Təhsil krediti nə zamandan və kimlərə veriləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bundan sonra təhsil haqqını ödəyə bilməyən tələbələr təhsil tələbə kreditindən yararlana biləcəklər. Bəs bu kreditlər hansı tarixdən və hansı kateqoriya insanlara veriləcək?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil tələbə kreditinin yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən insanlara ciddi şəkildə böyük dəstək olacaq:
"Nazirlər kabineti tərəfindən təsdiq edilən siyahıya baxanda mübahisəli məqamların olduğunu görürük. Orada iki kateqoriya üçün kredit qeyd olunub. Bunlar sosial və standart kreditlərdir. Tələbələr tədris ilinin ilk semestrından etibarən Təhsil Tələbə Krediti Fondundan istifadə edə bilərlər.
Tələbə kreditindən istifadə edə biləcək insan kateqoriyası çox dardır. Sosial kreditlərdən 3-cü qrup əlillər istifadə edə bilər. Bilirik ki, 1-ci və 2-ci qrup əlillər təhsil haqqından azaddırlar, 3-cü qrup əlillər isə müəyyən qədər əziyyət çəkirlər. Hesab edirəm ki, bu, ciddi bir güzəştdir. İkinci kateqoriya isə hər iki valideyni əlil olan şəxslər üçündür. Burada mübahisəli məsələ 1- ci və 2-ci qrup əlilliyi olan şəxslərlə bağlıdır. Bu kateqoriyaya aid olanların valideynlərinin biri əlil olmazsa, onlar təhsil tələbə kreditdən yararlana bilmirlər. Yaşa görə əmək pensiyası, sosial müavinət alanların övladları da təhsil tələbə kreditindən istifadə edəcəklər.
Standart kreditlərin verilməsində isə çatışmazlıq ondan ibarətdir ki, ümumi müvəffəqiyyət göstəricisi qoyulub. Yəni ümumi müvəffəqiyyət göstəricisi 71-dən yuxarı olanlar kredit üçün müraciət edə bilərlər. Bu, düzgün yanaşma deyil. Ola bilər ki, kiminsə orta müvəffəqiyyət göstəricisi 71-dən az olsun. Ona görə də məhdudiyyət qoyulmamalıdır. İnsanların özündən asılı olmadan da göstəricisi aşağı ola bilər.
Digər bir məsələ isə ödənişin 20%-nin ödənilməsidir, qalan hissəsi kredit olaraq götürülə bilər.
Kredit Fondunun himayəçilər şurası tərəfindən müəyyənləşdirilmiş məbləğdə (2500-3000 manata qədər) təhsil haqqı olanlar bu kreditdən yararlana bilərlər".
Ekspert vurğulayıb ki, ən vacib məqam kreditin qaytarılma müddətidir:
"Son müddət 10 il göstərilir və hesab edirəm ki, bu, çox yaxşıdır. Təhsil tələbə krediti üçün hər hansı güzəşt, zamin tələb olunmayacaq. Daha bir müsbət hal isə verilən kredit məbləğinin sığortalanmasıdır. Təhsil krediti əyani tələbələrə verilir və qiyabi tələbələrə verilmir".
Aytəkin Cəlali
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir