AzTV Mübariz İbrahimov haqqında FİLM ÇƏKİR - FOTO-VİDEO
Azərbaycan Televiziyası hər zaman milli vətənpərvərlik ruhununun təbliğinə yönəlmiş filmlərin və verilişlərin hazırlanmasına böyük önəm verib. 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrdə ərazi bütövlüyümüzün bərpası uğrunda qəhrəmancasına döyüşərək şəhid və qazi olan igid oğullarımızın tanıdılması ilə bağll hazırlanan veriliş, sənədli film və layihələri buna misal göstərmək olar.
Sonxeber.az-ın verdiyi məlumata görə, Azərbaycan Televiziyasının növbəti belə layihəsi igidliyi və qorxmazlığı ilə qəhrəmanlıq dastanı yazan və 5 saat ərzində təkbaşına döyüşərək, düşmənə qan udduran Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunub.
"Mübariz" adlanan filmin ssenari müəllifi Nicat Əjdər, quruluşçu rejissoru Natiq Novruzov, quruluşçu operatorları Fahir Səmədoğlu və Anar Dadaşovdur. Baş rollarda Xalq artisti Şamil Süleymanov (Mübarizin atası), Flora Hüseynova, Mehman İbadov, Riqlay Əlisoy (balaca Mübariz) və başqaları çəkilirllər.
Nicat Əjdər qəhrəmanın uşaqlıq dövründən başlayaraq, onun şəhidlik zirvəsinə ucaldığı günə qədər uzanan şərəfli həyat yolunu qələmə alıb. Ssenari müəllifinin sözlərinə görə, film Mübarizin keçdiyi yoldan, ataya, anaya, bacıya, qardaşa, Vətənə bağlılığından, Azərbaycana olan sevgisindən bəhs edir.
Filmin rejissoru Natiq Novruzov, öz növbəsində, vurğulayıb ki, Azərbaycan Televiziyası şəhid və qazilərə daim ehtiramla yanaşır və bu işdə də məqsədi vətənpərvər gəncləri yetişdirməkdir.
Mübariz İbrahimovun atası rolunda çəkilən Xalq Artisti Şamil Süleymanov və qəhrəmanın uşaqlığını canlandıran Riqlay Əlisoy filmdə yer almaqlarıyla fəxr etdiklərini bildiriblər.
Süjet xətti əsasən Mübarizin qəhrəman kimi böyüməsinə səbəb olan amilləri əks etdirir. Belə ki, onun qəhrəmanlıq tarixi 5 yaşından yazılmağa başlayır. Bu dövrdə Azərbaycan Birinci Qarabağ döyüşlərini yaşayıb və balaca Mübariz hərbçilərin necə, gözlərini qırpmadan, Vətən uğrunda şəhadət zirvəsinə ucaldıqlarının şahidi olub.
Bir neçə gün davam edəcək çəkilişlər Bakıətrafı qəsəbələr, Biləsuvar və Tərtər rayonlarında aparılacaq. 90 dəqqəlik ekran əsəri yeni mövsümün əvvəlində təqdim olunacaq.










Natəvan Baxşiyeva
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1657 Tarix: 15 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zərgərpalan küçəsindəki söküntü ilə bağlı iddialara - Rəsmi cavab
Yasamal rayon İcra Hakimiyyəti Yasamalda yerləşən mənzilin naməlum şəxslər tərəfindən sökülməsi ilə bağlı iddialara münasibət bildirib. Qurumdan -a verilən məlumatda bildirilib ki, bu məlumatlar əsassızdır. "Bəzi sosial şəbəkələrdə vətəndaşa məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəs
6 iyunBu şəxslər rayondan Bakıya GƏLMƏYƏCƏKLƏR - SƏBƏB
Son illərdə regionların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, rayonlarda işsizlik, aşağı gəlir və gənclərin böyük şəhərlərə üz tutması hələ də aktual problemlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bölgələrdə iqtisadi fəallığın artırılması və yeni imkanların yaradılmas
6 iyunMəhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYIR
Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Məhərrəmlik ayın ən mühüm günü hesab edilən Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Məhərrəmlik ayından sonra isə Səfər ayı iyulun 15-də başlayacaq və 1 aya yaxın davam edəcək. (Bizim.Media)
7 iyunİyunda 10 gün iş olmayacaq - TARİXLƏR
Azərbaycanda iyun ayında vətəndaşları əlavə istirahət günləri gözləyir. Nazirlər Kabinetinin qərarları və əmək qanunvericiliyinə uyğun olaraq iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq. Belə ki, 15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Günü qeyri-iş günləri hesab edilir. Bu il 15 iyu
7 iyunBakıda ŞOK ANLAR: Küçənin ortasında avtobusu saxladıb hücum etdi - VİDEO
Bakıda ictimai nəqliyyatda xoşagəlməz hadisə baş verib. xəbər verir ki, insident Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, 61 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Otokar" markalı avtobusun qarşısını dayanacaqdan kənar yerdə kəsərək saxladan qadın sərnişi
5 iyunRendi Koul: ABŞ təhsili azərbaycanlı tələbələr üçün çox əhəmiyyətlidir
Son 5 ildə ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayında hər il təxminən 20 % artım müşahidə olunur. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Rendi Koul "ABŞ-də təhsil" sərgisi çərçivəsində jurnalistlər
6 iyunÖtən ay Bakı və Abşerona 749 % normadan artıq yağıntı düşüb
Azərbaycanda mayda ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb. "Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, Bakı və Abşeron yarımadasında may ayında havanın temperaturu iqlim normas
6 iyun