Geyimdə rəng psixologiyası - Bunları bilirsiniz?

Geyimdə rəng psixologiyası - Bunları bilirsiniz?Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik. Bu rənglər bizə yaraşır, bizi rahatladır.

Biz düşünmürük ki, rənglər bizim üzümüzün təravətli, gözlərimizin gözəl görsənməsinə, hətta bəzən vücudumuzun çatışmazlıqlarını gizlətməyə təsir edir. Biz sadəcə bu rəngləri sevirik və əhvalımızdan asılı olaraq onlardan istifadə edirik. Amma geyimin elə rəngləri var ki, onlar bizə qətiyyən yaraşmır. Bizim rəng seçimimiz nə ilə əlaqədardır? Hər rəngin iki tərəfi var: birinci tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir. Rəngi hiss etmə fizioloji, psixoloji, mədəni və sosial faktorlar əsasında baş verir. Gəlin bəzi rənglərin geyimdə psixoloji təsirlərinə nəzər yetirək.

Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirrlə əlaqəlidir, insanda həyəcan hissi yaradır. Bu, rənglər sırasında nüfuzlu rəngdir. Ona görə də hökümət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin forma və məzmununa yönləndirmək lazımdır. Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin, tərz çox sadə də ola bilər. Özünüzə simpatiyanızla cazibədarlığınızı işarə edin. Amma həddini aşmayın.

rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ədalət, inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir. Ağ rəngdən bacarıqla istifadə etməklə siz insanlara hər istədiyinizi, yəni əl çatmaz olduğunuzu, hissiyyatlı və günahsız olduğunuzu hiss etdirə bilərsiniz. Köynəklərin ağ yaxalığı üzü cavan göstərir və üzdəki qırışları gizlədir. Şahanə uyğunluq isə ağ-qaradır.

Qırmızı rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüşçü və alovlu əjdaha simvoludur. Əgər siz qırmızı köynək və ya don geyinmək istəyirsinizsə, bilin ki, buna səbəb toplanmış enerjinin sərf olunma arzusudur. Qırmızı rəng bənzərsizdir. O, hər zaman diqqəti özünə cəlb edir.

Narıncı rəngin psixologiyası haqqında əzm, azadlıq və optimizm simvolu olduğu söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər. Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və yeni ideyalarla dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir, optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa onlar aqressiv deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.

Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng ümid dolu rəngdir. Geyimdə sarı rəngin psixologiyası iki hissəyə ayrılır: solğun sarı inamsızlıq, parlaq sarı isə özünə inam və güvən hissi mənasındadır.

Yaşıl rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə bağlıdır, yenilənmə və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır. Əgər siz yaşıl rəngi sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan insansınız. Siz özünüzlə fəxr edən və analizə meyilli insansınız. Yaşıl rəng sizin cazibənizin və şəxsiyyətinizin magiyasını ətrafa yayır. Özünüzü başqa cür hiss etdirir.

Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Kim ki, göy rəngi sevir o, yaxşı dostdur.

Mavi etibar, təmkin və hörmət rəngidir. Bu rəng gözə xoş görsənir, səma və ya dəniz ilə assosiasiya olunur. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.

Geyimdə qəhvəyi rəng özünə inanan, dürüst və sadə mənalarını verir. Bu cür insanlar etibarlı olmasıyla, tərbiyə və uğurlarıyla fərqlənir.

Psixologiya cəhətdən insan boz geyinərkən şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığını və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.

Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.

Beləliklə biz rənglərin psixologiyası haqqında danışdıq. Bəzi rəng çalarları da var ki, onlar ümumilikdə xarakterə də təsir edə bilər. V.M. Bextereyevin dediyi kimi "Bacarıqla seçilmiş rəng çalarları və uyğunluğu insanın sinir sisteminə yaxşı təsir edə bilər və ya tam əksinə".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1584   Tarix: 19 may 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?

Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçü

15 dekabr
.

Qaraciyərin iltihabına səbəb olan virusu 15 dəqiqə ərzində aşkarlayan üsul tapılıb

ABŞ alimləri qaraciyərin iltihabına səbəb olan hepatit C virusunu cəmi 15 dəqiqə ərzində aşkar edən diaqnostik sistem hazırlayıblar. "The Journal of Infectious Diseases" nəşrinə istinadən xəbər verir ki, bu sürətli diaqnostik proses qaraciyərə təsir edən viral infeksiyanın dərhal təsdiqlənməsin

12 dekabr
.

Soyuqdəymə və qrip arasında fərqi necə müəyyən etmək olar?

"Soyuqdəymə və qrip arasındakı əsas fərqlərdən biri simptomların inkişaf sürətidir". "El Periódico de España" nəşrinə istinadən xəbər verir ki, bu barədə ispaniyalı həkim, pulmonoloq Maksimo Qomes danışıb. Mütəxəssis qeyd edib ki, qrip kəskin şəkildə başlayır və yüksək hərarət, əzəl

12 dekabr
.

Evin açarını harada gizlətmək olmaz?

Bir çox ev sahiblərinin seçdiyi açarı gizlətmə nöqtələrini oğrular yaxşı tanıyır və ilk yoxlanılan yerlərdir. xarici mediaya istinadla riskli nöqtələr barədə xəbər verir. Qapıdakı xalçanın altı - ən məşhur və eyni zamanda ən təhlükəli gizlətmə yeri hesab olunur. Poçt qutusu - hər kəs tərəfindən asanlıql

12 dekabr
.

Südə limon suyu sıxanda görün nə baş verir - Marketə getməyə ehtiyac qalmadı - VİDEO

Evdə təbii pendir hazırlamaq prosesi sadə addımlarla həyata keçirilə bilər və bunun üçün yalnız süd və limon suyu kifayətdir. xəbər verir ki, bu üsul həm təhlükəsiz, həm də qənaətcil variantdır. Prosesi belə həyata keçirmək mümkündür: Süd orta istilikdə qızdırılır, qaynamağa başlamamalıdır. Daha sonr

14 dekabr
.

Dünyaca məşhur futbolçu yolka bəzəyərkən özünü yaraladı! Milyonların izləyəcəyi oyunda iştirak edə bilməyəcək!

Mançester Sitinin müdafiəçisi Con Stounz ilin sonuna doğru uğursuz hadisə ilə üzləşib. xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu evində yolka bəzəyərkən ehtiyatsızlıq nəticəsində özünü yaralayıb. Hadisə zamanı müdafiəçinin əlindən xəsarət aldığı bildirilir. Hadisədən sonra Stounzun UEF

10 dekabr
.

Yeməkdən dərhal sonra çay içməyin - Zərəri

Çayın bütün növləri orqanizmdən dəmiri yuyub çıxara bilər. xəbər verir ki, çay orqanizmə mənfi təsir göstərə bilər. Çay dünyanın ən məşhur içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın qəbulu bəzi hallarda olduqca xoşagəlməz yan təsirlər

16 dekabr
.

İki şagirdin nümunəvi davranışı: Aldıqları suyu kameraya göstərib, pulunu masaya qoydular - VİDEO

Amasyanın Gümüşhacıköy rayonunda motosiklet ustasının yanında çalışan iki şagird nümunəvi davranışları ilə sosial mediada gündəm olub. türk mediasına istinadən xəbər verir ki, 16 yaşlarında olan Efecan Şekerci və Dağhan Bulut təhsil aldıqları Mesleki Təhsil Mərkəzinin (MESEM) yerləşdiyi Gümüşhacıkö

11 dekabr
.

Qripin dərmanı bu meyvədir! "Portağal və limonu geridə buraxır" - MÜTƏXƏSSİS AÇIQLADI

Qış aylarında mürəbbəyi xatırladan sürpriz meyvə gündəmdə - Mütəxəssislər qızılcığın qripə qarşı güclü qoruyucu təsir göstərdiyini bildirir. Havanın soyuması ilə birlikdə qrip və soyuqdəymə hallarında artım müşahidə olunur. Bu səbəbdən insanlar immuniteti gücləndirmək üçün təbii vasitələrə üz tutur

11 dekabr