Koronavirus pandemiyası payızda bitir? - Baş İnfeksionist AÇIQLADI
Bu gün koronavirusun bitməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi mütəxəssislər koronavirus pandemiyasının payızda bitəcəyi ilə bağlı iddialar irəli sürürlər. Azərbaycanda koronavirus pandemiyası payızda bitə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, koronavirus pandemiyasını nə zaman bitəcəyini heç kim deyə bilməz:
"Bəzən sosial şəbəkələrdə yazırlar ki, payızda, qışda sönəcək. Bütün bunlar çox qeyri-ciddi fikirlərdir. Biz bir müddət koronavirusla yaşamağı və karantin davranışlarını özümüzdə adət halına çevirməliyik. Çünki koronavirusun hələ də dəqiq peyvəndi tapılmayıb. Düzdür bir neçə ölkədə vaksinlər sınaqdan keçirilir. Ona görə də bütün hallarda insanlarımızın Operativ Qərargahın qoyduğu qaydalara və verilən tövsiyyələrə əməl etməsi mütləqdir. Maska, sosial məsafə və özünü təcrid məsələlərinə diqqət edilməlidir. Çalışdığımız qədər insanların toplu olduğu yerlərdən uzaq durmalıyıq. Qapalı yerlərdə maska taxıb, sosial məsafəni qorumalı və sanitar gigyenik qaydalara əməl etməliyik. Biz bu 3 sadə tövsiyəyə əməl edərək həm özümüzün və yaxınlarımızın sağlamlığını qorumaqla yanaşı həm də koronaviursu həyatımızdan çıxara bilərik".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3730 Tarix: 20 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabr