"İmzalanan Memorandum tarixi, strateji və iqtisadi əhəmiyyət kəsb edir" - DEPUTAT

"İmzalanan Memorandum tarixi, strateji və iqtisadi əhəmiyyət kəsb edir" - DEPUTAT"Türkmənistanla enerji sahəsində imzalanan Anlaşma Memorandum tarixi və iqtisadi əhəmiyyət kəsb edir".

Bunu yanvarın 21-də Aşqabad şəhərində imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" ilə bağlı fikirlərini Sonxeber.az-la bölüşən deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbayanın neft-qaz prioritetinin əsas hədəfləri də məhz Xəzəryanı ölkələr arasında əməkdaşlığın dəstəklənməsindən ibarətdir:

"Bu anlaşma Azərbaycan-Türkmənistan arasında strateji əməkdaşlığın inkişafından xəbər verir.

Düşünürəm ki, imzalanan memorandum bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Bu, eyni zamanda nəinki iki ölkə, həmçinin region ölkələri, dünya ölkələri arasında yeni əməkdaşlıq, dostluq əlaqələrinin möhkəmlənməsinə yol açacaq.

Əlbəttə, bununla yanaşı, bu anlaşmanın strateji və iqtisadi əhəmiyyəti var. Çünki imzalanan anlaşma sayəsində həmin "Dostluq" yatağındakı enerji resurslarının hasil edilməsi və dünya bazarına çıxarılması bu iki ölkənin gəlirlərinin artmasına səbəb olacaq. Təbii ki, bu anlaşmadan hər iki ölkə iqtisadi baxımdan yararlanacaq. Eyni zamanda bu, əməkdaşlıq platformasıdır".

Deputat vurğulayıb ki, ikitərəfli müzakirələrin nəticəsi olaraq, yatağın birgə işlənməsi ilə bağlı razılığın əldə edilməsi Xəzərin statusu müəyyənləşdikdən sonra formalaşmış əməkdaşlığın güclənməsindən xəbər verir:

"İmzalanmış Memoranduma əsasən, yatağın "Dostluq" adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Bu mənada memorandumun imzalanması tarixi hadisədir, həmçinin, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl şəkildə qurulan infrastrukturu, ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu da Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradacaq və tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Qeyd edim ki, bu Memorandumun imzalanması eyni zamanda Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Bu sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır. Odur ki, razılaşmanın əldə edilməsi Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.

Bundan əlavə, Azərbaycan da həmin yataqda olan enerji resurslarının birgə işlənməsi və dünya bazarına çıxarılması məsələsində dövlət gəlirlərini artırmaq imkanı qazanacaq və eyni zamanda tranzit ölkə kimi mövqeyini gücləndirəcək. Azərbaycanda son 20 ildə formalaşan infrastruktur imkan verəcək ki, "Dostluq" yatağından hasil olan neft və qazın dünya bazarına çıxarılması təmin olunsun. Bu baxımdan sözügedən anlaşma strateji əhəmiyyət daşıyır".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 642   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021