Günəşin heç batmadığı dağlarda 20 min avroluq xəzinə ovu

Günəşin heç batmadığı dağlarda 20 min avroluq xəzinə ovuFinlandiyanın məşhur xizək mərkəzi Levi yay mövsümünü 20.000 avro dəyərində qızıl axtarışı ilə açır. Gecə yarısı günəşi altında xəzinə tapmaq istəyən iştirakçılar 18 iyun tarixində Levidə bir araya gələcəklər.

Qaynarinfo xəbər verir ki, Şimal işıqları və Şaxta Babanın evi ilə tanınan Laponiyanın bu bölgəsi yayda turistlərə fərqli bir macəra təqdim edir. Finlandiyanın Levi bölgəsi ziyarətçilərə şimal marallarının turlarını kənara qoyaraq yay boyunca davam edəcək qızıl axtarışında iştirak imkanı yaradır. İştirakçılar dağlar arasında gizlədilmiş 20.000 avro dəyərində qızıl külçəsini tapmaq üçün yarışacaqlar.

"Gecə yarısı günəşi ovu" adlı tədbir 18 iyun tarixində Levi Ziyarətçi Mərkəzində başlayır. Yarışçılar ilk ipucunu buradan alaraq qeydiyyatdan keçəcəklər. Təşkilatçılar yay boyu yeni ipucları paylaşaraq iştirakçıları bölgədəki marşrutlara və turistik məkanlara yönləndirəcəklər. Hər yeni ipucu iştirakçıları əsas mükafata daha da yaxınlaşdıracaq. Üstəlik, qızılı tapmaq üçün sonunu gözləmək şərt deyil; şanslı bir iştirakçı ilk ipucları ilə belə mükafata çata bilər. Proses son ipucunun veriləcəyi 22 avqusta qədər davam edəcək.

Arktik dairənin şimalında yerləşən Levi adətən Finlandiyanın ən populyar xizək mərkəzlərindən biridir. Lakin yay aylarında burada günəşin batmadığı "gecə yarısı günəşi" dövrü yaşanır. Yerli qurumlar bildirir ki, bu dövrdə təbiət tamamilə dəyişir və insanlara bölgəni kəşf etmək üçün yeni səbəb təqdim olunur.

Avropadakı bir çox qış kurortu kimi Levi də yay turizmini canlandırmağa çalışır. Bölgədə yamac paraşütü, təbiət gəzintiləri, rafting və dağ velosipedi kimi fəaliyyətlər təklif olunur. Bu qızıl axtarışı isə yerli qızıl mədəni şirkəti ilə xizək mərkəzinin əməkdaşlığı nəticəsində təşkil edilir.

Təşkilatçılar iştirakçılardan yalnız bir şey tələb edir: təbiətə hörmət. Qızılı tapmaq üçün torpaq qazmaq və ya ətraf mühitə zərər vermək lazım deyil; sadəcə ipuclarını düzgün izləmək kifayətdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1792   Tarix: 05 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub

Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr
.

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi

19 noyabr
.

UKMTO: Oman sahillərində daha bir tanker vurulub

Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden

21 noyabr
.

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu

20 noyabr
.

ABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə

19 noyabr
.

İtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər

Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib. "Qafqazinfo" BBC-yə istinadən xəbər veri

21 noyabr
.

Koretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb

Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain

20 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr