Oğlunun verdiyi xəbərdən dünyasını dəyişən, ölümü həyat yoldaşından axıracan gizlədilən Xalq şairi

Oğlunun verdiyi xəbərdən dünyasını dəyişən, ölümü həyat yoldaşından axıracan gizlədilən Xalq şairiSonxeber.az kulis.az-a istinadən şair Rəsul Rza haqqında maraqlı faktları təqdim edir.

Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində doğulub. Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla məşğul olub. Göyçayda dəftərxanada tərcüməçi və dilmanc işləyib. Qızlarını ilk dəfə məktəbə göndərdiyi və onlara çadrasız gəzməyə icazə verdiyi üçün İbrahim bəyin ailəsinə dindən dönmüş, bəhayi ləqəbi veriblər.

***

Xan qızı Natəvanla qohumluğu olan anası Məryəm şeiri, ədəbiyyatı çox sevdiyindən özü də şeirlər yazıb və onları əzbərində saxlayıb. Hər gecə uşaqlarını başına yığıb, onlara şeirlər, nağıllar oxuyarmış.

Rəsul Rza öz xatirələrində uşaqlıq illəri haqqında yazır: Şəhərdə iki məscid var idi: biri şiə məscidi, biri sünni məscidi. Şiə məscidində müqəddəs imamlara faciəli və dəhşətli matəm mərasimi keçirilirdi. Matəmin onuncu günü - aşura günü adamlar özlərinə əzab -işgəncə verirdilər. Qətl günü baş yaranların içərisində ölənlər də olurdu. Fanatik dindar adamlar xəncər çıxarıb öz başlarına vurur, müqəddəs adamların şərəfinə öz qanlarını axıdırdılar. Mən və yaşıdlarım belə tamaşaların birini də buraxmırdıq. Bizim nəslimiz Çiyni kəndindəndir. Çiyni kəndindən xeyli oxumuş adam çıxıb, bu adamlar Göyçayda, Gəncədə, Bakıda və Tiflisdə təhsil alırdılar. Kəndin çox amansız adət-ənənələri vardı. Mənim Bakıda təhsil görmüş bibim oğullarından birisinin öz doğma kəndinə tətilə gəldiyi günün səhəri, atasının qanlıları tərəfindən öldürüldüyünü demək kifayətdir. İki nəsil arasında düşmənçilik 1921-22-ci illərə qədər davam etdi".

Rəsul Rza atasını çox erkən itirib. Dörd qız və bir oğlanla təkbaşına qalan Məryəm xanım oxumağı bacarsa da, heç bir yerdə işləməyib. Əri rəhmətə gedəndən sonra başsız qalan ailənin dolanışığı daha da çətinləşib. Rəsulun anası uşaqlarını da götürüb Bakıya köçmək məcburiyyətində qalıb. Dayısı Məmmədhüseyn onların ailəsinə köməklik göstərsə də, Bakıya köçəndən sonra Rəsul Rza çox gənc yaşlarından işləməyə, ailəyə kömək etməyə məcbur qalıb.

***

Rəsul 1925-ci ildə Gəncə sənaye və ziraət texnikumuna sənədlərini verir. O zaman bu texnikumun direktoru Nemanzadə Ömər Faiq idi. "Molla Nəsrəddin" jurnalının görkəmli xadimlərindən olan bu adam haqqında çox eşidən Rəsul Rza direktorun adına ərizə yazır. O, yüksək "ədəbi dildə" yazılan ərizəni katibəyə verib həyətdə gözləyir. Az keçmir ki, Ömər Faiq Nemanzadə onu yanına çağırır. İlk sualı isə bu olur: Bu ərizəni özün yazmısan? Bəli cavabını alandan sonra Nemanzadə onu texnikuma qəbul edir. Lakin, Rəsul orada yaşadığı ilk günlərdə Bakıdakı ailəsi, dostları üçün darıxmağa başlayır. O, öz xatirələrində yazır: "Gəncə texnikumuna daxil oldum. Birinci məktubu anama yazdım. Bir həftəlik intizardan sonra cavab aldım. Anam məktəbə qəbul olunduğum üçün sevinirdi. İki həftə keçmədi ki, bərk darıxmağa başladım. Evimiz üçün, küçəmiz üçün, dostlarım üçün darıxırdım. Gecələr yorğanı başıma çəkib xısın-xısın ağlayırdım. Məni hər şeydən çox anamın ayrılığı incidirdi".

Üç-dörd ay sonra Tələbələrin dram dərnəyində qoyulan pyesdə nökər rolunda iştirak edən Rəsula bəy rolunu ifa edən tələbə yoldaşı möhkəm bir şillə vurur. Şillədən sonra Rəsulun qulağı kar olur. Elə bu səbəb də ona texnikumu yarımçıq qoymaq üçün bəs edir. Yenidən evlərinə qayıdan Rəsulu görən anası onu qucaqlayıb deyir: "Vay, mənim başıma kül, yenə niyə qayıdıb gəldin?"

***

Rəsul Rzanın məktəbi buraxıb gəldiyi ilk dəfə deyildi. Bundan əvvəl də o, bir dəfə də Bakı müəllimlər seminariyasında on, on iki gün oxuyandan sonra ordan qaçıb. Buna səbəb də anası üçün darıxması olub. Bu darıxmalar ucbatından o, heç vaxt sistematik təhsil ala bilmir.

Çox çəkmir o, məktəb yoldaşı şair A.Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə "Gənc işçi" ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R.Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M.Müşfiqlə tanış olur.

***

Bakıda işləməyə başlayan şair əslən Gəncədən olan, ailəsi repressiya olunan bəy qızı Nigar Rəfibəyli ilə tanış olur. Onlar 1937-ci ildə ailə qururlar. Yaşadıqları ev isə balaca daxma kimi bir yer olub. Onların toyu da elə həmin daxmada keçirilir. Sonradan repressiya olan adamların bir çoxu, eləcə də Hüseyn Cavid, Mikayıl Müşfiq onların toyunda iştirak ediblər.

Rəsul Rzanın şeirlərindəki novatorluq qəbul olunmur. Bu yenilikçi təfəkkür rədd edilir və qəlibdən çıxa bilməyən şairlər onu sıxma-boğmaya salırdılar.

***

Səməd Vurğunla münasibətlərinin gərgin olması barədə müxtəlif söz-söhbətlər var. Bu gərginliyin səbəbinin estetik dava olduğu deyilir. Səməd Vurğun heca şeirinin ustası, Rəsul Rza isə sərbəst şeirin ciddi imzalarından idi. Onların arasındakı münasibət bəzən soyuq, bəzən isə dostcasına olub. Oğlu Anar yazır:

"Atamın bir söhbəti də yadıma gəlir: "Bir dəfə Səməd mənə: sən kişisən - dedi - sənin yanında filankəs mənim barəmdə hərzə danışanda ağzından vurmusan". Atam deyirdi ki, doğrudan belə bir məsələ olmuşdu və bunu Səmədə söhbətdə iştirak edən üçüncü bir adam çatdırıbmış. Amma Səməd Vurğun həmin o filankəsin ünvanına ana söyüşü söymək istəyib, atam qoymayıb və Səməd: Sən indi də kişi kimi hərəkət edirsən - deyib".

Günlərin birində Rəsul Rzadan soruşurlar: - Səməd Vurğunla yola getmirsiniz. Səbəb nədir? Rəsul Rzanın cavabı: - Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb barışdığımız vaxtlar da olub. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geyindirib, ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar.

***

Rəsul Rza bir dəfə Qazaxda Molla Vəli Vidadinin qəbrinin üstündə aşıqların çalıb-oxumağına etiraz edib.
- Bəsdirin, ayıbdı, qəbiristanlıqda çalıb-oynamayın.
Kimsə yerində donquldanıb:
- Bu göygöz "narodnunu" kim gətirib bura?

Səməd Vurğunla gərgin şeir mübahisələrinin birində məclisdən çıxandan sonra bir-birilərindən övladlarının hal-əhvalını soruşublar. Halbuki orda iştirak edənlər düşünüblərmiş ki, bu davadan sonra heç bir-birilərinə salam da verməzlər.

***

Rəsul Rza Səməd Vurğunla bağlı maraqlı bir etirafı da olub. Deyib ki, Səməd Vurğunun müasirlərindən fərqini görmək üçün fotolara diqqətlə baxın. Hamı şəkil çəkdirəndə onun başına yığışıb.

Rəsul Rzanın bir xasiyyəti vardı. Kimsə sözü yerində işlədə bilməyəndə əsəbiləşirdi və dərhal ona düzəliş edirdi. Bir dəfə Yazıçılar Birliyinin iclaslarının birində çıxışçı "Rəsul müəllimin həyat yoldaşı Nigar xanım" deyəndə Rəsul Rza tez onun sözünü kəsir:
- A kişi, nə Rəsul müəllimin həyat yoldaşı?
Denən, Rəsul Rzanın arvadı! Adamın o qədər həyat yoldaşı var ki… Yol yoldaşı, iş yoldaşı, nə bilim, məslək yoldaşı… Kimə yoldaşlıq eləyirsənsə, o sənin həyat yoldaşın olur. Arvad sözünün isə bircə mənası var.

Yazıçılar Birliyində ədəbi məclislərin birində Rəsul Rza Məmməd Rahimin şeirlərini tənqid edir.
Məmməd Rahim tribunaya çıxıb üzünü Rəsul Rzaya tutur:
- Rəsul, bilmirəm sən niyə hər dəfə mənimlə kəllə-kəlləyə gəlirsən?
Rəsul Rza təmkinini pozmur:
- Məmməd müəllim, mənimki kəllə deyil.

***

Rəsul Rza dilimizə yeni sözlər də gətirib. "Çimərlik", "İşıqfor", "Çilək" və s. Eyni zamanda Anar sözünü də o yaradıb və oğluna ad kimi qoyub. Bildiyiniz kimi, bu söz dilimizin "anmaq" felindən götürülüb. Anar bu gün Azərbaycanda ən çox qoyulan adlar siyahısındadır.

İkinci dünya müharibəsi başlanan zaman şairin bir ayağı axsadığı üçün onu müharibəyə aparmırlar. Ancaq o, 1941-ci ilin axırlarında bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Kerç şəhərində Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti "Döyüşən Krım"da işləməyə başlayır.

***

Müharibə illərində sarsıntılar keçirirmiş. Deyilənə görə, qorxunc bir müharibə axşamında hər ehtimala qarşı vida məktubu yazaraq şüşəyə tullayıb və kiminsə rastına çıxacağı ümidiylə dənizə atıb.

Nigar Rəfibəyli həyat yoldaşını böyük məhəbbətlə sevib. O, cəbhədə olan günləri onun üçün çox darıxıb, hətta bir neçə dəfə onun yanına Krıma getməyə də cəhd edib. Bu barədə Səməd Vurundan xahiş edəndə Səməd Vurğun ona deyir, "indi mən bir batalyon əsgəri hardan tapım ki, səni cəbhəyə qədər müşayiət eləsin".

***

Rəsul Rza ilə Nazim Hikmət çox gözəl dost olublar. O, hər dəfə Bakıya gələndə mütləq şairin evində qonaq olarmış. Onun hər gəlişi Rəsul Rzanın evində bayrama çevrilirmiş. Qızı Fidan xanım həmin illəri xatırlayarkən deyir: Biz hamımız Nazim Hikməti, onun şeirlərini çox sevirdik. O, özü də elə gözəl insan idi ki, ona vurulmamaq mümkün deyildi. Çox yaraşıqlı, hündürboylu, sarışın, mavi gözlü kişi idi. Nazim Hikmətin gözəl məxməri səsi vardı. Pafossuz, yaxşı şeir söyləməyi bacarırdı. Həmişə bizə gələndə o, öz şeirlərini oxuyardı. Anamın, atamın da şeirlərini çox bəyənərək dinləyərdi. Biz Moskvaya gedəndə bir dəfə Vera ilə yaşadığı evdə qonaq olmuşduq. Bir dəfə isə Yazıçılar bağı deyilən yerdə bizi qonaq eləmişdi. Süfrəni də özü hazırlamışdı".

Ömrünün son illərini Rəsul Rza xəstəxanada başa vurur. O, xəstəxanada müalicə aldığı zaman həyat yoldaşı Nigar xanıma da xərçəng diaqnozu qoyulur. Onu Moskvaya aparmağa hazırlaşırlar. Moskva səfəri barədə xəbəri atasına yazıçı Anar çatdırmalı olur. Lakin, xəbəri alan kimi Rəsul Rzanın halı qəfildən pisləşir, təzyiqi qalxır. Həkimlər nə qədər əlləşirlər, köməklik edə bilmirlər. On beş, iyirmi dəqiqənin içərisində 1981-ci il aprelin 1-də Rəsul Rza 70 yaşında dünyasını dəyişir.

Şairin övladları bu xəbəri vəziyyəti onsuz da ağır olan və xəstəxanada yatan Nigar xanımdan gizlədirlər. Fidan Rzayeva müsahibəsində deyir: Anam isə heç nədən xəbərsiz xəstəxanadaydı. O zaman ona deyib-deməməyimiz haqda xeyli düşündük. Onda mən dedim ki, anama heç nə deməyək. Anar dedi ki, necə yəni, bunu gizlətmək olar? Dedim, olar! Anar bir də soruşdu ki, bəs nə vaxt deyək? Cavab verdim ki, heç vaxt! Anar Razılaşdı. Mən bilirdim ki, anam da gedəcək. O, da ölüm ayağındadır. Əgər ona atamın ölüm xəbərini versək, elə həmin an keçinəcəkdi. Anar dedi ki, mən xəstəxanaya gedib anamı aldada bilmərəm. Dedim, mən edərəm. Səhəri gün anamın yanına getdim, heç nə olmamış kimi hal-əhval tutdum. Atamı soruşanda dedim ki, təzyiqi qalxıb, ona görə də həkimlər tərpənməsinə icazə vermirlər. Düz üç ay biz onu aldada-aldada baş verənləri ondan gizlətdik. Axıra qədər də heç nədən də xəbəri olmadı".

***

Nigar xanımın Rəsul Rza üçün yazdığı "Neyləyim" şeirinə Emin Sabitoğlu şairin ölümündən sonra mahnı bəstələyir. Mahnını Akif İslamzadə ifa edir. Həmin musiqinin səs yazısını Anar xəstəxanaya gətirib anasına dinlədir. Nigar xanım həmin musiqini çox bəyənir. Yanına kim gəlirsə, uşaqlarına deyir ki, Rəsula yazılan mahnını qoyun, qulaq assınlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5249   Tarix: 03 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş
.
Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Artıq çəkidən bezmisiniz?

Məhsul haqqında. Ən çox artıq çəkili insanlar, həddindən artıq kilolardan qurtulmaq üçün asan yollar axtarışındadır. Kiloqramı atmaq daha çətindir, çünki bunun üçün diyetanızı qorumaq və həyat fəaliyyətini artırmaq lazımdır. Buna görə istehlakçı kütlələri arasında geniş tələbat kütləsinin sürətlə normallaşdırılmasın

6 aprel

Bakı şəhərində ən ucuz Yük Daşıma Xidməti

"Ucuz Yük Daşıma" Bakı şəhərində və həmçinin respublika ərazisində kiçik və iri miqyaslı yük daşımalarını həyata keçirir. Həftənin 7 günü 24 saat bütün ölkə ərazisində yük+daşıma həyata keçirir. Əşyalar böyük bir diqqətlə və ən yüksək səviyyədə daşınır. Daşınan malların təhlukəsizliyinə 100

6 aprel

Yeni doğulan körpənin cinsi orqanına baxan həkimlər DƏHŞƏTƏ GƏLDİ - İNANILMAZ

İraqda tibb tarixində ilk yaşanıb.. . Dünyaya gələn oğlan uşağının 3 cinsi orqanı olub. Bildirilir ki, tibbdə "triphallia" adlanan bu vəziyyət ilk dəfədir yaşanır. Uşaq əməliyyat edilib. Nisbətən kiçik olan 2-ci və 3-cü cinsi orqanlar kəsilib. Uşağın vəziyyəti normaldır. Həkimlərin sözlərin

3 aprel

Təcili Nəsimi rayonu "Parlaq"mtk-da mənzil satılır!

Nəsimi rayonu,Yeganə ş/s arxasında "Parlaq " mtk məxsus 16 mərtəbəli binanın 2 mərtəbəsində ümumi sahəsi 176 kv.m lik 4 otaqlı əla təmirli mənzil satılır .Mənzildə qaz,su,işıq daimidir.Sənəd çıxarışdır (kupça).Yaxınlıqda bütün infrastruktur var .Əlavə suallar üçün buyurub zəng edə bilərsini

3 aprel

Danışan it görənləri təəccübləndirdi – VİDEO

Danışan it onu görənləri təəccübləndirib.. . "Haber Global" xəbər verir ki, dördayaqlı öz bacarığı hər kəsi heyran edib.. . O, sahibəsinin dediyi kəlimələri təkrarlamağa çalışır.. . Kadrlardan da göründüyü kimi, bu, onda heç də pis alınmır.. . İtin insan dilində danışmaq cəhdləri sosial şəbək

3 aprel

Evində tapdığı boşluğa düşdü - GÖRDÜKLƏRİNƏ İNANMADI - FOTOLAR

ABŞ-ın Kaliforniya ştatında yaşayan Laytl adı şəxs evinin altında sığınacaq kəşf edib.. . Sonxeber.az xəbər verir ki, sığınacağın 1950-ci ilə aid olduğu güman edilir. Məlumata görə, evin ortasındakı kiçik qapağı açan amerikalı, gizli tunelin olduğunu aşkar edib. Tunel ilə zirzəmiyə düşən şəxs, sığınacağ

2 aprel

Uşaq buzovla kəllə-kəlləyə gəldi – VİDEO

Sosial şəbəkələrdə uşağın buzovla kəllə güləşinin görüntüləri yayılıb.. . "Haber Global"ın məlumatına görə, video onu görənlərə gülüş dolu anlar yaşadıb.. . Hər iki tərəfin var gücü ilə bir-birini itələdiyi qarşıdurmada uşaq qələbə qazanıb. Dördayaqlı insan övladının inadkarlığı qarşısınd

2 aprel

Hər kəs musiqi təhsili olmayan azərbaycanlı gəncin BU ifasından DANIŞIR - VİDEO

Musiqi təhsili olmayan gəncin ifası hər kəsi şoka saldı.. . Sonxeber.az xəbər verir ki, o ifa etdiyi və çətin mahnılardan hesab olunan Barış Akarsunun Rüzgar mahnısı ilə gündəmə damğasını vurub.. . Qısa zamanda sosial şəbəkələrdə yayılan video izləmə rekordu qırıb. Məlum olub ki, sözügedən gənc 22 yaşl

2 aprel

Köhnə Suraxanıda 2 otaqlı mənzil satılır!

Köhnə Suraxanıda korpus mehlede 2otaqlı mənzil satılır.Bəzi əşyalarnan birlikdə.Padvalıda var.Ümumi sahəsi 57kvadratdır.Qiymət 45000man. Əlaqə üçün . (050) 6605110. . . . . . . . . . . .

2 aprel