İki dəfə raket hücumuna məruz qalan məktəbdə ilk zəng çalındı - FOTO
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı erməni terrorçularının hücumlarına məruz qalan Tərtər rayonunun Vüqar Cəfərov adına Əskipara kənd tam orta məktəbin inzibati binası müharibədən sonra yenidən təmir edilərək istifadəyə verilib.
Sonxeber.az-ın Report-a istinadən məlumatına görə, məktəbin şagirdləri və pedaqoji kollektivi "Məktəb hədəf deyil" şüarı ilə ilk dərs gününə başlayıblar.
Məktəbin direktoru Sərxan Budaqov bildirib ki, bu məktəbə ermənilərin iki ağır raket zərbəsi endirilib. Nəticədə məktəb binası dağılıb və tamamilə yararsız hala düşüb:
"Bu gün artıq o ağır, çətin günlər geridə qaldı. Torpaqlarımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və dəmir biləkli igid oğullarımızın sayəsində azad etdik".
S.Budaqov əlavə edib ki, cari tədris ilində 41 şagirdin təlim-tərbiyyəsi və təhsili ilə məktəbin 24 nəfər pedaqoji kollektivi məşğul olacaq. Məktəb pandemiya şərtlərinə uyğun ləvazimatlarla təmin edilib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 835 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabr