Azərbaycanlı professor COVID-19 xəstələrinin müalicəsində rəsmi icazəsi verilən dərmandan DANIŞDI

Azərbaycanlı professor COVID-19 xəstələrinin müalicəsində rəsmi icazəsi verilən dərmandan DANIŞDIXəbər verdiyimiz kimi koronavirus xəstələrinin müalicəsində "Remdesivir" preparatından istifadənin effektivliyi elmi tədqiqatlarda sübut olunduqdan sonra Avropada aidiyyatı qurumlar tərəfindən istifadəsinə rəsmi şəkildə icazə verilib və artıq COVID-19 xəstələrinin müalicəsində sözügedən dərmandan istifadəyə başlanılıb.

Bununla bağlı açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, tibb sahəsində nüfuzlu elm adamlarının, o cümlədən də Köln Universitetindən olan alimlərin apardığı elmi tədqiqatlar zamanı preparatın ağır koronaviruslu xəstələrdə xəstəliyin kifayət qədər yüngül keçməsinə səbəb olduğu və hətta xəstəlikdən sağalma müddətini 11 günə endirdiyi sübut olunub.

Maraqlıdır, sözügedən dərman preparatından istifadə haqqında azərbaycanlı mütəxəssislər nə düşünür? Dərmanın istifadəsi azərbaycanlı koronaviruslu xəstələrə müjdə kimi təqdim edilə bilərmi?

Bununla bağlı azərbaycanlı professor, tibb eksperti Adil Qeybulla Sonxeber.az -a danışıb:

"Remdesivir ilk dəfə qızdırma zamanı istifadə olunan preparatdır. Bu preparat əslində koronavirusun COVİD-19 ştamında da effektivlik göstərir və yüngül formalarda agırlaşmaların və ölüm hallarının qarşısını xeyli alır. Buna baxmayaraq sözügedən dərman vasitəsi COVİD-19-un dərmanı hesab edilə bilməz. Hələlik yeganə bu ştama təsir edən antiviral dərman bu hesab edilir. Qalan digər preparatlar mənasız dərmanlardır, yəni mualicə prosesində heç bir təsirə malik deyil. ÜST məhz buna görə dərman preparatı kimi sxeminə həmin dərmanları daxil etməyib. Remdesivir birmanalı dərman forması da deyil, ümumi kompleks müalicədə istifadə edilir və müəyyən effekt göstərir. Preparatın qiyməti çox bahalı olduğundan Azərbaycanda yoxdur".

Şəlalə Babayeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5841   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib

Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır. "Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasında "Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması" mövzusunda keçirilə

8 avqust
.

41 dərəcə isti: Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ!

Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki

8 avqust
.

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub. BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib. BT

9 avqust
.

"Toppuş bacı"nın ailəsində daha bir ağır itki

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. Axşam.az xəbər verir ki, M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkirdi və 2023-cü ildə vəfat edib. Bir neçə gün əvvəl isə onu

7 avqust
.

Bu şəxslər ad və soyadını DƏYİŞƏ BİLMƏZ - RƏSMİ

Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb. "Bakupost" xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adın

8 avqust
.

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sülh sammitinin birinci ildönümü ilə bağlı video paylaşıb. "Report" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabınd

8 avqust
.

Gədəbəydə 3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Gədəbəy rayonunda 3 məktəbin fəaliyyəti dayandırılıb. Bunlar Gədəbəy şəhəri 4 nömrəli məktəbi, Toplar kənd məktəbi və Günəşli kənd məktəbidir. Məlumata görə, məktəblərin fəaliyyəti dayandırılarkən buna səbəb kimi şagird sayının normadan aşağı olması göstərilib. Bəs bağlanan məktəblərin şagirdləri təhsillərin

7 avqust
.

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəy

7 avqust
.

Azyaşlı şəkər xəstəsi olduğu üçün "Barama" uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)

Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün Bakıdakı uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir. Uşağın anası Hədiyyə Qurbanəliyeva "Barama" uşaq bağçasından şikayətçidir. Dediyinə görə, ona xəbərdarlıq edilmədən övladı bağçanın "Əcəmi" filialından uzaqlaşdırılıb. Valideyni

8 avqust