"Azərbaycanda koronavirus bu tarixdə mutasiyaya uğrayıb yoxa çıxmalıdır"-Professordan Vacib AÇIQLAMA

"Azərbaycanda koronavirus bu tarixdə mutasiyaya uğrayıb yoxa çıxmalıdır"-Professordan Vacib AÇIQLAMAÜST ekspertləri Maykl Rayan və Mariya Van Kerkxove bildiriblər ki, bəzi xəstələr yoluxandan sonra həftələr boyu, hətta aylar boyu bu xəstəliyini simptomlarını hiss edirlər. Bəzi xəstələrin öskürəyi və təngnəfəsliyi keçmir. Mariya Van Kerkxove deyib: "Biz belə halların səbəblərini hələ öyrənirik, ona görə bu mövzuda danışmaq istəməzdim".

Mövzu ilə bağlı Sonxebər.az -a tibb eksperti, Azərbaycanın professoru Adil Qeybulla danışıb:

"Xəstəlik adətən ümumi yorğunluq, halsızlıq, təngənəfəslik və qızdırma ilə müşaiyət olunur. Bu xəstəliyin əsas əlamətləridir. Bura digər əlamətlər də qoşula bilər. Məsələn, döş qəfəsində sıxıntı, dad, qoxu bilmənin itməsi, ürəkbulanma, qusma, mədə-bağırsaq pozuntuları, böyrəklərin problemləri daxil ola bilər. Xəstəlik hər insanda müxtəlif cür gedir. Bu orqanizmin tipindən asılıdır. Virus yanaşı xəstəliyin olması, qəbul olunan virus dozasının miqdarından da asılıdır. Yəni orqanizmə kontaktdan asılı olaraq eyni anda nə qədər virus daxil olur. Az miqdarda virus orqanizmə daxil olduqda xəstəlik subklinik, yəni gizli formada keçir. Xəstəliyin gedişində konkret simptomatika yoxdur".

Tibb eksperti Adil Qeybulla yuxarı tənəffüs yollarının qatarı ilə gedən xəstələrin, yəni öskürək, asqırma, ümumi halsızlıq, zəiflik, təngənəfəslik, qızdırma, uzunmüddət kəsməyən öskurək müşahidə edilən insanların müayinə olunmalı olduğunu bildirib. Ekspert koronavirusa yoluxmadan əmin olmaq üçün insanların təkcə testdən deyil, bir neçə tibbi müayinədən keçməli oldugunu açıqlayıb:

"Testin özü tam spesifik deyil. Yəni testin həssaslıq, dəqiqlik göstəriciləri xeyli aşağıdır. Ona görə də birmanəlı olaraq bir simptomun uzərində dayanmaq mümkün deyil. Həm klinik simptomatika, həm labarator gostəricilər, həm kompüter tomoqrafiyasında ağciyərin vəziyyəti və test birgə dəyərləndirilməlidir. Bunlardan ayrı-ayrılığına istinad etmək düzgün olmazdı".

Adil Qeybulla Abşeron əhalisinin 60 faizinin artıq virusa yoluxdugunu bildirib.
Professor həmçinin bu ilin sonunda koronavirus pandemiyasının Azərbaycanda tam mutasiya olunaraq yox olacağını açıqlayıb: "Karantin məsələsinin effektliyinə gəldikdə isə düşünürəm ki, artıq Abşeron əhalisinin yoluxma faizi kifayət qədər yüksəkdir. Burada 60 faiz əhali virusa yoluxmuş durumdadır. Abşeron yarımadasında Azərbaycan əhalisinin böyuk əksəriyyəti toplaşıb, rayonlarda çox az adam var. Rayonlara gediş- gəliş yolu bağlansa da, insanlar müəyyən yollarla rayonlara gedirlər. Əgər rayonlarda bu tendensiya davam etsə, mənzərə başqa cür olacaq. Bizdə ikinci dalğadan söhbət gedə bilməz. Reinfeksiyadan söhbət gedə bilər. Yəni ki Azərbaycanda virusda sönmə müşahidə eləmədik əslində. Koronavirus dünya üzrə ikinci dalğalara müəyyən yerlərdə başlayıb. Azərbaycanda koronavirus bu ilin sonuna, 8-9 ay müddətində mutasiyaya uğrayıb yoxa çıxmalıdır".

Şəlalə Babayeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 19236   Tarix: 24 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

7 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr