"Patı"nın yayılmasının qarşısını almaq üçün nə edilməlidir? - AÇIQLAMA
Zamanın bəlasına çevrilən "patı", eyni zamanda "şüşə" adı ilə tanınan narkotik vasitə digər maddələrdən daha təhlükəlidir. İlk istifadədən asılılıq yaradan bu maddənin yayılmasının qarşısını almaq üçün hansı tədbirlər görülür? Patı ilə bağlı bilmədiyimiz nələr var?
Mövzu ilə əlaqədar Sonxeber.az-a Musa Quliyev açıqlama verib.
O vurğulayıb ki, bu narkotik vasitəsinin yayılmasının kökünü axtarıb tapmaq lazımdır:
"Çox təəssüf ki, "patı" adı ilə tanınan metamfetamin Azərbaycanda son dövrlərdə çox ciddi şəkildə yayılıb. Müxtəlif yaş qruplarını əhatə edən, hətta məktəblilər arasında da bunu istifadə edənlər var. Bu, süni narkotik vasitədir. Hesab edirəm ki, hüquq mühafizə orqanları lazımi səviyyədə öz işlərini qurublar və həmin narkotik satıcılarını tez-tez aşkar edir, cəmiyyətə də göstərib, cəzalandırırlar.
Mənim düşüncəmə görə, mübarizə tədbirləri 3 istiqamətdə aparılmalıdır. Polis və digər hüquq mühafizə orqanları öz işlərini görürlər və davam etməlidirlər. Eyni zamanda, kütləvi informasiya vasitələrində, xüsusən sosial şəbəkələrdə maarifləndirmə işləri daim aparılmalıdır. Sosial şəbəkələri ona görə xüsusi qeyd edirəm ki, hazırda gənclər televiziya və qəzetlərdən çox, məhz sosial şəbəkələrdən informasiya alırlar. Buna baxmayaraq, televiziya və qəzetlərdə də təbliğat getməlidir".
Deputat bildirib ki, insanlar öz qonşularında, yaxınlarında narkotik vasitəni paylayanı, satanı, istifadə edəni görsələr, həmin anda ifşa edib polisə də məlumat verməlidirlər:
"Üçüncü istiqamət isə budur ki, ictimaiyyət də bu işdə çox fəal şəkildə polisin dəstəkçisi olmalıdır. İctimaiyyətin nümayəndələri, o cümlədən qeyri-hökumət təşkilatları daim müxtəlif tədbirlər keçirməli, təbliğatlar aparmalıdırlar. Kompleks şəkildə bir yanaşma getməlidir. Eyni zamanda, hər bir valideyn də öz övladını qorumalıdır. Məktəblər qısa müddətdə açılır, burada həm müəllimlər, həm valideyn şurası bu məsələni çox ciddi nəzarətə götürməlidir.
Ümumiyyətlə, sintetik narkotiklər ağır fiziki asılılıq yaradır və bundan yaxa qurtarmaq çox çətindir. Ona görə də profilaktik tədbirlər kompleks şəklində davam etməlidir və ictimaiyyət bu işdə fəal olmalıdır".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 869 Tarix: 06 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu tarixdə QISA İŞ GÜNÜ OLACAQ
Azərbaycanda 25 iyun qısaldılmış iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 26
6 iyunTənqidə qarşı həddindən artıq həssaslığın səbəbi nədir? - AÇIQLAMA
İnsanlar gündəlik həyatda ailə üzvlərindən, dostlarından, iş yoldaşlarından və ya rəhbərlərindən müxtəlif formalarda tənqidlərlə qarşılaşırlar. Bəziləri bu iradları sakit qarşılayaraq özünü inkişaf etdirmək üçün fürsət kimi dəyərləndirsə də, digərləri ən kiçik tənqidi belə şəxsi hücum kimi qəbul edir
5 iyun10 gündən sonra bu şəxslər işsiz qalacaq - AÇIQLAMA
Məhərrəm ayının başlaması ilə əlaqədar ölkədə toy, nişan və kütləvi əyləncə tədbirlərinin müvəqqəti dayandırılması xidmət sektorunda çalışan yüzlərlə sahibkarı və fərdi fəaliyyət göstərən şəxsi ciddi sınaq qarşısında qoyub. İllərdir formalaşan bu ənənəvi durğunluq dövrü şadlıq saraylarından tutmuş musiqiçilərə
6 iyunŞAD XƏBƏR: On minlərlə ailəyə birdəfəlik müavinət verilib
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənişi edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, müavinət ödənişləri 16 044 nəfər qız, 18 42
6 iyunSosial şəbəkələrlə bağlı tələbləri pozanlar cərimələnəcək
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 388-4-cü maddədə əksini tapıb. Layihəyə əsasən, "İnformasiya, informasiyalaşdırma v
6 iyunBank kartı olanların diqqətinə: YENİLİK OLACAQ - TARİX
Azərbaycanda bank kartlarından istifadə hər il artır, bununla yanaşı kiberdələduzluq və məlumat sızması riskləri də gündəmdə qalır. Bu fonda Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklar və ödəniş təşkilatları üçün beynəlxalq PCI DSS təhlükəsizlik standartının tətbiqini məcburi etməyi planlaşdırır
7 iyunBakıda yeni söküntülər və abadlıq layihələri: Hansı ərazilər dəyişəcək?
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, proses Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir. Bəs hansı ərazilərdə söküntü işlərini
7 iyun