Ermənilərin iyul təxribatı Rusiya KİV-də

Ermənilərin iyul təxribatı Rusiya KİV-də"Azərbaycan XXI əsrin müharibəsinin yeni imkanlarını nümayiş etdirdi".

İqor Korotçenko, "Milli müdafiə" jurnalının baş redaktoru

İyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş növbəti erməni təxribatı yavaş-yavaş tarixin arxivinə keçməkdədir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriya silahlarının tətbiqi ilə başlanan təxribat dörd gün davam etdi. Təxribat hər iki tərəf üçün canlı qüvvənin, silah və döyüş texnikasının itkisi ilə nəticələndi.

Dörd gün davam edən silahlı toqquşma hər iki tərəfə müəyyən qərarların çıxarılması üçün yetəri qədər əsas verdi. Hər iki tərəf region və dünya dövlətlərinin, hərbi-siyasi blokların və beynəlxalq təşkilatların münaqişə tərəflərinə real münasibətini gördü və bu, gələcəkdə belə hallarda atıla biləcək addımların necə olması barədə fikirləşmək üçün kifayət qədər informasiya verdi.

Dediyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun, ABŞ Konqresinin, Türkiyənin və bir sıra digər regional və regiondan kənarda olan, lakin burada baş verən hərbi-siyasi prosesləri diqqət mərkəzində saxlayan dövlətlərin reaksiyası açıq-aydın göründü. İlk növbədə, cəmiyyətimizin və dövlət rəhbərliyinin birliyi bir daha bütün dünyaya məlum oldu.

Bununla yanaşı, dörd gün davam edən silahlı münaqişə Ermənistanın strateji tərəfdarı, onun simasında Cənubi Qafqazda öz forpostuna sahib, Gümrü şəhərindəki 102 nömrəli hərbi bazası ilə bu ölkənin ərazisində hərbi iştirakçı olan, Ermənistanın üzv olduğu Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının aparıcı ölkəsi, bir sözlə, Ermənistanı hərtərəfli dəstəkləyən Rusiyada da hadisələr diqqət mərkəzində saxlanıldı. Saxlanıldı və müəyyən nəticələr çıxarıldı. Gəlin, Azərbaycan Ordusunun fəaliyyəti barədə Rusiya KİV-də qeyd olunanlara nəzər yetirək.

1. Müasir yüksək dəqiqlikli məhvetmə vasitələrinin tətbiqi: İlk növbədə, hərb nəzəriyyəsi nöqteyi-nəzərindən, Tovuzdakı münaqişədə ənənəvi döyüş fəaliyyətləri elementləri ilə yanaşı, hibrid və informasiya müharibəsinin, habelə kiber əməliyyatların olması ekspertlər tərəfindən xüsusi vurğulanıb. Erməni təxribatının qarşısı qısa vaxt ərzində və müvəffəqiyyətlə alındı. Bu zaman Ordumuz tərəfindən müasir yüksək dəqiqlikli məhvetmə vasitələrinin tətbiqi qeyd olunur ki, bu, bir tərəfdən düşmənin yaxşı mühafizə olunan hərbi obyektlərinin məhv edilməsini, digər tərəfdən isə mülki obyektlərin zədələnməsinə yol verilməməsini təmin etdi.

2. Pilotsuz Uçuş Aparatlarının (PUA) tətbiqi: Yüksək dəqiqlikli məhvetmə vasitələrinin tətbiqi ilə yanaşı, zərbə PUA-ları geniş istifadə edildi. Bu növ müasir silahların satın alınması ilə bərabər, hazırlıqlı peşəkar kadrların olması da qeyd edilib. Zərbə PUA-larının tətbiqindən əlavə, kəşfiyyat təyinatlı PUA-ların tətbiqi vasitəsilə kəşfiyyat məlumatlarının qərargahlara ötürülməsi real vaxt rejimində döyüş meydanında vəziyyəti müşahidə etmək, qüvvələrimizin fəaliyyətini korrektə etmək imkanı verdiyi göstərilib. Ordumuzun dünyada PUA-ların tətbiqi üzrə ön cərgədə gedən Rusiya və İsrail dövlətlərinin orduları ilə bir sırada göstərilməsi də xüsusi diqqət cəlb edir.

3.Texniki-informasiya mübarizə vasitələrinin tətbiqi: Ermənistanın əsas internet resurslarının, o cümlədən baş nazir Nikol Paşinyanın şəxsi səhifəsinin döyüşlərin qızğın vaxtında sıradan çıxarılması Azərbaycanın bu sahədə geniş imkanlara malik olmasını göstərir. Bu da müasir müharibənin elementlərindən biridir.

4. Ermənistanın informasiya mübarizəsində məğlubiyyətə uğraması: Azərbaycana məxsus çoxsaylı PUA-ların vurulmasını, hətta radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılmasını iddia edən Ermənistanın bunu nüfuzdan düşən Paşinyanın şəxsi imicinin qaldırılması məqsədilə etdiyi qeyd edilir. Ermənistan Müdafiə Nazirliyinin göstərdiyi şəkillərin hansısa aparatların qalıqları və ya tam ölçülü mulyajların olduğu deyilir. Rusiya KİV-in ümumi fikrinə görə, Ermənistan Müdafiə Nazirliyinin dedikləri həqiqətə uyğun deyil.

5. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəaliyyəti müsbət qiymətləndirilib: Rusiyalı ekspertlər münaqişənin "informasiya komponentinə" böyük əhəmiyyət verdilər. İctimaiyyətin (həm yerli, həm də xarici) vaxtında məlumatlandırılması, informasiya verilməsi müasir müharibələrin əhəmiyyətli komponentlərindən biridir. Münaqişənin ilkin mərhələsində Ermənistan Müdafiə Nazirliyinin sözçüsünün əvəz olunması tənqid edilir. Rusiyalı ekspertlərin fikrinə görə, bu, onun hazırlıqsız və bacarıqsız olması ilə əlaqəlidir. Eyni zamanda, canlı rejimdə yayımlanan fəaliyyətlər müsbət qiymətləndirilir, çünki məhv olunan obyektlərin yalnız hərbi təyinatlı olması aydın görünürdü.

Ordumuzun bölmələri ilə yanaşı, 25 mindən çox vətəndaşın orduya könüllü olaraq getmək istəməsi Rusiya KİV-in diqqətindən yayınmadı. Belə ki, münaqişənin kəskinləşməsi fonunda vətəndaşlarımızın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron formada, həmçinin yerli idarələrə müraciətləri, xidmətə könüllü olaraq yollanmaq istəyənlərin "Cənab Ali Baş Komandan, müharibə elan et!" şüarları da xüsusi vurğulanıb.

Rusiyalı ekspertlərin ümumi rəyinə görə, müstəqilliyini yenidən əldə edən Azərbaycan öz Silahlı Qüvvələrini daima diqqət mərkəzində saxlayır. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, ordumuz ən müasir silah və texnikalarla təmin edilib. Məhz buna görə, Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu sayılır. Azərbaycan əsgər və zabitlərinin əzmli, nizam-intizamlı olması, vətəni hər zaman, hər yerdə layiqincə təmsil etmələri də qeyd olunub.

Bütün bunların fonunda rusiyalı ekspertlər bildirirlər ki, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü hər an bərpa etməyə hazırdır və qadirdir.

Ermənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-dəErmənilərin iyul təxribatı Rusiya KİV-də


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1235   Tarix: 21 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru

29 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun