Dünyanın tanınmış transplantoloqu Bəhram Bağırzdəyə təmənnasız yardım etməyə hazır olduğunu AÇIQLADI

Dünyanın tanınmış transplantoloqu Bəhram Bağırzdəyə təmənnasız yardım etməyə hazır olduğunu AÇIQLADI"Bəhram Bağırzadəyə ağciyər transplantasiyası edilməsinin zəruriliyi təklifini ilk dəfə mən irəli sürmüş və təklifimi kifayət qədər elmi əsaslandırmışam".

Bunu Sonxeber.az-a Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrasının, eləcə də Transplantalogiya şöbəsinin dosenti, cərrah Ədalət Rüstəm koronavirusa yoluxaraq müalicəsi davam edən aktyor Bəhram Bağırzadə haqqında deyib:

"Birincisi, fəaliyyətini 90% itirmiş ağciyərlər sepsis, infeksiya (virus, bakteriya assosiasiyaları və b.) tuta bilər və dərhal, mümkün qədər erkən müddətlərdə cərrahi yolla çıxarılmalı, xəstənin həyatı, daha dogrusu tənəffüs fəaliyyəti indiki kimi ECMO ilə davam etdirilməlidir. Bu halda digər orqanlara və toxumalara, ən əsası həyati vacib orqanlara ilk növbədə virusların generasiyasinin, ekspansiyasının qarşısı alınar, həmin orqanların və toxumaların farmakoloji, medikal qorunması, virussuzlaşdırılması və bərpası təmin edilər. Ən əsası uyğun canlı donor axtarışı prosesi aparıla və orqanizm ucun ən əlverişli, ən optimal zamanda ağciyər paylarının transplantasiyası həyata kecirilə və xəstənin həyata dönmə şansları xeyli arta bilər. Çox rəğbət bəslədiyim tanınmış professor kardiovaskulyar cərrah Rəşad Mahmudov müalicə komandasının rəhbərlərindən biri kimi xəstə haqqında daha dolğun biliklərə, tibbi məlumatlara malik olduğundan və xəstəni anbaan izlədiyindən tibbi qanunlara görə qərar qəbuletmə prosesində həlledici hüquqa malikdir. Onun və komandasının sonrakı qərarlarına da hörmət bəsləməyi vacib hesab edirəm. Güman edirəm ki, mənim arqumetlərimə və faktlarıma da qarşılıqlı sayğı göstəriləcəkdir".

Cərrah Ədalət Rüstəm sevimli aktyorun sağalması istiqamətində hər an hazır olduğunu, hər cür müzakirələrə açıq olduğunu bildirib. Həmçinin cərrah dünyanın nüfuzlu ağciyər transplantasiya komandasının aktyorun ağciyərinin transplantasiyasını təmənnasız öz üzərinə götürmək istədiyini də açıqlayıb:

"Bu məsələni Avropanın və dünyanın ən təcrübəli və nüfuzlu ağciyər transplantasiyası komandalarından birinin rəhbəri Azərbaycan sevdalı professor Cemal Asem Kutlu ilə bir neçə dəfə müzakirə etmişik. Professor uyğun bilinərsə Bəhram Bağırzadəyə, digər xəstələrimizə öz komandası ilə hər zaman tam səmimiyyətlə və təmənnasız hər cür yardım göstərməyə hazır olduğunu, bunu azərbaycanlı qardaşlarına çatdırmağı məndən dönə-dönə xahiş edib. Covid-19 xəstələrinin hər birinin, o cumlədən sevimli aktyorumuz Bəhram Bağırzadənin müalicəsinə dövlət səhiyyə sistemi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən yüksək diqqət ayrılması, səhiyyənin bütün resurslarinin və ən təcrübəli qüvvələrinin, sanballı praktik həkimlərin və ünlü tibb alimlərinin cəlb edilməsi olduqca qürurvericidir. Bəhram Bağırzadənin həyatının COVİD-19 səbəbindən təhlükəyə düşməsi hər bir azərbaycanli kimi, bir həkim kimi məni də narahat edir və etməkdədir. Onun tezliklə sağalmasını, ailəsinə, cəmiyyətə, incəsənətə dönüşünü ən çox arzu edən, dualarını əsirgəməyən yuz minlərdən biriyəm. Bu istiqamətdə birlikdə çalışmalı, biliklərinizi və təcrubələrimizi bölüşməli, birimiz digərimizi inkar etməklə qürurlanmamalı, birlikdə ortaq məxrəcə gəlməli və qələbəyə aparan formulu, yolu, heç olmasa istiqaməti tapmalıyıq. Biz bu yola məhkumuq".

Şəlalə Babayeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11386   Tarix: 17 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

1 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr