Gəlinini zorlayan qaynatalar və ya gəlini ilə...

Gəlinini zorlayan qaynatalar və ya gəlini ilə...Karl Marks deyib: "ailə kiçik bir dövlətdir". Bu, doğrudan da belədir. Həmin "dövlət" tarixin dolanbaclarında irəliləyərək min illikləri aşıb bu günə çatıb. Dünyaya gələn hər bir insan ailədə böyüyərək bu dövlətin vətəndaşı olmaq statusunu qazanır. Əgər ailə adlı bu dövlətdə daxili nizam-intizam qaydaları, qanunlar demokratikdirsə, o zaman həmin dövlətin vətəndaşları xeyirxah, humanist, azad və ədalətli olur. Yox, əgər qanunlar mürtəce, dağıdıcıdırsa bax o zaman sosial partlayış qaçılmazdı. Bu baxımdan ailəyə sosial qrup kimi də baxmaq olar ki, mahiyyəti onun strukturunda, funksiyasında və ailə üzvlərinin oynadığı rolunda ifadə olunur. Ailənin sosial mahiyyəti cəmiyyət üçün əsas faktordu. Mənəviyyatı zəngin olan ailə cəmiyyətin üst pilləsində qərar turur. Ailə o zaman aşağılanır ki, orada daxili münaqişə səngimək bilmir.

Hərdən adama elə gəlir ki, dünyanın heç bir ölkəsində Azərbaycan ailələrində olduğu kimi münaqişələr çox deyil. Çünki bizdə ailədaxili söz-söhbət, valideyn-övlad, qaynana-gəlin, gəlin-qaynata münasibətləri bir çox hallarda öz çərçivəsinə sığmır. Bu münasibətlərin tənzimləyicisi rolunda çıxış edən ailə başçısı idarəçiliyi bacarmır. Ya da ki, üzərinə düşən öhdəliyin ciddiliyini əhəmiyyətsiz sayır. Ailədə dünyaya gələn övladın cəmiyyət üçün yararlı olub-olmaması valideynin ona verdiyi tərbiyənin məhsuludur. Əgər ata oğlunun gözü qarşısında həyat yoldaşını təhqir edir, onun analıq haqqını, qadınlıq hüququnu tapdalayırsa, hansı haqla oğlundan nəsə gözləməlidir?! Heç şübhə yox ki, sabah həmin oğul anasına, həyat yoldaşına eyni münasibəti sərgiləyəcək. Bu o deməkdir ki, evin kişisi gələcəkdə ailədə baş verəcək münaqişənin toxumlarını bu gün səpir.

Hər gün mətbuatda ailə münaqişələri haqqında xəbərləri oxuyuruq. Elə bir gün yoxdur ki, hansısa kütləvi informasiya vasitəsində ailə zəminində baş vermiş qanlı olayla rastlaşmayaq. Xüsusilə də cinayətlərinə qısqanclıq, namus, xəyanət adı verib qətl törədənlərin sayı gündən-günə artır. Əvvəllər namus üstə öldürülənlər əxlaqsızlıq edən və təcavüzə uğramış qızlar olurdusa, bu gün ailədaxili problemlər nəticəsində öldürülən qadınların üzərinə ləkə kimi "əxlaqsız" damğası vurulur və cinayətkar özünü namuslu insan kimi təqdim edir. Bu, doğrudanmı belədi? Cəmiyyət namussuzdu, yoxsa ailənin əxlaqı cəmiyyətə sığmır? Hər iki halda qanlı cinayətin kökündə yuxarıda dediyim ailə tərbiyəsi durur. Atalar deyib ki, ev sözsüz, gor əzabsız olmaz. Amma hər xırda detalın böyüyüb cinayətə yol açması ondan xəbər verir ki, insanların əsəblərini cilovlaya biləcək qüvvəsi tükənib. Bunun da mənbəyində cəmiyyətin sosial bəlaları durur.

