Azərbaycanda vaksinasiya prosesi və peyvəndləmə haqqında təbliğat kampaniyaları davam edir - VİDEO
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün növbəti təbliğat kampaniyasını həyata keçirir.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, "Birimiz hamımız üçün peyvənd olunaq" şüarı altında həyata keçirilən təbliğat kampaniyası "Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq" şüarının davamı olmaqla yanaşı, vaksinasiyanın yaxınlarımızı və təmasda olduğumuz hər kəsi qorumağın əsas yolu olduğunu göstərir.
Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında darıxdığımız həyatı qaytarmağa dəstək olan şəxslərə minnətdarlıq edilir, COVID-19 pandemiyasından xilas olmağın yeganə yolunun vaksinasiya olduğu əks olunur.
Kampaniya çərçivəsində işıq üzü görən videoçarx vaksin olunan şəxslərə "təşəkkür" xarakterlidir. Yanvar ayından etibarən başlayan və hazırda da davam edən vaksinlənmə prosesi nəticəsində bağlı olan əksər iş yerləri açılıb və iş saatları normaya qayıdıb.
Əsas mesaj isə ondan ibarətdir ki, peyvənd olunmaq şəxsi yox, cəmiyyət ilə bağlı verilən qərardır. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: "Birimiz hamımız üçün peyvənd olunaq".
Kampaniyanın kommunikasiya strategiyası "Maverick" Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 954 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrSabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr
12 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrƏməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca
12 noyabr