəcə adi içkidir. Lakin aparılan tədqiqatlar göstərir ki, bu içki susuzluğu aradan qaldırmaqdan daha çox faydaya malikdir. Bununla bağlı araşdırmanı "Medical Xpress" nəşri dərc edib. Araşdırma, portağal suyunun müntəzəm istehlakının immun hüceyrələrimizdək

6 dekabr
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14 dekabr