Bunlar ailə münaqişələrinin qanlı cinayətlə nəticələnən tərəfləridi. Bir də var xırda məişət söhbətləri ki, bəzən böyük münaqişəyə yol açır. Məsələn qaynana-gəlin münasibəti. Bu münasibətlərin pik nöqtəsi "gəlin mənim süpürgəmdi, hara qoydum orda durmalıdı" psixologiyasını öz xarakterində formalaşdıran qaynananın islaholunmaz davranışıdı. Qaynana ailə dövlətində iqtidardı, bütün hakimiyyət onun əlindədi. Gəlin isə gələn bir gündən müxalif mövqedə dayanaraq hakimiyyətə can atır. Əgər qaynana öz dövlətini demokratik yolla idarə edirsə, o zaman gəlinlə ortaq razılığa gələcək, hakimiyyət bölgüsünə təkrar nəzər yetirəcək, gəlinə də idarəçilikdə vəzifə verəcək. Bu bölgüdə ağıllı gəlinin də rolu böyükdü. Elə gəlin var ki, hakimiyyət onu qətiyyən maraqlandırmır. Müstəqil və azad olmağı hər şeydən üstün tutur. Və bu yolda özünün çalışmalarını ortaya qoyaraq qaynana ilə münasibətlərini çox gözəl bir şəkildə tənzimləyir. Elə ki, qaynana diktator olur, hakimiyyətdə təkbaşına oturur, bax o zaman iqtidar-müxalifət savaşınnın səngiməsinə beynəlxalq təşkilat rolunu oynayan qaynata, oğul, qayın, baldız, qonşu və digər qohum-əqrəbanın da köməyi dəymir. Nəticə isə belə olur: ya boşanma, ya da kirayə evə köçmək.

Vay o gündən ki, qaynata-gəlin münasibətində çat yaransın, o zaman ailədə baş verəcək faciənin işartrılarını aydın görmək olur. Tarixən Azərbaycan ailələrində qaynata ilə gəlin arasında ata-bala münasibəti hökm sürüb. Adətən qaynata gəlinini öz qızı kimi sevir, gəlin də ona atası kimi hörmət göstərir. Ən yüksək əxlaqi davranışı, müdrik məsləhətləri, sanballı hərəkətləri ilə təkcə ailədə deyil, həm də bir rayonda, bir kənddə hörmət qazanan, ehtiram göstərilən kişilər çox olub. Vaxtilə anamın danışdığı hadisəni xatırlayıram. Bir gəlin əkin-biçin vaxtı uşağına süd verərkən, qaynatasının uzaqdan gəldiyini görüb, utandığından uşağı qaya dibində gizlədib evə qaçır. Axşam olur, bir də baxırlar ki, bələkdəki uşağın yeri boşdu. Qaynanası uşağın harda olduğunu soruşanda gəlin hadisəni olduğu kimi danışır. Gedib uşağı qaya dibindən götürüb evə gətirirlər. Xoşbəxtlikdən uşağa heç nə olmayıb.

Bu gün ailə münaqişələrinin kökündə dayanan müxtəlif səbəblər sadalanır. Ancaq sadalanan problemlərin içində ailədə qaynata olan kişinin xarakterinin, eləcə də digər insani dəyərlərinin tükəndiyindən az bəhs olunur. Əsas məsələ budur. Bu millətin ağır-ağır Kişilərinin ədəb-ərkanında, verdikləri tərbiyədə, danışdıqları sözdə xeyir-bərəkət olub. Bu Kişilərin əxlaqı və ailədəki davranışı böyüklüyün, müdrikliyin, dünyagörüşünün açıq ifadəsindən xəbər verib. Onlar evin ağsaqqalı olaraq ailənin düzəninin pozulmasına yol verməyiblər. Bu Kişilər ağızlarından çıxardığı kəlmələri ölçüb-biçib, sözü heç vaxt havaya deməyib, anında və məkanında işlədiblər. Bəs, indi hanı o Kişilər? Doğrudu, klassik qaynata obrazını özündə daşıyan kişilər hələ də var, amma çox azdı. Qaynana nə qədər hökmlü, avtoritar olsa da evdəki kişinin zəhmi, ləngəri olmalıdır ki, bunların qarşısını ala bilsin. Əks halda " bu xəmir hələ çox su aparacaq". Ailənin başçısı öz həyat yoldaşını idarə edə bilmirsə o ailədə münaqişə mütləq baş verəcək, konflikt olacaq.

"Qaynata gəlinini döydü", "Qaynata gəlinini zorladı", "Qaynata gəlini ilə evləndi", "Qaynata toyda gəlini ilə əlbəyaxa döyüşə çıxdı", "Qaynata küçənin ortasında gəlinini söydü", "Qaynata gəlinini öldürdü" və s. bu kimi ürək ağrıdan xəbərləri tez-tez eşidirik. Bunlar çox böyük faciədi. Bir millətin ali dəyərlərinin alçalması, ölkədə ailə institunun tənəzzülə uğraması deməkdi. Halbuki Azərbaycan ailəsi mənəvi köklərinin möhkəmliyi ilə digər millətlərdən öndə olub. Bizdə ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma indi bu dəyərlər ailələrin sayının azalması, milli demoqrafik problemlərin artması ilə kölgədə qalıb. Bu problemi yaradan ən əsas səbəb kişilərin ölkəni tərk etməsidi. Ailədə kişi olmayanda isə baş verəcək xoşagəlməz hallara təbii ki, qonşu məsuliyyət daşımayacaq. Xarici ölkələrə işləməyə gedən gənc ərin həyat yoldaşı valideynlərinin yanında qalır. Bir çox hallarda ər qayıtmır, ya da ki, arabir evə baş çəkir, telefonla hal-əhval tutur. Ərinin biganəliyindən bezən gəlininin qaynanası və qaynatası ilə münasibətlərində də soyuqluq yaranır. Sonda da qaynata-gəlin münasibətlərində yuxarıda sadaladığım faciələr baş verir.

