Gədəbəydə 3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Gədəbəydə 3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?Gədəbəy rayonunda 3 məktəbin fəaliyyəti dayandırılıb. Bunlar Gədəbəy şəhəri 4 nömrəli məktəbi, Toplar kənd məktəbi və Günəşli kənd məktəbidir.

Məlumata görə, məktəblərin fəaliyyəti dayandırılarkən buna səbəb kimi şagird sayının normadan aşağı olması göstərilib.

Bəs bağlanan məktəblərin şagirdləri təhsillərini hansı məktəblərdə davam etdirəcək, eləcə də ixtisara düşən müəllimlərin taleyi necə olacaq?

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Tiraj.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2026-2027-ci tədris ilində şagird sayının az olduğu Gədəbəy rayonu Toplar kənd ibtidai ümumtəhsil məktəbinin, Gədəbəy şəhəri 4 nömrəli ümumi orta ümumtəhsil məktəbinin, Gədəbəy rayonu Günəşli kənd tam orta ümumtəhsil məktəbinin optimallaşdırılması nəzərdə tutulub:

"Qeyd edirik ki, proses çərçivəsində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə təhsilverənlərin və təhsilalanların hüquq və mənafelərinin qorunması diqqət mərkəzində saxlanılaraq məktəbin pedaqoji heyəti və şagirdləri yaxın ərazilərdə məktəblərə yerləşdirilib".

Qurum həmçinin qeyd edib ki, ümumi təhsil müəssisələri şəbəkəsində optimallaşdırma tədbirləri təhsilin keyfiyyətinin artırılması, şagirdlərin daha əlverişli tədris mühitinə çıxışının təmin edilməsi, pedaqoji kadr təminatının yaxşılaşdırılması və mövcud resurslardan daha səmərəli istifadə olunması məqsədilə həyata keçirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1527   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr