Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır.
"Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasında "Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması" mövzusunda keçirilən ustad dərsində bildirilib.
Qeyd olunub ki, forenzik audit fırıldaqçılıq, mənimsəmə, korrupsiya və digər maliyyə sui-istifadəsi hallarının aşkarlanması, sübut bazasının formalaşdırılması və dəymiş zərərin hesablanması məqsədilə aparılan ixtisaslaşmış yoxlamadır. Bu zaman əldə edilən sübutların məhkəmə və istintaq orqanlarında istifadəyə yararlı olması vacibdir.
Bildirilib ki, tipik fırıldaqçılıq sxemləri əsasən üç kateqoriyaya - aktivlərin mənimsənilməsi, maliyyə hesabatlarının təhrif edilməsi və korrupsiyaya bölünür.
Risk əsaslı audit zamanı isə auditor resurslarını təhrif riskinin daha yüksək olduğu sahələrə yönəldir, riskləri müəyyənləşdirərək qiymətləndirir və müvafiq cavab tədbirləri hazırlayır.
Forenzik audit çərçivəsində dəymiş zərərin hesablanmasında əsasən dörd metoddan - birbaşa itki, əldən çıxmış mənfəət, bərpa dəyəri və müqayisəli metodlardan istifadə olunur.
Ustad dərsində həmçinin fırıldaqçılıq risklərinin qiymətləndirilməsi, "qırmızı bayraqların" müəyyən edilməsi, analitik prosedurlar və sübutların toplanması məsələləri müzakirə olunub.
Onlayn formatda keçirilən tədbirdə Auditorlar Palatasının 89 üzvü iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 366 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabrSaatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
17 noyabr"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16 noyabrBakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala
16 noyabrNovxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
16 noyabr