Azərbaycan ailələrindəki münaqişələrin, konfliktlərin gündən-günə artmasının kökündə dayanan səbəblərdən biri də gender bərabərliyi və məişət zorakılıqları haqqında qanunların formal xarakter almasıdır. Həmin qanunların icrası ilə bağlı maarifləndirmə işləri aparılmır, ya da nəzərəçarpacaq dərəcədə çox deyil. Bu məsələ ilə birbaşa məşğul olan qurumun - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlərin nədən ibarət olduğunu öyrənmək üçün kiçik bir araşdırma apardım. Məlum oldu ki, komitə yarandığı on ildə çoxlu sayda layihə tərtib edib, çoxlu sayda tədbir keçirib, çoxlu sayda beynəlxalq qurumla əlaqə yaradıb, çoxlu sayda problemlərin həllinə cəhd göstərib və s. və i.x. Amma nədənsə yenə də ölkədə məişət zorakılıqları, ailə münaqişələri və konfliktlər azalmır ki, azalmır.

Məncə, ailə institutunun inkişafı ailə adlı dövlətin təkamül prosesindən asılıdır. Bu məsələyə nə beynəlxalq qurumları qarışdırmaq, nə də dünyanın başqa millətlərinin ailə modelini tətbiq etmək olmaz. Azərbaycanın tarixi ailə modeli var. Ailədə Kişinin rolunun möhkəmlənməsində qadının ərinə olan sədaqəti durub ki, bu da hər zaman evdəki xırda məişət söhbətlərinin artmasının qarşısını alıb. Baba-nənələrimiz ailəyə müqəddəs ocaq kimi baxıblar. Bu ocağın qorunub saxlanması, istisinin azalmaması kişinin, uşaqların tərbiyəsi isə qadınların çiyinlərində olub. Bəlkə də məhz bu amilin nəticəsidir ki, indi bütün ailə münaqişlərinə, konfliktlərinə baxmayaraq Azərbyacan ailəsi Avropa ailəsinə nisbətən dayanıqlıdır. Lakin nə yazıq ki, tarixi sınaqlardan keçmiş Azərbaycan ailəsinin ənənələri, milli-mənəvi dəyərləri, əxlaqi prosesləri bu gün yad təsirlərə məruz qalaraq deformasiyaya uğrayıb.

Sərlövhədəki ritorik sualın düyün düşdüyü məsələnin bir çox həll yolları var. Amma ən vacibi və asanı ailə böyüklərinin əxlaqının, səxavətinin, mədəniyyətinin yetərincə olmasıdır. Ailədə zora arxalanmaq olmaz. Kişinin kəsərli sözü, qadının incə əxlaqı olmalıdır ki, cəmiyyətin də namusu mənəviyyata, milli ideologiyaya və davranış mədəniyyətinə söykənib boy göstərsin.(milli.az)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 11405   Tarix: 24 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir kişi yol kənarında ölü tapılıb - VİDEO

Biləcikdə Suriya vətəndaşı olan bir kişi yol kənarında ölü vəziyyətdə aşkar edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı əldə olunan məlumata görə, saat 20:30 radələrində Ertuğrulgazi məhəlləsində, Kent Ormanı Özgen Villaları yolunda yerdə hərəkətsiz uzanan bir şəxsi görən vətəndaşla

17 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr
.

Boşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO

İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu

17 dekabr
.

Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Son xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündü

20 dekabr
.

İştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər

Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar

17 dekabr
.

Səhər gəzintisinə çıxan qadın 31 şagirdin həyatını xilas edib

Bursanın Nilüfer rayonunda səhər saatlarında gəzintiyə çıxan yaşlı bir qadının "sürüşmə var" deyə xəbər verdiyi istinad divarı və ona bitişik gəzinti yolu 9 saat sonra məhəllədə yerləşən məscidin və eyni həyətdə fəaliyyət göstərən Quran kursunun üzərinə uçub. türk mediasına istinadən xəbə

19 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Bu toyuqları almayın - AÇIQLAMA

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanm

21 dekabr
.

Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını

20 dekabr