"Ermənistan terrorçuluğu, narkotranziti və qanunsuz silah alverini genişləndirir"

"Ermənistan terrorçuluğu, narkotranziti və qanunsuz silah alverini genişləndirir""Beynəlxalq səviyyədə tanınmış müstəqil bir dövlətin ərazilərini 30 ilə yaxındır ki, işğal altında saxlayan, hər cür bəhanələrlə danışıqlar prosesini uzatmağa və ya dayandırmağa çalışan Ermənistan bu addımı ilə döyüşləri yenidən aktivləşdirmək və regional təhlükəsizliyi pozmaqda maraqlı görünür. Prezident İlham Əliyev sentyabrın 19-da Azərbaycan televiziyalarına verdiyi müsahibəsində bu məsələyə də toxunaraq qeyd etdi ki, danışıqlar faktiki olaraq getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Prezident daha sonra vurğuladı ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın məkrli siyasətinə qoşulmaq istəmirik".

Bunu "MediaPost"a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. Politoloqun fikrincə, prezidentin çıxışından da belə nəticəyə gəlmək olur ki, Ermənistan hakimiyyəti hər cür vasitələrdən istifadə etməklə danışıqlar prosesini uzatmağa, mövcud status-kvonu stabil saxlamağa cəhd edir:

"Bu addımı ilə vaxt qazanaraq Cenevrə Konvensiyasına tamamilə zidd olaraq, müxtəlif yerlərdən gətirilmiş erməniləri Dağlıq Qarabağda qanunsuz məskunlaşdırmaqla demoqrafik vəziyyəti yaxşılaşdırmağa, o cümlədən, Azərbaycanın tarixi-mədəni abidələrini dağıtmağa və ya özününküləşdirməyə çalışır. Habelə, işğal edilmiş ərazilərin nəzarətdən kənar qalması fürsətindən istifadə etməklə terrorizmi, narkotranziti və qanunsuz silah alverini genişləndirir".

R. Hüseynovun sözlərinə görə, digər tərəfdən Ermənistanın danışıqlar prosesini dayandırmaq niyyətini Azərbaycanı müharibəyə təhrik etmək cəhdi kimi qiymətləndirmək olar:

"Bu da təsadüfi deyil. Ermənistanın Azərbaycana qarşı son təxribatından sonra himayəsində olduğu Rusiya tərəfindən loyal münasibət görməsi, həmin dövlətin müxtəlif hakim elitası tərəfindən siyasi dəstək alması, əsasən də böyük həcmdə silahlarla təmin olunması onu arxayınlaşdırıb.

Təəssüflə qeyd etmək lazımdır ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olan və regionun təhlükəsizliyində maraqlı olan Rusiyanın illərdir ki, Ermənistana bu və ya digər formada dəstək verməsi faktiki olaraq onun Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə, separatizm, terror siyasətini həyata keçirməsinə geniş imkanlar açır. Bu da nəticə etibarilə, Ermənistanın hazırkı hakimiyyətinin Azərbaycana qarşı vaxtaşırı təxribat xarakterli hərbi açıqlamalarla çıxış etməsinə və ölkəmizi yeni işğallarla təhdid etməsinə rəvac verir".

"Düşünürəm ki, Azərbaycanın Ermənistanın bu təxribatçı siyasətini düzgün dəyərləndirməklə adekvat addımlar atacağı istisna edilmir. Regionda sülhün qorunub saxlanılmasında maraqlı olan Azərbaycanın müstəqil dövlət olaraq hüquqlarından istifadə etməklə dövlət sərhədlərini, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etməsi qaçılmaz görünür. Buna ölkənin peşəkar ordusu, həmçinin vətənpərvərlik ruhunda olan vətəndaşların döyüş əzmi tam imkan verir" - deyə, politoloq bildirib.

"Ermənistan terrorçuluğu, narkotranziti və qanunsuz silah alverini genişləndirir"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1738   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021